Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4760/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında mediasiya prosesində 17 oktyabr 2023-cü il tarixdə birgə nikahdan olan övladları – 25 noyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay uşaq yetkinlik yaşına çatana qədər 200 manat alimentin ödənilməsinə və barışıq sazişi bağlanandan bu günə qədər olan müddətdə yığılmış 4800 (dörd min səkkiz yüz) manat pulun və bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmiş, ərizəçi işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, kirayədə yaşamasını və maddi durumunun aşağı olması səbəbi ilə tələb olunan alimentə gücü çatmayacağını, verə biləcəyi ödənişin 150 manat olduğunu, oğlu X3 bütün xəstəxana və geyim ehtiyaclarını qarşıladığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi və maraqlı şəxs üzlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4760/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4760/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver