Məhkəmə qərarları › İş №e-2(125)-7200/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7200/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7200/2025 10.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimet tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yanında olan 07 dekabr 2015-ci il təvəllüdlü X3 və 20 oktyabr 2011-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki evlənməklə 01 fevral 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 07 dekabr 2015-ci ildə X3 və 20 oktyabr 2011-ci ildə X4 adlı 2 nəfər uşaqları doğulmuşdur. Cavabdehlə evliliklərinin ilk illərində ailə münasibətləri normal olsa da, sonradan cavabdehin ailəsinin müdaxilələri nəticəsində daim aralarında narazılıqlar yaranmışdır. Cavabdehlə birgə ailə şəraitində yaşamaları mümkün olmadığından faktiki olaraq ayrılmışlar. Cavabdehlə faktiki olaraq ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş 07 dekabr 2015-ci il təvəllüdlü X3 və 20 oktyabr 2011-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmamış uşaqları onun yanında yaşayırlar. Hazırda övladları ilə birlikdə tək yaşayır. Yetkinlik yaşına çatmamış uşaqların saxlanmasında cavabdehin maddi yardımına ehtiyacı vardır. Cavabdeh isə işləyir və aylıq rəsmi qazanca malikdir. Ona görə də hazırda yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, tərəflərin 1 ildir ki, ayrı yaşadıqlarını və cavabdehin rəsmi olaraq işlədiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- AZ-İV 030880 nömrəli və AZ-İİİ 665862 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin xx.xx.2011-ci ildə İbrahim və xx.xx.2015-ci ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MT007/2025-01162 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə, saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya xidmətlərinin göstərilməsinə görə 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyini göstərərək, cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 07 dekabr 2015-ci ildə anadan olmuş X1 və 20 oktyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 07 dekabr 2015-ci ildə anadan olmuş X1 və 20 oktyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar