Məhkəmə qərarları › İş №e-2(125)-5316/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5316/2025

17.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5316/2025 17.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər uşağa görə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli miqdarında alimentin tutularaq ona dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin mahiyyəti: İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X7 və xx.xx.2010-cu ildə anadan olmuş X14 adlı iki uşaqları vardır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5181/2018 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş, xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 Qocayeva (Hacıyeva) Jalə Şahin qızının yanında saxlanılması, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-3059/2019 nömrəli qətnaməsi ilə xx.xx.2007-cu ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X3 üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat məbləğində pul vəsaiti İddiaçı Qocayeva (Hacıyeva) Jalə Şahin qızının xeyrinə tutulması qət edilmişdir. Uşaqlar analarının himayəsində saxlanılsa da Cavabdeh uşaqları valideynləri Gülnarə Qocayevanın və Şahin Qocayevin yanında qoyaraq Bakı şəhərinə getmiş, həmin uşaqları ana qayğısından məhrum etmişdir. X8 uşaqlara olan rəftarı ilə əlaqədar X7 və X14 yaşadıqları mənzili tərk edib, parkda gecələmişdir. Bunu görən polis əməkdaşları həmin uşaqları polis şöbəsinə aparmış və burada onların izahatları alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə Gəncə Şəhər Məhkəməsində baxılaraq xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5181/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yerləri dəyişdirilmişdir. Onun iddiası təmin edilmiş, xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5181/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yerlərinin dəyişdirilməsi barədə qətnamə qəbul edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5181/2018 nömrəli qətnaməsi ilə X4 və X10 yaşadığı yer müəyyənləşdirilərkən də həmin uşaqların yaşayış yeri ilə əlaqədar mübahisə olmamış, sonradan J.Ş.X2 və X13 xx.xx.2023-cü il tarixədək ötən 4 il müddətində Gəncə şəhərində öz valideynlərinin yaşadığı ünvanda saxlayaraq, Bakı şəhərinə getmiş, Cavabdeh ilə həmin uşaqlar arasındakı münasibətlər pisləşmiş, hətta X7 və X5 şəhər BPİ-nin 2-ci PŞ-nin TB-də izahat verərkən qeyd olunan xüsusatları təsdiq etmişlər. X4 və X10 2023-cü ilin oktyabr ayının əvvəlindən onun yanında yaşayırlar. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, Münəvvər və Murad adlı uşaqlar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5181/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin himayəsində saxlanılmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3059/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin uşaqların saxlanılmaları üçün müəyyən edilən aliment artırılaraq ondan hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra o, həmin uşaqların himayəsinə verilməsi barədə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin e-2(125)-110/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Onun Cavabdeh yığılmış aliment borcu vardır. Həmin aliment borcunun əvəzləşdirilməsi məqsədi ilə o da hazırki iş üzrə cavabdehə qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Münəvvər və Murad adlı uşaqlar 2023-cü ilin oktyabr ayından onun yanındadır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin, EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5181/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, X15 ilə İddiaçı arasında Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində, 08 yanvar 2017-ci ildə bağlanmış 08 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 anaları X11 yanında saxlanılmaları qət edilmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-3059/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(043)-1444/2013 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tutulan hər ay hər uşaq üçün 70 manat olmaqla cəmi 140 manat müəyyən edilmiş alimentin məbləği artırılaraq, cavabdeh İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hacıyeva (Qocayeva) Jalə Şahin qızının xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması və cavabdeh İddiaçı 30,0 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin e-2(125)-110/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5181/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yerlərinin dəyişdirilməsi, xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi və Cavabdeh məhkəmə psixoloji ekspertizasının dəyəri qismində 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025/00185 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, “aliment və uşağın ananın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixində 10:00 saatlarında iştirak etmədiyini təsdiq üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Cavabdeh hazırki iddiaya etirazından görünür ki, hazırda iddiaçı tərəfindən verilmiş iddia ərizəsini qəbul etmir. Belə ki, iddiaçı əvvəlki qətnamələr üzrə üzərinə düşən vəzifə və öhdəliklərini yerinə yetirməmiş və onun aliment üzrə 18000 AZN məbləğində puldan çox borcu var və iddiaçı bu günə qədər borcunu icra etməmişdir. Hazırda ondan uşaqların saxlanılması üçün aliment tələb edir. İlk növbədə əvvəlki illər üçün uşaqların saxlanılmasına görə iddiaçı tərəfindən ona pul verilməmiş, ancaq buna baxmayaraq iddiaçı indi özü aliment tələb edir. Həmçinin onu qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi ailə münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Münəvvər və xx.xx.2010-cu il təvəllüdlü Murad adlı 2 uşaqları doğulmuşdur. Tərəflər arasında nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5181/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin uşaqlar Cavabdeh himayəsində saxlanılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-3059/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(043)-1444/2013 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü Münəvvər və xx.xx.2010-cu il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay bir uşaq üçün 140 manat olmaqla cəmi 280 manat alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-110/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5181/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yerlərinin dəyişdirilməsi, xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X10 ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, xx.xx.2007-ci il təvəllüdlü Münəvvər adlı uşaq hazırda yetkinlik yaşına çatmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə etiraz ünvanlayaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə cavabdehi və onun nümayəndəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olmuş Münəvvər və Murad adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində aliment təyin edilməsini xahiş etsə də, iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də məhkəmə xx.xx.2010-cu il təvəllüdlü Murad adlı uşağa münasibətdə uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın anasından ayrı olaraq atası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 140 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin iddiaçının Murad adlı uşağa münasibətdə xx.xx.2023-cü il tarixdən aliment tutulması barədə xahişini əsassız hesab edərək qeyd edir ki, iddiaçı həmin uşağın qeyd edilən tarixdən onun yanında qalması barədə məhkəməyə tutarlı sübutlar təqdim etməmişdir. Buna görə də alimentin tutulması iddiaçının mediasiya üçün müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmasını məhkəmə məqsədə müvafiq hesab edir. Məhkəmə daha sonra xx.xx.2007-ci il təvəllüdlü Münəvvər adlı uşağa münasibətdə iddiaçının aliment tələbinə qiymət verərək qeyd edir ki, Münəvvər adlı uşaq iş məhkəmədə yekunlaşana qədər yetkinlik yaşına çatmışdır. Buna baxmayaraq iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya üçün müraciət edən zaman Münəvvər yetkinlik yaşına çatmadığından məhkəmə xx.xx.2025-ci il tarixdən Münəvvərin yetkinlik yaşına çatdığı xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Murad adlı uşağa təyin edilən həddə yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 140 manat, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddia tələbi alimentə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərci iddiaçıya aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı kimi dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün Murad adlı uşağa görə ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 140 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1680 manat təşkil etməklə, Münəvvər adlı uşağa görə isə təyin edilən 6 ay müddətə alimentin cəmi məbləği 840 manat təşkil edildiyindən ümumilikdə 2520 manat üçün cəmi 45.2 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığı xx.xx.2025-ci il tarixə qədər Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 45.2 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar