Məhkəmə qərarları › İş №e-2(125)-7048/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7048/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7048/2024 03.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əmlak tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2024-cü ildə bağlanmış 67 saylı nikahın pozulmasına, Cavabdeh 20294 manat dəyərində geyim və cehiz əşyalarının, həmin əşyalar olmadıqda onların dəyərinin, həmçinin diplom vərəqinin alınaraq ona verilməsi, ödənilmiş 152 manat dövlət rüsumunun, 150 manat mütəxəssis rəyinə ödənilmiş pulun, 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun və mediasiya xərci olaraq 55 manat rüsumun Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3-cü maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünün aparılması göstərilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında olan nikahın pozulmasını və onların birgə mülkiyyətini təşkil etməyən özünəməxsus cehiz və geyim əşyalarının, eləcə də diplom vərəqəsinin cavabdehdən alınaraq ona verilməsi barədə iddia qaldırmaqla bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirməklə iddianı vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar