Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6000/2024 23.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi İddiaçı (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində 17 oktyabr 2023-cü il tarixdə birgə nikahdan olan övladları – 25 noyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay uşaq yetkinlik yaşına çatana qədər 200 manat alimentin ödənilməsinə və barışıq sazişi bağlanandan bu günə qədər olan müddətdə yığılmış 4800 (dörd min səkkiz yüz) manat pulun və bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2016-cı il tarixdə İbrahim adlı bir uşaqları anadan olmuşdur. Aralarında daima narazılıqlar olduğundan 17 oktyabr 2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinin 2(012)- 4230/2023 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Məhkəmədə işə baxılması ərəfəsində mediasiya prosesi zamanı aralarında alimentlə bağlı barışıq sazişi bağlanmışdır. xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə birgə nikahdan olan uşağın saxlanması Maraqlı şəxs üçün hər ay 200 manat aliment verəcəyini öhdəsinə götürmüşdür. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh ona aliment verməkdən imtina edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Maraqlı şəxs ilə arasında bağlanmış 04 avqust 2022-ci tarixli, MŞB/2/-01335 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs övladının saxlanılması üçün 200 (iki yüz) AZN məbləğində vəsaiti ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin, saziş bağlanan andan indiyənə qədər sazişi icra etməyərək, hər hansı ödəniş etməmişdir. Barışıq sazişi 2022-ci ildə bağlansa da, maraqlı şəxsin öz xoşu ilə ödəniş etməsini gözləmiş, həmçinin, məhkəməyə gəlməmək üçün müraciət etməmişdir. Artıq hesab edir ki, maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməlidir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: AZ-İİİ seriyalı, 885824 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 noyabr 2016-cı il tarixdə doğulmuşdur. Atası: Maraqlı şəxs, anası: İddiaçıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4230/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1759 nömrəli akt qeydli nikahın pozulması qət edilmişdir. 04 avqust 2022-ci tarixli, MŞB/2/-01335 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər Maraqlı şəxs (bundan sonra birinci tərəf) və İddiaçı (bundan sonra ikinci tərəf) aşağıdakı şərtlərlə razılaşdılar: 2.1.1 tərəflərin nikahı pozulacaq; 2.1.2 birgə nikahdan doğulan övladları ikinci tərəfin himayəsində qalacaq; 2.1.3 ikinci tərəf övladının maddi və mənəvi (təhsili, müalicəsi və s.) ehtiyaclarını və tələbatlarını ödəyəcək; 2.1.4 birinci tərəf övladının saxlanması üçün 200 (iki yüz) AZN məbləğində vəsaiti ikinci tərəfə ödəyəcək. Gələcəkdə alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla və s.) bilər. 2.1.5 Birinci tərəf övladları ilə tərəflərin razılaşdıqları vaxt və müddətdə görüşəcək; 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflərin hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5 Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini alimentə dair hissədə könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 04 avqust 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı və Maraqlı şəxs arasında 04 avqust 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Birinci tərəf Maraqlı şəxs övladının - 25 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 200 (iki yüz) AZN məbləğində vəsaiti ikinci tərəfə İddiaçı ödəməlidir.
2. Alimentin tutulması 04 avqust 2022-ci il tarixdən başlayaraq 25 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov