Məhkəmə qərarları › İş №e-2(125)-6051/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6051/2023

29.11.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6051/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, X1, ərizəçi Borclu iştirakı ilə, Ərizəçi Borclu Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli məhkəmə əmrindən verdiyi etiraza baxaraq məhkəmə, müəyyən etdi: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)- 1108/2017 nömrəli məhkəmə əmrinə əsasən borclular Borclu və X2 1744,73 ABŞ dolları əsas borc,74,00 ABŞ dolları faiz olmaqla, cəmi 1818,73 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq kreditor «Finca Azərbaycan» QBKT-a ödənilməsi əmr edilmişdir. Borclulardan Borclu qeyd olunan əmrə qarşı etiraz verməklə eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizəçi məhkəmə əmrinə qəarşı etirazını elektron qaydada verməklə ərizənin forma və məzmununa riayət ətmədiyi üçün ərizə əmr icraatı qaydasında qeydə alınaraq mülki iş açılmışdır. Ona görə də məhkəmə hesab edir ki, 25 yanvar 2017-ci il tarixli, 2(043)-1108/2017 nömrəli iş üzrə məhkəmə əmrinə qarşı verilmiş etiraza hazırki işlə məhkəmədə baxılmalı olmadığından hazırki iş üzrə icraata xitam verilməli, ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)-1108/2017 nömrəli məhkəmə əmrinə qarşı etiraz vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Borclu Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli məhkəmə əmrindən verdiyi etirazla bağlı hazırki e-2(125)-6051/2023 nömrəli işə məhkəmədə baxılmalı olmadığından icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar