Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6169/2025 16.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həbsdə saxlanıldığı 1 il 1 ay 8 gün müddətə mütənasib olaraq, maddi zərərə görə 16900 manat pulun, mənəvi zərərə görə 35000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, istintaq orqanının qanunsuz və əsassız ittihamı nəticəsində İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanılmışdır. Ümumilikdə isə cinayət işi xx.xx.2025-ci il tarixdə Ali Məhkəmədə yekunlaşmışdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, Gəncə şəhər 2-ci polis şöbəsinin qanunsuz hərəkətləri nəticəsində cinayət məsuliyyətinə cəlb edilərək Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şəxs ilk gündən həmin cinayət əməli ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Dəfələrlə qətimkan tədbirinin ləğvi və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə vəsatətlər verilsə də təmin edilməmiş, şəxs həbsdə saxlanılmışdır. Gəncə Ağır CinayətlərMəhkəməsinin 15 may 2024-cü il tarixli hökmü ilə İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasənbəraət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermiş Gəncə Apellyasiya Məhkəməsinin12 fevral 2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qərarından narazı qalan dövlət ittihamçısı kassasiya protesti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bəraət almış İddiaçı dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində həbs edilməsə idi bu zaman o işləyərək maddi gəlir əldə edə bilərdi, lakin göründüyü kimi şəxsin həbs edilməsi onun əmək funksiyalarının həyata keçirilməsinə maneə yaratmışdır. Bundan başqa bəraət almış şəxs tutulmasa bu zaman yaşaması üçün çalışmalı və müəyyən miqdarda gəlir əldə etməli idi. Həmin gəlir isə qanunvercilikdə nəzərdə tutulmuş yaşayış minimumu həddindən aşağı ola bilməzdi. Lakin şəxs fərdi əməklə məşğul olmuş, aylıq 1200-1300 manat gəlir əldə etmişdir. Eyni zamanda mənəvi zərərə görə şəxsə dəymiş ziyanı 35000 manat miqdarında dəyərləndiririk. İddiaçı qanunsuz olaraq 1 il 1 ay 8 gün müddətində qeyri-qanuni olaraq həbsdə saxlanılmışdır. Qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, azadlıq hüququ məhdudlaşdırılmış,eyni zamanda iddiaçının atası Oruc Tanarverdiyev o tutulduqdan 1 gün sonra vəfat etmiş, bu müddət ərzində İddiaçı ailə başçısının yəni, atasının ölümünə görə təbii olaraq mənəvi iztirab və sarsıntılar keçirmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi tələbi müdafiə edərək, mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz edərək iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə verildiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı olaraq “ünvan 1can Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təmsilçisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsaslanaraq mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin normada nəzərdə tutulam hallarda fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Hazırkı iş üzrə iddiaçı isə mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində pulun tutulmasını xahiş etmişdir. Belə olan halda, hazırkı iş üzrə iddia ərizəsinə qeyd edilən normanın tətbiqi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 36.7-ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi şəxsin ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.1, 44.2.2, 45, 263264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-6169/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6169/2025
16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver