Məhkəmə qərarları › İş №e-2(125)-51/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-51/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-51/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 2(044)-5183/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər anası Cavabdeh himayəsində qalması; xx.xx.2016-cı ildən başlayaraq İddiaçı xx.xx.2014cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3804/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)- 5183/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü Turxan Məmmədovun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin ödənilməsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alimentin qət edilməsi üçün məhkəməyə müraciət edilərkən Belçika səlahiyyətli orqanlarının verdiyi doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. İddiaçı qeyd edir ki, keçən bu dövr ərzində cavabdehlə uşağın gələcəyi bağlı birgə qərar vermək üçün əlaqə qura bilməmiş, o cümlədən uşaqla ünsiyyət saxlamağa imkan verilməmişdir. İddiaçının ata kimi uşağı ilə ünsiyyətinin təmin olunması və onun gələcəyi ilə bağlı qərarlarda iştirak etməsi məqsədilə uşağın yerinin müəyyən edilməsi üçün vəkil araşdırması çərçivəsində müvafiq orqanlara vəkil sorğuları verilmişdir. Bu araşdırmalar nəticəsində əldə olunan məlumatlardan belə başa düşülür ki, İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü Turxan Məmmədov böyük ehtimalla xarici vətəndaş tərəfindən övladlığa götürülmüş və Belçika qurumlarında başqa ad, soyad və başqa vətəndaşlıq vəziyyəti statusunda qeydə alınmışdır. Əks halda 8 yaşlı uşağın bu günə kimi Azərbaycan Respublikasının aidiyyəti qurumlarının heç birinin məlumat bazasında qeydə alınmaması ağlabatan deyil və həyatın rutin axışına ziddir. Məhkəmə tapşırığına cavab olaraq, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin X2 ilə bağlı daxil olmuş sorğu Səfirliyin notası ilə Belçika tərəfinə təqdim edilmişdir. Belçika tərəfindən cavab olaraq Belçika tərəfindən qeyd olunan məsələdə səlahiyyətli olan aidiyyəti dövlət prokurorluğunun Niderland dilli bölgəsində yerləşdiyi səbəbindən müvafiq qaydada uyğun olaraq sözügedən hüquqi yardım ilə bağlı sorğunun Niderland dilində göndərilməsi xahiş edilmişdir. Eyni zamanda Belçikanın Brasschaat bələdiyyəsindən əldə edilmiş məlumata əsasən bildirirlər ki, 2014-cü il 14 dekabr tarixində anadan olmuş X1 adında hərf dəyişikliyi edilmiş (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edilmiş (əlavə olunur). Həmçinin, T.Məmmədov heç kim tərəfindən övladlığa götürülməmişdir. Qeyd olunan məlumat Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki məhkəmə tapşırığına səlahiyyətli orqan tərəfindən cavab verilmədiyi üçün həmin cavabla razı deyil, buna görə həmin cavabı əsassız hesab etdi və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təmsilçisini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Hazırkı iş üzrə iddiaçı aliment öhdəliyini xitam verilməsini xahiş etmiş, tələbini birgə nikahdan doğulmuş uşağın xarici vətəndaş tərəfindən övladlığa götürülməsi və Belçika qurumlarında başqa ad, soyad və başqa vətəndaşlıq vəziyyəti statusunda qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə tapşırığına cavab olaraq təqdim olunmuş məlumata əsasən, 2014-cü il 14 dekabr tarixində anadan olmuş X1 adında hərf dəyişikliyi edildiyi (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edildiyi, T.Məmmədovun heç kim tərəfindən övladlığa götürülmədiyi, qeyd olunan məlumatın Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq olunduğu müəyyən edilmişdir. İddiaçının təmsilçisi məhkəmə tapşırığına verilmiş cavabı əsassız hesab etsə də, bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar