Məhkəmə qərarları › İş №e-2(125)-4840/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4840/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4840/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin X14 (X13) qızına qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti X14 (X13) qızına qarşı cavabdehdən «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3.302 manat məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53 manat 02 qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X14 (X9) tərəfindən idarə olunan «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, cavabdeh X3 Federasiyasının vətəndaşıdır və sonuncu dəfə ünvan 1 ünvanında müvəqqəti qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-1194/2022 nömrəli qərarına əsasən, hadisənin baş verməsində «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X10 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. O, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş və zərərçəkənə maddi ziyan vurmuşdur. “Vaz 2170” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır və zərərçəkənin idarə etdiyi «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən, yaranmış 3.302 manat sığorta ödənişini «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 ödəmişdir. 3.302 manat məbləğində pulun ödənilməsi tələbi "xxxx"ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. Yolnəqliyyat hadisəsi zamanı X6 idarə etdiyi «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X1 vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldırmaq zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X2 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X14 (X13) qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması barədə məlumatın surətindən görünür ki, «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması barədə məlumatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari sığorta olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)- 1194/2022 nömrəli qərarının surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarında olan X14 (X13) qızının Gəncə şəhər Baş Polis İdarəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, onun 2021-ci il tarixən «B» kateqoriyalı sürücülük vəsiqəsi vardır. «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4na məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. X4 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri Heydər Əliyev prospekti ilə saat da təxminən 20-30 km sürətlə hərəktə olan zaman Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində işıqfora yaxınlaşan zaman işıqforun yaşıl işığında yolun kəsişməsinə hərəkət edib dayanmış və qarşıdan gələn avtomobillərin keçməsini gözləmiş, sola Ruzigar Qasımov küçəsinə dönüb hərəkətini davam etmək istəyəndə sağdan yüksək surətlə avtomobilin gəldoiyini görmüş, keçib gedə biləcəyoini düşünmüş lakin digər avtomobilin surəti yuksək olduğundan öz idarə etdiyi avtomobili dayandıra bilməmişdir. Həmin avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ yan hissəsi toqquşmuşdur.Hadisənin baş verməsinə səbəb onun diqqətsizliyi və ara məsafəsini gözləməməsi olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X14 (X13) qızına subroqasiya qaydasında vurulan zərərin əvəzi qismində 3.302 manat məbləğində pul vəsaitini könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 171047 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, GZBT-015722 nömrəli sığorta aktına əsasən vurulan zərərin əvəzi qismində 3.302 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X7 ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-37/2-265xx-xx/2023 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Gasanova Nagida sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsin cəmi 3.302 manat məbləğində zərər vurulmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Gasanova Nagidaya sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2026-cı il tarixədək olan müvvəqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, BYDPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, X14 (X13) qızının adına sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1 və 440.2-ci maddələrinə görə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.3-cü maddəsinə görə cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır Məhkəmə X14 (X13) qızının Rusiya Federasiyası vətəndaşı olmasını, «Chevrolet Cruze» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin şəxsin mülkiyyətində olmasını və onun Azərbaycan Respublikası ərazisində yaşayış yerinin olmasını nəzərə alaraq, hesab edir ki, tərəflər arasındakı hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi X14 (X13) qızının qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3.302 manat məbləğində zərər dəymiş, həmin zərər «VAZ 2170» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin sığortaçısı "xxxx" ASC tərəfindən X7 ödənilmişdir. "xxxx" ASC isə suborqasiya qaydasında İddiaçı Sığorta Şirkətindən həmin məbləği tələb etmişdir. Buna görə də İddiaçı Sığorta Şirkəti ASC X14 (X13) qızın qarşı 3.302 manat məbləğində pul tələbində haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməldir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53 manat 02 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. X14 (X13) qızından İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.302 (üç min üç yüz iki) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 53 (əlli üç) manat 02 (iki) qəpik, cəmi 3.355 (üç min üç yüz əlli beş) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar