Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6375/2025 16.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmaqla dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmaqla dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadına əsasən azyaşlı 16 aprel 2017-ci il tarixdə anadan olmuş X1 üçün ölkə üzrə minimum əmək haqqının 0.88 mislində aliment dəyişdirilərək əmək haqqının ¼ hissəsinə uyğun olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Məmmədova (Səlimova) Aytac Eldar qızı arasında 25 fevral 2016-cı il tarixdə Gəncə ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Birgə nikahlarından övladları 16 aprel 2017-ci il tarixdə anadan olmuş X3 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(044)-1541/2019 saylı qətnaməsinə əsasən, cavabdehlə 25 fevral 2016-cı il tarixdə Gəncə ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahlarının pozulması, birgə nikahlarından anadan olmuş 16 aprel 2017-ci il tarixdə anadan olmuş X3 anası Məmmədova (Səlimova) Aytac Eldar qızının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat məbləğində aliment ondan tutularaq cavabdeh Məmmədova (Səlimova) Aytac Eldar qızına verilməsi qət edilmişdir. Cavabdeh Məmmədova (Səlimova) Aytac Eldar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(044)-1541/2019 saylı qətnaməsinə əsasən, 16 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan 160 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadına əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(044)-1541/2019 saylı qətnaməsi ilə İddiaçı uşağa tutulan 160 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya edilmişdir. Alimentin ölkə üzrə minimum əmək haqqının 0.88 mislində, yəni 352 manat məbləğin onun gəlirləri üçün çoxdur və ödəməyi mümkünsüzdür. Bundan əlavə onu da qeyd edir ki, cavabdeh işləyir və kifayət qədər gəlir əldə edir. Qanunda “valideynlər uşaqlarını saxlamağa borcludurlar” qeyd edilməsi tək ataya deyil, hər iki valideynə aiddir. Ana işləyirsə, kifayət qədər gəlir əldə edirsə, uşağın saxlanılması üçün məbləğ tək atadan tutulması ədalətli deyil. Hesab edir ki, hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər halları nəzərə alınmalıdır. Bir ata kimi övladı üçün imkanı olsa hər bir şərait yaradar amma reallıq odur ki, onun faktiki gəliri ona imkan vermir. Bu səbəbdən də alimentin əmək haqqının ¼ hissəsinə yönəldilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadına əsasən müəyyən edilən alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini və ondan 210-220 manat civarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan tutulmalı olan alimentin hər ay 300 manat məbləğində müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırkı mübahisə üzrə iddiaçı Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadına əsasən azyaşlı 16 aprel 2017-ci il tarixdə anadan olmuş X1 üçün ölkə üzrə minimum əmək haqqının 0.88 mislində alimentin tutulmasının iddiaçının hüquqlarını pozduğunu, ona görə də ondan tutulan alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(044)- 1541/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği indeksasiya olunmuş, 16 aprel 2017-ci il tarixdə anadan olmuş X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0.88 mislində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadı ilə Cavabdeh xeyrinə tutulması qərara alınmış, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 400 manatın 0,88 misli həddində sabit pul məbləğində alimen hər ay üçün 352 manat məbləğini təşkil edir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutulması həddindən artıq yüksək məbləğ olmaqla, qanunamüvafiq sayılmamalıdır. Çünki, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddindən çox yüksəkdir və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun deyildir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün İddiaçı tutulmalı olan aylıq alimentin məbləği mövcud vəziyyətə uyğun olaraq, Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumuna uyğun məbləğdə-hər ay 246 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 246 manat məbləği 400 manat məbləğinin 0,615, yəni, yuvarlaqlaşdırılmış 0,62 mislini təşkil edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı çəkdiyi mediasiya və məhkəmə xərclərinin əvəzini cavabdehdən tələb etməmişdir. Ona görə də məhkəmə həmin məsələlər üzrə qərar qəbul etməmişdir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 16 aprel 2017-ci il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Gəncə Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 8(125)-654/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 16 aprel 2017-ci il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-6375/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6375/2025
16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver