Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-907/2025 04.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X43 Şakir oğlunun sədrliyi, X18 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil2 iştirakları ilə; İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, onunla iş üzrə Cavabdeh ilə arasında AR Gəncə şəhər Nizami rayon “Qeydiyyat şöbəsi” tərəfindən xx.xx.2010-cu il tarixli, AZ-İ, № 591796, 492 saylı nikahın pozulmasına, həmçinin birgə nikahdan olan azyaşlı uşaqlar xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılmasının müəyyən edilməsi, həmin uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, mediasiya və məhkəmə ödənişin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə cavabdeh X12 ilə ailə həyatı qurmuş və xx.xx.2010-cu il tarixidə rəsmi nikaha daxil olmuşdur. Bu barədə qanunvericiliyin tələbi ilə rəsmi qaydada Gəncə şəhər Nizami rayon “Qeydiyyat şöbəsi” tərəfindən xx.xx.2010-cu il tarixli, AZ-İ № 591796, 492 saylı X21 verilmişdir. Birgə nikahdan 2 (iki) azyaşlı övladları - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Nikahın pozulması barədə ərizə verilməsinin səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi və artıq uzun müddət onların ayrı yaşamaqlarından irəli gəlir. Belə ki, nikahdan sonra ilk vaxtlardan onun cavabdehlə münasibətləri yaxşı olsa da, evlilik həyatına başladıqdan bir müddət sonra aralarında münasibətlər korlanmış və cavabdehlə yaranan münaqişələr ailələrinin möhkəmlənməsinə imkan verməmişdir. Ailənin bərpa olunması mümkün deyildir. Artıq aralarında olan nikah formal xarakter daşıdığından cavabdehlə nikahlarının pozulması vacibdir. Lakin aralarında yetkinlik yaşına çatmayan uşaqlar olduğuna görə cavabdehlə olan rəsmi nikahlarını məhkəmə qaydasında pozulmalıdır. Hesab edir ki, uşaqlar xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 ona daha çox bağlı olduğundan və onların tərbiyəsi və təhsili ilə daha çox o, məşğul olduğu üçün, onun üstün mənafeyi naminə uşaqların yaşayış yeri anaların yanında müəyyən olunmalıdır. Qeyd olunan məsələ ilə bağlı Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2024-cü il tarixində mediator tərəfində müvafiq arayış verilmişdir. Odur ki, mübahisənin qanuni yolla həll edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, uşaqların hansı valideynin yanında qalması ilə bağlı məhkəmənin qərarı ilə işin icraatı dayandırılaraq müvafiq quruma göndərilmiş və məsələ araşdırılaraq komissiyanın rəyi məhkəməyə təqdim edilmişdir. Uşaqlar hal-hazırda anası ilə birlikdə Rusiya Federasiyasının Krasnokamnesk şəhərində yaşayır. Səhrabbəy və Nihatbəy adlı uşaqların Rusiya Federasiyasında psixoloq vasitəsi ilə dindirilərək psixoloji müayinə edilməsi barədə psixoloji və pedoqoji xasiyyətnamədə, həmçinin, qəyyumluq və himayəçilik komissiyasının rəyində uşaqların iddiaçı olan analarının yanında qalması vurğulanmışdır. Hesab edir ki, iddia tələbi təmin edilməli, nikah pozulmalı və həmin uşaqlar analarının himayəsində saxlanılmalıdır. Həmçinin, cavabdeh tərəfindən Nihatbəy və Səhrabbəy adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün aliment tutulmalıdır. İddiaçı bildirdiyinə görə cavabdeh uşaqları ilə maraqlanmır, ünsiyyət saxladıqda isə onlarla kobud rəftar edir, təhqir edir, iddiaçı ana və atasının köməkliyi ilə uşaqlarını saxlayır. Cavabdeh ailənin bərpa edilməsi üçün heç bir cəhd göstərməmişdir. İddiaçı nikahın pozulmasında israrlıdır və cavabdehlə barışmaq fikri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh ailəsinin bərpa olunmasını, həmçinin uşaqların onun himayəsinə verilməsini istəyir. Çünki, bilir ki, iddiaçı olan anada uşaqlarına bağlıdır, cavabdeh onu da qəbul edir ki, iddiaçı çox yaxşı ana olmaqla, uşaqlarının qayğısına qalır və uşaqlar onun himayəsinə verilərsə ailəsinin bərpa olunması mümkün ola bilər. Cavabdeh uşaqları ilə mütəmadi olaraq əlaqə saxlamış, lakin son zamanlar iddiaçı ona uşaqlarla əlaqə yaratmağa maneə yaratmağa başlamışdır. Cavabdeh nikahın pozulmasına razı deyildir və düşünür ki, məhkəmə tərəfindən vaxt verilərsə, ailəsini bərpa etməyin yolunu tapa bilər. İş məhkəmənin icraatında olan dövrdə cavabdeh iddiaçı ilə barışmaq üçün cəhdlər göstərsə də, iddiaçı barışmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. AZ-İ seriyalı, 591796 nömrəli X21dən görünür ki, Cavabdeh ilə X23 arasında nikah 15 oktyabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 oktyabr 2010-cu il tarixdə 492 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Kaplanov", arvada “Kaplanova” soyadı verilmişdir.
7. AZ-İİ seriyalı, 705538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 iyul 2011-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır.
8. AZ-İİİ seriyalı, 063046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 mart 2013-cü il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır.
9. 14 dekabr 2024-cü il tarixli, MŞG/1MT007/2024-02251 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 14 dekabr 2024-cü il tarixində, 12:00 saatlarında “nikahın pozulması və aliment” tələbinə dair mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (50 manat ims, 5 manat poçt xərci) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-907/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilməsi, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddiası üzrə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları və ya analarının yanında qalmalarının onların mənafeyinə uyğun olması, uşaqların valideynlərdən anaları İddiaçı və ataları Cavabdeh həyаt şərаiti barədə müаyinə аktları və mübаhisəyə dаir əsаslаndırılmış rəy verilməsi üçün zəruri olan sənədlərin surəti Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır.
11. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, komissiyaya təqdim edilən sənədlərdən və iddiaçı ilə keçirilmiş görüşlərdən məlum olmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan Səhrabbəy və Nihatbəy adlı övladları dünyaya gəlmişdir. Məsələ ilə əlaqədar olaraq Komissiya üzvləri İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə dəvət etsələr də, onun yerinə etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə gəlmiş və komissiya üzvlərinə İddiaçı hazırda Rusiya Federasiyasında olduğunu bildirmişdir. Bundan sonra vəkil Nümayəndə iştirakı ilə İddiaçı ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü əlaqə saxlanılmışdır. Söhbət zamanı İddiaçı hal-hazırda Rusiya Federasiyasının Krasnokamnesk şəhərində özünə məxsus ev olduğunu bildirərək, evin çıxarışının surətini mesaj vasitəsilə təqdim etmişdir. Bildirmişdir ki, Krasnokamnesk şəhəri, 1-ci mikrorayon, ev 120, mənzil 7-də ailə tərkibi 8 nəfərdən ibarət olmaqla (özü, iki övladı X4, X7, atası X9, anası X15, qardaşı X27, gəlinləri X28 və qardaşı övladları X31 və X33) yaşayır. Söhbət zamanı İddiaçı 2010-cu ildə cavabdehlə ailə qurduqlarını, 2024-cü ilin oktyabr ayında ayrıldıqlarını söyləmişdir. Ayrılma səbəbini kimi cavabdehin xaricdə olduğunu, evdə tapılmağını, gəldikdə ailəsinə diqqət göstərmədiyini, psixoloji və fiziki şiddət göstərməsini, içki və narkotik vasitələrin aludəçisi olduğunu söyləmişdir. Bu səbəbdən oktyabr ayında övladları ilə birlikdə atasının yanına Rusiyaya getmişdir. Vurğulamışdır ki, Cavabdeh övladları ilə ünsiyyət saxlamaq istəyir, lakin övladları onunla danışmaq istəmirlər, ondan qorxurlar. Bildirmişdir ki, ayrılandan sonra cavabdeh onlara maddi köməklik göstərmir. Barışmağa cəhd göstərmir, əksinə dava salır. Vurğulamışdır ki, ailəlik dövründə qaynanası Abidə ilə yaşayıb, ona münasibəti yaxşı olsa da, övladlarını daim döyüb, onlarla pis rəftar etmişdir. Sonda qeyd etmişdir ki, hazırda Rusiyada fərdi əməklə məşğuldur, boşanmaq fikri qətidir və övladlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının psixoloqu Nuriyə Kərimova azyaşlı Səhrabbəy və Nihatbəy ilə video - görüntü vasitəsi ilə fərdi söhbət aparmışdır. Aparılmış söhbət nəticəsində müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayanlar Səhrabbəy və Nihatbəy ataları Cavabdeh qarşı inamzıslıq hissi yaşayırlar. Atanın anaya və onlara qarşı aqressiv münasibəti onların psixoloji durumuna və ən əsası sosiallaşmasına mənfi təsir göstərir. Yetkinlik yaşına çatmayanlar atalarına qarşı hissi-emosional olaraq bağlı deyillər. Valideynləri ayrıldıqdan sonra anası İddiaçı yanında qalmağı və atası Cavabdeh ilə görüşüb ünsiyyətdə olmaq istəmədiklərini bildirmişlər. Məsələ ilə əlaqədar olaraq Komissiya üzvləri Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə dəvət edərək, onunla fərdi söhbət aparmışdır. Söhbət zamanı Cavabdeh hazırda işsiz olduğunu bildirmişdir. Bildirmişdir ki, 2024-cü ilin oktyabr ayında Rusiyada olduğu zaman İddiaçı ondan xəbərsiz övladları ilə birlikdə Rusiyanın Krasnokamensk şəhərinə valideynlərinin yanına getmişdir. Bu barədə ona tanışı məlumat vermişdir. Vurğulamışdır ki, İddiaçı ilə əlaqə saxlamaq istəsə də, o, üzə çıxmamışdır. İddiaçının anası Xalidə daim ailələrinə müdaxilə etmişdir. Valideynləri yaşadığı evə getdikdə iddiaçının valideynləri ona şər ataraq bildirmişdirlər ki, guya o, narkomandır, gəzəyəndir, ailəsinə baxmır və bu səbəbdən Aysel evi tərk etmişdir. Vurğulamışdır ki, iki-üç dəfə barışmağa cəhd göstərsə də, mümkün olmamışdır. Vurğulamışdır ki, Rusiyada olan zaman iki dəfə övladları ilə görüşüb və onlar ona bildirmişlər ki, onunla danışmağa icazə vermirlər. Qeyd etdi ki, artıq barışmağa imkan olmadığını gördükdə noyabr ayının yeddisi Azərbaycana geri dönmüşdür. Ancaq buna baxmayaraq yenidən telefon vasitəsi ilə barışmağa cəhd göstərsə də, iddiaçının atası buna imkan vermir. Bildirmişdir ki, onun Rusiyada iddiaçının atası Nərimanda 800.000 rubl pul vəsaiti qalıb və qaynatası Nərimana bildirir ki, o pulları övladlarına xərcləsin. Sonda artıq o da boşanmaq istədiyini vurğulamışdır. Boşandığı təqdirdə övladlarının onun himayəsinə verilməsini xahiş etdi. Səbəb kimi İddiaçı qardaşı Natiqin narkotik vasitələrinin aludəçisi olduğunu göstərmişdir. Qeyd etdi ki, İddiaçı övladlarını təhsildən yayındırır. Onlar bütün günü iddiaçının atası Nərimanın işlətdiyi kafedədirlər. Sağlamlıq haqqında arayışlar təqdim etdi. Komissiya tərəfindən Cavabdeh həyat şəraitinin müəyyən edilməsi məqsədilə onların hazırda yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh anası X24 evin mülkiyyət hüququ ilə özünə məxsus olduğunu qeyd edərək, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış təqdim etmişdir. Qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda ailə tərkibi iki nəfərdən ibarət olmaqla (özü və övladı Cavabdeh ) yaşayır. Ev 1 (bir) zal, 4 (bir) yataq otağı, mətbəx və hamamdan ibarətdir, ümumi sahəsi təxminən 164 kvadratmetrdir, torpaq sahəsi 0,0439 hektardır. Ev tam təmirlidir, evin məişət şəraiti qənaətbəxşdir. Ev zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi və internet xətti ilə təchiz edilib, ev kombi sistemi ilə isidilir. Bu məsələ Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının, iclasında müzakirə olunmuşdur. Komissiya üzvləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsini rəhbər tutaraq, uşaqların fikrini və gələcək mənafeyini nəzərə alaraq, onların hal-hazırda anaları ilə birlikdə Rusiyada yaşamalarını nəzərə alaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir.
12. 31 oktyabr 2024-cü il tarixli Cavabdeh həyat şəraitinin müəyyən edilməsinə dair aktdan görünür ki, aşağıda imza edənlər, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin böyük məsləhətçisi X13, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi X10 və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X40 bu aktı tərtib etmişlər ondan ötrü ki, Cavabdeh hazırda yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh anası X24 evin mülkiyyət hüququ ilə özünə məxsus olduğunu qeyd edərək, ********** qeydiyyat nömrəli 18,04.2022-ci il tarixli çıxarış təqdim etmişdir. Qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda ailə tərkibi iki nəfərdən ibarət olmaqla (özü və övladı Cavabdeh ) yaşayır. Ev 1 (bir) zal, 4 (dörd) yataq otağı, mətbəx və hamamdan ibarətdir, ümumi sahəsi təxminən 164 kvadratmetrdir, torpaq sahəsi 0,0439 hektardır. Ev tam təmirlidir, evin məişət şəraiti qənaətbəxşdir. Ev zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi və internet xətti ilə təchiz edilib, ev kombi sistemi ilə isidilir.
13. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu tərəfindən tərtib edilmiş psixoloji rəydən görünür ki, yetkinlik yaşına çatmayanlarla “Whatsapp” sosial şəbəkə vasitəsi ilə söhbət aparılmışdır. Aparılmış söhbət nəticəsində, müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayanlar Səhrabbəy və Nihatbəy ataları Cavabdeh qarşı inamsızlıq hissi yaşayırlar. Atanın anaya və onlara qarşı aqressiv münasibəti onların psixoloji durumuna və ən əsası sosiallaşmasına mənfi təsir göstərir. Yetkinlik yaşına çatmayanlar atalarına qarşı hissi-emosional olaraq bağlı deyillər. Valideynləri ayrıldıqdan sonra anası İddiaçı yanında qalmağı və atası Cavabdeh ilə görüşüb ünsiyyətdə olmaq istəmədiklərini bildirmişlər.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 887 nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Nevroloji Dispanseri tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 795 nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur.
16. Məktəbəqədər və Ümumi Təhsil üzrə X34-Daşkəsən Regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəb tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 020 nömrəli arayışdan görünür ki, X7 (6-cı sinif rus bölməsi) və X5 (7-ci sinif rus bölməsi) ona görə ki, onlar həqiqətən xarici ölkədə olduğu və uzun müddət dərsə gəlmədikləri üçün xx.xx.2024-cü il tarixdən məktəbin UTİS sistemindən çıxarılmışdır.
17. X11 Bələdiyyə Dairəsinin 6 nömrəli orta məktəb Bələdiyyə Muxtar Təhsil Müəssisəsi tərəfindən verilmiş X3 psixoloji və pedoqoji xüsusiyyətlərindən görünür ki, X7 2024-cü ilin oktyabr ayından 6B sinfində təhsil alır. Nihatbəy həssas bir uşaqdır, asanlıqla əlaqə qurur. Görünüş səliqəlidir. Yaşlılara münasibət hörmətlidir. Oğlan müəllimin şərhlərinə adekvat reaksiya verir. Həmyaşıdlarına münasibət ümumiyyətlə xeyirxah, bəzən ehtiyatlıdır. Hazırda Nihatbəy anası, qardaşı və nənəsi ilə yaşayır. Anası, nənəsi (anasının anası), qardaşı haqqında mehribanlıqla danışır. Söhbət zamanı ata, nənə (atasının anası) haqqında danışarkən uşağın mənfi ifadələri və əsəbiliyi nəzərə çarpır. Nihatbəy anası ilə yaşamaq arzusunu dilə gətirdi, çünki onunla özünü təhlükəsiz hiss edir, özünə və böyük qardaşına sevgi və qayğı hiss edir.
18. X35 Təhsil Müəssisəsi “10 nömrəli Xüsusi Sağlamlıq imkanları məhdud uşaqlar üçün ümumtəhsil məktəb Krasnokamnesk şəhəri 10 nömrəli xüsusi sağlamlıq imkanları məhdud uşaqlar üçün ümumtəhsil məktəbin” 7A sinif şagirdi X2 psixoloji və pedoqoji xüsusiyyətlərindən görünür ki, Səhrabbəy ünsiyyətcil uşaqdır. Yeniyetmənin davranışı adekvatdır, birgə fəaliyyətə yönəldmişdir. Uşağın görünüşü səliqəli və səliqəlidir. Yeniyetmə tərbiyəli, nəzakətli və mehribandır, böyüklərə hörmətlə yanaşır. X22 Ümumi Təhsil Müəssisəsi nömrəli Xüsusi sağlamlıq imkanları məhdud uşaqlar üçün ümumtəhsil məktəbinə X11 X8 Muxtar təhsil müəssisəsi 6 nömrəli orta məktəbdən daxil olmuşdur. Halhazırda tələbə anası, qardaşı, babası, nənəsi, əmisi, xalası və ortaq uşaqları ilə yaşayır. Ailədəki psixoloji iqlim əlverişlidir. Yeniyetmənin dediyinə görə, burada, Krasnokamenskdə anası və ailəsi ilə birlikdə rahat və sakitdir. Ailəyə (ana, qardaş, nənə və baba) gəldikdə, əhval-ruhiyyənin fonu parlaq, işıqlıdır, onlar haqqında xüsusi bir mehribançılıqla danışır. Ancaq atası haqqında suallar haqqında söhbətə aid olduqda, yeniyetmə dərhal gərginləşir, səsdə narahatlıq və qorxu hiss olunur. Oğlanla söhbətdən aydın olur ki, o, qardaşı, anası və qohumları ilə birlikdə yaşamağa üstünlük verir, özlərini təhlükəsiz və emosional cəhətdən yaxşı hiss edir. Səhrabbəy atası haqqında ətraflı danışmaq istəmir, qorxusu var. Söhbət boyu emosional fon adekvat, balanslı idi və söhbətin sonuna qədər davam etmişdir. Uşağın anası və qardaşı ilə birlikdə olması rahat və təhlükəsizdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikahlarını 15 oktyabr 2010-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar, həmin nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Səhrabbəy və xx.xx.2013-cü il təvəllüdlü Nihatbəy adında 2 uşaqları doğulmuş, hazırda uşaqlar analarının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar və nikahları formal xarakter daşıyır. İddiaçı nikahlarının məhkəmə qaydasında pozulmasında israrlıdır. Tərəflərin ailələrinin bərpası qeyri-mümkündür. Mübahisənin düzgün və hərtərəfli araşdırılması üçün Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası uşaqların fikrini və gələcək mənafeyini nəzərə alaraq, onların hal-hazırda anaları ilə birlikdə Rusiyada yaşamalarını nəzərə alaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəf cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh nümayəndəsi isə cavabdehin iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, nikahda olan şəxslər arasında əlaqə tamamilə itirildiyindən nikahın təməl prinsipi olan könüllülük prinsipi pozulmuşdur, iddiaçı tərəf nikahın pozulmasında israrlı olduğundan 15 oktyabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş 492 nömrəli nikah pozulmalıdır.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
22. 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır.
23. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
24. 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
25. 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
26. 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
27. Bundan əlavə məhkəmə diqqətəlayiq olan digər halları nəzərə alıb, birgə nikahdan doğulmuş uşaqların uzun müddət atalarından ayrı olmaqla anaları ilə birlikdə yaşamalarını, uşaqların ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmalarını, iş üzrə Qəyyumluq və Himayəçilik komissiyasının rəyini, psixoloji rəyi, eləcə də digər sübutları nəzərə alaraq hesab edir ki, nikah məhkəmə qaydasında pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər anaları İddiaçı yanında saxlanılmalıdırlar.
28. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
30. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
31. 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
32. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
33. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
34. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.
35. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
36. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
37. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
38. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir.
39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
40. 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
41. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir.
42. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir).
43. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 172,5 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
44. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
45. 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadıqlarından və uşaqlar analarının yanında olduqlarından, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 17 dekabr 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
48. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
50. Məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etsə də, mediasiya xərcini ödəməmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
51. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən cavabdehdən 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir.
52. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir.
53. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
54. Həmin Məcəllənin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
55. Bu baxımdan tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2010-cu il tarixində Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanaraq, 492 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X7 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılsınlar. xx.xx.2024-cü il tarixdən başlayaraq, 03 iyul 2011-ci il təvəllüdlü X5 və 05 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Hazırki qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin İddiaçı iddia tələbi alimentə dair qalan hissədə təmin edilməsin. Məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində (dövlət rüsumu və mediasiya xərci) ödənilmiş 50 (əlli) manat Cavabdeh alınıb İddiaçı ödənilsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov