Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5271/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Lutfilloevnanın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Lutfilloevnanın Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Lutfilloevna Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 245 manat alimentin və əvvəlki 3 illik dövr üçün müəyyən olunmuş 8820 manat (245x36 ay) alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3767/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Abilova (İddiaçı) arasında xx.xx.2016-cı il tarixdə, 120 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016cı il təvəllüdlü X4 anası Abilova (İddiaçı) yanında qalmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3767/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul olunarkən iddiaçının bu qətnamədən xəbəri olmamışdır, belə ki, iddiaçı 2016-cı ildən Azərbaycan Respublikasından köçmüşdür. İddiaçı Lutfilloevna dəfələrlə cavabdehə müraciət edərək tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 aliment verilməsini tələb etmişdir. Lakin cavabdeh uşağı üçün aliment verməkdən yayınmışdır. Buna sübut olaraq iddiaçının cavabdehdən pul istəməsi barədə yazışması olmuşdur. Hətta cavabdeh yazışmada bildirmişdir ki, o, ancaq könülü olaraq uşaq üçün pul verə bilər, yəni hüquqi müstəvidə ondan aliment tələb oluna bilməz. Məhkəmə iclasında İddiaçı Lutfilloevnanın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, hazırda uşağın 9 yaşı vardır. Bu müddət ərzində cavabdeh uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. İddiaçı dəfələrlə kart nömrəsi göndərsə də, cavabdeh müxtəlif bəhanələrlə onu aldatmışdır. İddiaçının əvvəlki məhkəmə qətnaməsindən məlumatı olmamış, hazırki iş üzrə onunla müqavilə bağladıqdan sonra məhkəmədə ərizə yazaraq, qətnaməni əldə etmiş və bu zaman dövlət rüsumu ödəməmişdir. Bu isə onun göstərir ki, iddiaçı bundan əvvəl məhkəmə qətnaməsini rəsmi qaydada əldə etməmiş, məlumatı olmamışdır. Buna görə də 3 illik dövr üçün cavabdehdən aliment tutulmalı olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, uşağın saxlanılması üçün aliment ödəməyə cavabdehin etirazı yoxdur. Lakin himayəsində ikinci nikahından doğulmuş 2 azyaşlı övladı vardır, təqaüdçüdür, 100-150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. 3 illik dövr üçün aliment tutulması ilə razı deyildirlər. Belə ki, tərəflərin nikahları pozularkən iddiaçının məhkəmə prosesindən məlumatı olmuş, iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılaraq iddiaya münasibəti öyrənilmiş, nikahlarının pozulmasına razı olduğunu bildirmiş, lakin aliment tələbi olmamışdır. 9 il ərzində iddiaçının aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda, heç bir müraciəti olmamışdır. Aliment almaq üçün iddiaçının müvafiq tədbirlər görməsinə dair heç bir əsaslı sübut yoxdur. Sonuncu dəfə cavabdeh iddiaçının kartına 100 ABŞ dolları vəsait göndərmişdir. Təqdim edilən səs yazılarını sübut kimi qəbul etmədiklərini göstərərək, həmin danışıqların məhkəmədə idda qaldırılmamışdın qabaq planlı şəkildə aparıldığını iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİİ 801047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə Zaur adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3767/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə Abilova (Jabbarova) Lola arasında xx.xx.2016-cı il tarixdə, 120 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 anası Lola Abilovanın (Jabbarova) yanında qalması qət edilmişdir. AZ-İİİ 801047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə Zaur adlı uşaqları anadan olmuşdur. AZ-İV 391946 nömrəli və AZ-İV 895755 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdehin X2 ilə birgə nikahından himayəsində xx.xx.2019-cu ildə Nilay və xx.xx.2023-cü ildə Adəm adlı iki uşağı vardır. xx.xx.2025-ci il tarixli, MŞG/MT053/2025-00077 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Lutfilloevna ilkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndi yeni redaksiyada verilmiş, həmin bəndin 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd olunan qərarın 8.4-2-ci yarımbəndəində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti(borclunun qəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh uşağın maddi cəhətdən təminatını ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçının sübut təqdim etməməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşağın maddi təminatının mümkün qədər maksimal saxlanmasını və cavabdehin himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı Lutfilloevnanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbinin 3 illik dövr üçün müəyyən olunmuş aliment məbləğinin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin dövr üçün alimentin alınması ilə bağlı tədbirlər (yəni hər hansı bir iş görməsi və ya həyata keçirməsi) görməsi barədə sübut təqdim etməmişdir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 48,80 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimenin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı Lutfilloevnanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumu hesabına 48,80 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5271/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5271/2025
21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver