Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6688/2025 08.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbi barədə iddia ərizəsinə dair mülki işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimenti iddiaçı tərəfindən ödənilməsindən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onunla Cavabdeh birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 adlı iki uşaqları vardır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-930/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 anaları Cavabdeh yanında saxlanmaları qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə qarşılıqlı razılığa əsasən xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 onun yanında yaşamağa başlamışdır. Hazırki dövrə qədər də azyaşlı Cavidan onunla yaşayır. O digər övladı Cavad üçün hər ay vaxtıvaxtında təyin olunan alimenti ödəsə də, Cavidan onun yanında qaldığına, azyaşlı onun bütün maddi və mənəvi ehtiyaclarını özü qarşıladığına görə təyin olunan alimenti ödəmir. Cavabdeh bir ana kimi azyaşlı Cavidanın heç bir qayğısını çəkməməklə yanaşı ondan əsassız olaraq hesablanmış aliment borcunu tələb edir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavidanın onun yanında yaşamağa başladığı xx.xx.2025-ci il tarixdən bu yana hesablanmış aliment borcu silinməli və həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edilməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinə əsasən onunla İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 onun yanında saxlanmaları qət edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı öz ad gününü qeyd etmək üçün uşaqlarla görüşmüş və onun razılığı olmadan xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 özü ilə aparmış və geri qaytarmamışdır. O bununla bağlı müvafiq orqanlara müraciət etmişdir və hazırda da proses davam edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinə əsasən Cavidanın yaşayış yeri onun yanıdır. İddiaçı isə aliment öhdəliyindən azad olmaq üçün azyaşlı uşağı heç bir qanuni əsas olmadan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə zidd olaraq yanında saxlayır. Bundan başqa, azyaşlı Cavidanın iddiaçının yanında qaldığı müddət ərzində hesablanmış aliment borcunun silinməsinə razı olsa da bütövlüklə aliment öhdəliyindən azad olunmasına etiraz edir, razı deyildir. Belə ki, o, hər iki uşağının da yanında saxlanmasını və iddiaçının da bir ata kimi onların saxlanmasında aliment ödəməsini düzgün hesab edir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı qəbul etməyərək iddianın əsassız olduğunu və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, tərəfləri və onların nümayəndələrini (vəkillərini) dinləyərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan AZ-T seriyalı 298085 nömrəli və AZ-T seriyalı 298084 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan AZ-İ seriyalı 511711 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-417/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-930/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği indeksasiya olunmuş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-417/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 417/2025 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 790/2025 nömrəli qərardadından görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul olunmuş icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli icra sənədi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə qaytarılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 3148/2025 nömrəli qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı «uşağın himayəyə verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə görə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olduqda həmin iddianın maddi hüqiqi əsası qismində Ailə Məcəlləsinin 107-ci maddəsi təşkil edir. Hazırki halda isə İddiaçı tərəflərin birgə nikahından doğulmuş və məhkəmə qətnaməsi ilə aliment təyin edilmiş uşağın onun yanında qalması ilə əlaqədar maddi xərclərini ödəməsinə istinad etməklə aliment borcunun silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi İddiaçı iddia tələbini aliment borcunun silinməsi adlandırıb, iddia tələbini cavabdehə qarşı bu qaydada yönəltsə də, əsl həqiqətdə iddianın məzmunu İddiaçı uşağın maddi təminatını ödəməsi, yəni faktiki olaraq aliment öhdəliklərini icra etməsi ilə əlaqədardır. Tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün təyin edilən alimentin məqsədi də uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulmasıdır və əgər uşağın maddi xərcləri aliment tutulması qət edilmiş valideyn tərəfindən ödənilmişdirsə, artıq aliment öhdəlikləri icra olunmuş hesab edilir. Belə olan halda «aliment borcunun silinməsi» tələbinə məhkəmədə iddia icraatı qaydasında baxılması yoverilməzdir və məhkəmənin icraatına qəbul edilmiş iddia üzrə mülki işin icraatına xitam verilməlidir. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran xx.xx.2024-cü il tarixli 2(102)- 6688/2024 nömrəli qərarında da ifadə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda tərəflər arasında mübahisə predmeti olan alimentin hesablanma tarixi Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(125)-930/2022 nömrəli qətnaməsi ilə təsbit edildiyindən və İddiaçı iddia tələbi məhz icra məmuru tərəfindən hesablanmış borcun silinməsi olduğundan həmin iddia tələbi üzrə mülk işin icraatına xitam verilməlidir. Həmçinin İddiaçı izah edilməlidir ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan xx.xx.2020-ci ildə anadan olmuş X2 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək onun yanında qalmasına görə hesablanmış aliment borcunun silinməsi ilə əlaqədar sübutlarını təqdim etməklə, icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər İddiaçı icra məmuru tərəfindən aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə yenidən razılaşmazsa, qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun qərarından (hərəkət və ya hərəkətsizliyindən) qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, mülki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-6688/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6688/2025
08.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver