Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-777/2025 10.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahda olarkən əldə etdikləri ** GE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E240” minik markalı avtomobilə və Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə İddiaçı ½ payının müəyyən edilməsinə və Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin dəyəri müəyyən edilməklə, həmin evə xərclənmiş pulun yarısının cavabdehdən tutularaq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 12 may 2003-cü il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahdan onların iki övladı dünyaya gəlmiş, hazırda hər iki uşaq yekinlik yaşına çatmışdır. Evləndikdən sonra qısa müddət birlikdə xoşbəxt yaşamışlar. Tez-tez aralarında olan mübahisələr ayrılmalarına səbəb olmuşdur. Son dövrdə mübahisələr daha da kəskinləşmişdir və artıq xeyli zamandır ki, ayrılmışlar. Ancaq nikahları rəsmi qaydada pozulmamışdır. İddiaçı onunla olan rəsmi bağlılığına son vermək istəyir. Onların artıq barışmaqları mümkün deyil. Nikahın pozulması ilə bağlı Gəncə şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh Qeydiyyat Şöbəsinə gəlmədiyindən qeydiyyat orqanında ərizənin təmin olunması mümkün olmamış, iddiaçıya nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh ilə mediasiya vasitəsi ilə razılığa gəlinməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçı ilə cavabdeh birgə nikahda olarkən İddiaçı adına buraxılış ili 1998-ci il tarixli ** GE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E240” minik markalı avtomobil alınmışdır. (Avtomobilin qeydiyyat şəhadətnaməsi haqqında məlumat: seriya və nömrəsi: AD084781 verilmə tarixi xx.xx.2018-ci il). Eyni zamanda Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair Samux rayon Nəbiağalı bələdiyyəsinin 19 fevral 2007-ci il tarixli, 08 saylı qərarına əsasən 05 fevral 2015-ci il tarixli, AN 517160 saylı “Torpaq sahəsinin planı və ölçüsü” Cavabdeh adına işlənmişdir. Həmin torpaq sahəsində iddiaçı və cavabdeh birgə nikah dövründə ev tikmiş və həmin evi əsaslı təmir etmişlər. Ona görə də, İddiaçı ilə Cavabdeh birgə nikahda olarkən əldə etdikləri ** GE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E240” minik markalı avtomobilə və Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə İddiaçı ½ payının müəyyən edilməsinə və Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin dəyəri müəyyən edilməklə, həmin evə xərclənmiş pulun yarısının cavabdehdən tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddianın Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə İddiaçı ½ payının müəyyən edilməsi və Samux rayonu, Nəbiağalı qəsəbəsində (indiki Samux şəhəri) yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin dəyəri müəyyən edilməklə, həmin evə xərclənmiş pulun yarısının cavabdehdən tutularaq İddiaçı verilməsi tələbi hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş və irəli sürülən iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla, işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş “MERCEDES BENZ E240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi tələbi hissədə əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh və X1 12 may 2003-cü il tarixdə rəsmi nikah bağlamışlar. Nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X4 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1977ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2024-cü il tanxdən «Mercedes Benz E240» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında işin halları kimi müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 12 may 2003-cü il tarixdə rəsmi nikah bağlamışlar.Tərəflər birgə nikahda olduqları zaman, xx.xx.2024-cü il tarixdə “MERCEDES BENZ E240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Məhkəmə, iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, mübahisə predmeti əsasən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və həmin əmlaka pay hüquqlarının müəyyən edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və ailə qanunvericiliyinin ər-arvadın ümumi mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün sübyektiv hüquqa malik olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi ilə bağlı olduğundan iddiaçı hazırkı tələblə iddia qaldırmağa subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddia tələbində payların müəyyən edilməsi tələb edilən əmlak tərəflərin birgə nikahda olduqları dövrdə alqı-satqı yolu ilə əldə etdiyi əmlakdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş “MERCEDES BENZ E240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi tələbi hissədə qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahda olduqları dövrdə birgə vəsait hesabına əldə edilmiş “MERCEDES BENZ E240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsi üzərində İddiaçı və qalan ½ hissəsi üzərində Cavabdeh payları müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş “MERCEDES BENZ E240” minik markalı ** GE *** qeydiyyat nişanlı avtomaşının ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi tələbi hissədə təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri “MERCEDES BENZ E240” minik markalı ** GE *** qeydiyyat nişanlı avtomaşının ½ hissəsi üzərində İddiaçı və qalan ½ hissəsi üzərində Cavabdeh payları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərərfindən“ Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-777/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-777/2025
10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver