Məhkəmə qərarları › İş №e-2(125)-6116/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6116/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6116/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 3112 manat məbləğində hesablanmış borcun və sayğacın dəyər məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin 12 oktyabr 2023-cü il tarixində keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, ona qarşı hesablanmış 3110,40 manat borcun silinməsini və cavabdeh qismində Cavabdeh qeyd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Məmməd Bürcəliyev küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 2023-cü ili aprel ayında Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinin qaz sayğacına qanunsuz və qanunvericiliyə zidd qaydada, mülkiyyətçinin iştirakı olmadan baxış keçirilmiş və guya baxış keçirilən zaman onun sayğacının çıxış membranında deşik aşkar olunmuşdur. “Baxış” keçirilmiş evin qapısı döyülərək, onun azyaşlı övladı qapını açmış və ona bildirilmişdir ki, sayğac “firlanmır”. Oğlu qaz idarəsinin işçisinə evdə heç kimin olmadığını, qaz sobasının keçdiyini, bu səbəbdən sayğacın firlanmadığını demişdir. Onlar uşaqdan xahiş etmişlər ki, evdə qazı yandırsın, onlar yoxlaya bilsinlər, lakin uşaq evə girən kimi, sayğacı sökmüşlər. Bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuş və yalnız 21 avqust 2023-cü il tarixdə ona təqdim edilmişdir. Aktda qeyd olunanlara əsasən absurd dərəcədə hesablanan dəymiş ziyan hesablanaraq 25920 m3 artıq istifadə kimi istifadə olunmuş təbii qazın ödənişi onun tərəfindən ödənilməlidir. Akta əsasən baxış Gəncə RQİİ Gəncə XS-nin TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Məmmədov Rəşad və çilingər Sabit İsmayılov tərəfindən keçirilmişdir. Baxış zamanı böyüklər işdə olduğundan, evdə yalnız oğlu olmuş, o, isə yatmışdır. Yəni, iş saatı olduğundan işdə olmuşlar və bu səbəbdən iştirakları olmamışdır. Yoxlamanın aparılması ilə bağı oğlu ona zəng etmiş, telefonu yoxlama keçirən şəxsə vermiş, o, onlardan baxışı onun iştirak ilə keçirilməsini xahiş etmiş və işdən icazə alaraq ən geci bir saata evə gələ biləcəyini bildirmişdir. Lakin yoxlama keçirən şəxs imtina edərək, onu gözləyə bilmədiyini bildirmişdir. O, yoxlama keçirilməsinin səbəbini soruşduqda sayğaca iki aydan artıq müddət pul qoyulmaması və sayğacın hal-hazırda işləməməsi (pul hesablamaması) səbəbini ona bildirmişdir. O, qaz idarəsinin işçisinə “uşağa deyim qaz sobasını qursun, işləməsə sökün”-desə də, razılaşmamışlar. Sonda o, qaz idarəsinin işçisindən sayğacın plombunun qaydalara uyğun olub-olmamasını və hər hansı müdaxilə görməsini soruşduqda ona bildirmişdir ki, “Plomb yerindədir və heç bir müdaxilə edilməyib, amma iki aydan artıq müddətdə karta pul vurulmur və bu səbəbdən sayğac sökülüb yoxlanılacaq.” O, ondan plombun toxunulmaz halda olmasının akta salmasını tələb etdikdə əməkdaş “yaxşı” deyərək zəngi kəsmişdir. Bu yoxlama onun iştirakı olmadan aparılmış, lakin qeyd etdiklərindən heç nə aktda əks olunmamış, yalandan “istehlakçının nümayəndəsi olaraq aktı imzalamaqdan imtina olunması” qeyd olunmuşdur. Son bir ildə yaşadığı ünvanda üç qaz sayğacı qoyulmuş, sonuncu 2022-ci ilin iyun ayında “Zenner” tipli sayğac quraşdırılmışdır. Qaz idarəsinin dediyinə görə qış aylarında bu sayğacda normal işləsə də yaz aylarında problem yaranır. Yəni, sayğacda problem bir iki ay əvvəl əmələ gəlmiş, lakin absurd dərəcə hesablanan 3000 manatdan artıq olan cərimə bütün müddətə hesablanmışdır. xx.xx.2023-cü il tarixli, MSK - 14-2-2/35-4232-1 saylı akta və Azəriqaz İBnin 14-2-2/3-5-4232 saylı 18 aprel 2023-cü il tarixli telefonoqramına əsasən 19 aprel 2023cü il tarixində əhali sektorunda istismarda olan Gəncə RQİİ Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan Almaniya istehsalı G4 markalı, Zenner Smart tipli qaz sayğacları 20 aprel 2023-cü il tarixində yoxlama nəticəsində yararsız hesab olunmuşdur. Yoxlamanın nəticəsi olaraq aktda göstərilir ki, sayğaca baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması müəyyən olunmuşdur. Sayğac nominal və minimal sərfiyyatda – 100 faiz nisbi xəta ilə işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin (6*24*180=25920 m3). xx.xx.2022-ci il tarixli opentext A00513 saylı yeni təlimata əsasən 25920 m3 həcmində vəsaitin ödənilməsi hesablanmışdır. X3 İstismar İdarəsindən Zenner Smart sayğaca olan ödənişlər barədə cədvəl əldə olunmuşdur. Əgər onun mənzilində quraşdırılan əvvəlki qaz sayğacında hər hansı nasazlıq var idisə, dövlət yoxlaması zamanı bu aşkara çıxa bilərdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilən zaman onun iştirakı təmin olunmamışdır. Həmçinin sözügedən aktda “istehlakçının nümayəndəsinin həmin aktı imzalamaqdan imtina etməsi” qeyd olunsa da, o aktı imzalamaqdan imtina etməmişdir. Belə ki, Cavabdeh əməkdaşları ona məxsus evin qaz sayğacını yoxlayan zaman evdə yalnız azyaşlı oğlu olmuşdur. Oğlu ona zəng edərək qaz sayğacına baxış keçirildiyini bildirmiş və o da oğlundan telefonu cavabdeh orqanın əməkdaşlarına verməsini xahiş etmişdir. Telefonda danışan zaman onlara sayğaca baxışın iştirakı ilə keçirilməsini xahiş etmiş və işdən icazə alaraq 1 saata gələcəyini bildirmişdir. Lakin, onu gözləyə bilməyəcəklərini demişlər. Daha sonra sayğacın plombunda hər hansı problem olub-olmamasını soruşmuş və ona plombun yerində olduğunu, heç bir müdaxilə olmadığını, lakin, uzun müddətdir ki, karta pul yüklənmədiyi üçün yoxlanılacağı bildirilmişdir. Cavabdeh orqanın əməkdaşlarına sayğaca heç bir müdaxilə olunmaması və qaydalara uyğun olmasını aktda qeyd etmələrini bildirsə də, onlar “yaxşı” deərək, zəngi kəsmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Belə olduğu halda 3110,40 manat məbləğində cərimənin hesablanması əsassız və qanunsuzdur. Bundan başqa sayğac küçədə quraşdırılmışdır. Bu səbəbdən işlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşür və o, məsuliyyət daşımır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********20-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı tam pay olmaqla İddiaçı məxsusdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə RQİİ Gəncə XS-nin TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Məmmədov Rəşad, çilingər İsmayılov Sabit iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində, saat 14:00-da təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacən çıxış membranında deşik aşkar olunmuşdur. İstehlakçının nümayəndəsinin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 28 aprel 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, G-4 markalı, **********802 nömrəli sayğacın çıxış membranı deşilmişdir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması, G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x180=25920 m3 cəmi 25920 m3. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********00360 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 3110,40 manat məbləğində borc yazılmışdır. 25 aprel 2023-cü il tarixli, MSK -14-2-2/3-5-4232-1 nömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5-4232 saylı, 18 aprel 2023-cü il tarixli telefonoqramına əsasən 19 aprel 2023-cü il tarixində əhali sektorunda istismarda olan Gəncə RQİİ Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan Almaniya istehsalı G4 markalı, Zenner Smart tipli qaz sayğacları 20 aprel 2023-cü il tarixində yoxlama nəticəsində yararsız hesab olunmuşdur. Yoxlamanın nəticəsi olaraq **********802 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda -100 faiz nisbi xəta ilə işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının çıxış membranında deşik aşkar olunması ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh isteklakçı olan iddiaçıya məxsus olan və onun yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Sayğaca müdaxilə olunmadan sayğacın çıxış membranında deşik aşkar olunmasına görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir. Bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində sayğacın yararsız vəziyyətə düşməsi halını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. Sayğacın quraşdırılması və işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, Cavabdeh tərəfindən İddiaçı 3110,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən qanunsuz olaraq hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 3110,40 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun əsaslı yazılması faktı sübut edilmə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən 20 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 20 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı Cavabdeh tərəfindən hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar