Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-8036/2023 15.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Borclu tərəfindən verilmiş məhkəmə əmrinə etirazı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən etirazla əmr icraatı qaydasında məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)-1108/2017 saylı əmrini ləğv edərək işin iddia icraatına keçirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)-1108/2017 saylı əmri ilə ondan və X1 əsas borc məbləği üzrə 1744.73 ABŞ dolları, faiz üzrə 74.00 ABŞ dolları olmaqla, cəmi 1818.73 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Finca Azərbaycan QBKT-na ödənilməsinə dair əmr verilmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxmaqla bankın mövqeyindən çıxış edərək onun bütün tələblərini təmin etmişdir. Hesab edir ki, iş iddia icraatına keçirilməli və məhkəmə araşdırması aparılaraq məhkəmə tərəfindən onun izahatı və problemləri dinlənilməlidir. Məhkəmə etirazı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, etirazın qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən, Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 280. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Maddə 283. Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Hazırkı iş üzrə Borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən etirazla əmr icraatı qaydasında məhkəməyə müraciət edərək məhkəmə əmrini ləğv edərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Lakin qeyd edilən normaların məzmunundan göründüyü kimi, Borclu ayrıca olaraq əmr icraatı qaydasında deyil, məhkəməyə müraciət qaydasında etirazı Gəncə Şəhər Məhkəməsinə təqdim etməlidir, məhkəmə etirazın vaxtında verildiyini hesab etsə, əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxaracaqdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Borclu tərəfindən verilmiş məhkəmə əmrinə etirazın qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-8036/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-8036/2023
15.12.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver