Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-640/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan 75 manat alimentin miqdarı 220 (iki yüz iyirmi) manata artırılmasına və faktiki nikah münasibətlərindən anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə işin məhkəmədə baxılmasına hazırlanması mərhələsində “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan 75 manat alimentin miqdarı 250 (iki yüz əlli) manata artırılmasına və faktiki nikah münasibətlərindən anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh mediasiya üçün ərizə verildiyi vaxtdan hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan 2 azyaşlı övladları 09 dekabr 2009-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 anadan olmuşlar. Münasibətləri pozulması nəticəsində məhkəmə qaydasında nikahları ləvğ edilmişdir. xx.xx.2014-cü il tarixində Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən 207 nömrəli akt qeydə alınmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün 75 manat aliment tutulması qət edilmişdir. xx.xx.2020-ci il təvəllüdlü X10 faktiki nikah münasibləri zamanı doğularaq atalıq faktının müəyyən edilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdeh uşaqlara maddi və mənəvi dəstək olmur. Odur ki, cavabdehdən tutulan aliment artırılmalı və aliment tutulub ona verilməsinə dair mübahisə ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Övlada məhəbbət onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı qadına bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. Hər bir valideyn öz övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs öhdəliyi, həm də müqəddəs arzu və haqqıdır. Çünki böyüyən nəslə xüsusi diqqət xalqımızın qanından, canından onun təfəkkür tərzindən irəli gəlir ki, bu da onu digər millətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş və ilkin mediasiya sessiyası təyin edilmişdir. Cavabdeh mediasiya sessiyasına gəlməməsi səbəbindən 20 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. 50 manat məbləğində mediasiya xərci tam şəkildə tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınaraq, təmin edilməsini, yəni 21 iyun 2023-cü il tarixdən başlayaraq, 06 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq 09 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin, məhkəməyə ərizə göndərərək, ağır yer xəstəsi olduğunu, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də ağır yer xəstəliyi ilə əlaqədar sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini, məhkəmə iclasında onun iştirakının təmin olunması üçün məhkəmə iclasının başqa münasib vaxta təyin edilməsini, bu mümkün olmadığı təqdirdə isə onun iddia ərizəsində göstərilən dəlilləri və xəstəliyi nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə dəfələrlə cavabdehin xahişini nəzərə alaraq məhkəmə iclasını təxirə saldığından, eləcə də cavabdeh üzrlü səbəblər barədə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 24 oktyabr 2008-ci il tarixdə, nikahın bağlanması haqqında 13 nömrəli akt qeydi ilə Tərtər rayonu Ələsgərli kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 09 dekabr 2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 09 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 (yetmiş beş) manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi, alimentin tutulması xx.xx.2013-cü il tarixdən hesablanması və Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. AZ-İİİ seriyalı, 404261 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X9 09 dekabr 2009-cu il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. AZ-İ seriyalı, 196496 nömrəli, 18 sentyabr 2014-cü il tarixli, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 sentyabr 2014-cü il tarixdə 207 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə “Rəhimov”, arvada “Təhməzova” soyadı verilmişdir. AZ-İ seriyalı, 404649 nömrəli, 27 oktyabr 2020-ci il tarixli, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh 06 oktyabr 2020-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 27 oktyabr 2020-ci il tarixdə 245 nömrə ilə qeyd edilmişdir. AZ-İV seriyalı, 519809 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X10 06 oktyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 08 iyul 2023-cü il tarixli, MŞG/MT033/2023-00084 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat, 10 manat kargüzarlıq və poçt xərcini ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, İddiaçı Cavabdeh ilə nikahını rəsmiləşdirərək ailə həyatı qurmuş və rəsmi nikahlarından 09 dekabr 2009-cu il təvəllüdlü X9 doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 24 oktyabr 2008-ci il tarixdə, nikahın bağlanması haqqında 13 nömrəli akt qeydi ilə Tərtər rayonu Ələsgərli kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 09 dekabr 2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 09 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 (yetmiş beş) manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Daha sonra tərəflərin faktiki ailə münasibətlərindən 06 oktyabr 2020-ci il tarixdə X10 adında uşaqları doğulmuş və AZ-İ seriyalı, 404649 nömrəli, 27 oktyabr 2020-ci il tarixli, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən vətəndaş Cavabdeh 06 oktyabr 2020-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan 75 manat alimentin miqdarı 220 (iki yüz iyirmi) manata artırılmasına və faktiki nikah münasibətlərindən anadan olmuş xx.xx.2020ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilən hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan 75 manat alimentin miqdarı 250 (iki yüz əlli) manata artırılmasına və faktiki nikah münasibətlərindən anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Cavabdeh mediasiya üçün ərizə verildiyi vaxtdan hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi hissəsi nəzərə alınaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin, məhkəməyə ərizə göndərərək, ağır yer xəstəsi olduğunu, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də ağır yer xəstəliyi ilə əlaqədar sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini, məhkəmə iclasında onun iştirakının təmin olunması üçün məhkəmə iclasının başqa münasib vaxta təyin edilməsini, bu mümkün olmadığı təqdirdə isə onun iddia ərizəsində göstərilən dəlilləri və xəstəliyi nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk növbədə xx.xx.2020-ci il təvəllüdlü X8 münasibətdə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanmaqla hesab edir ki, alimentin tutulması iddiaçının mediasiya üçün müraciət etdiyi 21 iyun 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, 09 dekabr 2009-cu il təvəllüdlü X7 münasibətdə aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 9 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş 09 dekabr 2009-cu il təvəllüdlü X3 təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, 09 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci üçün ödədiyi məbləği tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olmaqla hazırki iddianı məhkəmədə qaldırmaq üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 115 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 1380 manat və hər ay cavabdeh tərəfindən ödənilməli olan 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2280 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 76,6 (yetmiş altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 iyun 2023-cü il tarixdən başlayaraq, 06 oktyabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Hazırki qətnamə 06 oktyabr 2020-ci il təvəllüdlü X8 münasibətdə (alimentlə bağlı hissədə) dərhal icra edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-105/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 09 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. 09 dekabr 2009-cu il təvəllüdlü X7 münasibətdə artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mediasiya xidməti üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 76,6 (yetmiş altı manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-640/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-640/2024
26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver