Məhkəmə qərarları › İş №e-2(125)-915/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-915/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-915/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların cavabdehin himayəsindən alınaraq iddiaçının himayəsinə verilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqların cavabdehin himayəsindən alınaraq iddiaçının himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaqları cavabdehdən alıb onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikahlarını 6 fevral 2012-ci ildə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından onların xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı üç övladları olmuşdur. Aralarında baş verən narazılıqlara görə iddiaçı cavabdehdən ayrılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladları Zümrüd, Faiq və Hüseyn cavabdehin himayəsinə verilmişdir. Keçən bu müddət ərzində Cavabdeh uşaqların təlim tərbiyəsi ilə maraqlanmamış, onlara lazım olan diqqət və qayğını göstərməmişdir. Onları normal yedizdirib-içirən, dərsləri ilə məşğul olan olmamışdır. Uşaqların dediyinə görə cavabdeh günün çox hissəsini evdə olmur və evə gələndən sonra isə cavabdeh uşaqlarla, xüsusilə də böyük qızı Zümrüdlə pis rəftar edir. Uşaqların dərsləri ilə məşğul olan olmamış onlar özləri öz üzərilərində çalışmışlar. Qardaşlarının isə oxumasına-yazmasına böyük uşaq olan Zümrüd köməklik etmişdir. Ataları Ramiz 2022-ci ilin bütün yay fəslini Daşkəsəndə işdə keçirmişdir. Uşaqlar evdə cavabdehin anası (nənələri) ilə tək başlarına qalmışlar. Uşaqların nənəsi olan Reyhan xanım 1948-ci il təvəllüdlüdür. 72 yaşı olan Reyhan xanımın reallıqda həmin uşaqlara baxması və onları saxlaması əlbəttə ki, ağlabatan deyildir. Uşaqlar bildirirlər ki, nənələri Reyhan xanım onlarla pis rəftar etmiş, onlara şiddət göstərmişdir. Belə ki, onları evi yığışdırmadığına görə döymüşdür. Bir dəfəsində Faiqin ağız nahiyəsinə istiotu tökərək ona işgəncə etmişdir. Hətta 2022-ci ilin yayında Faiqi hamama salıb, yun çubuğunnan bir iki dəfə bərk döyüb. Cavabdeh uşaqların hamısına, ən çox isə Zümrüdə deyirmiş ki, “əgər ananızın yanına getmək istəsəniz onda ananızı öldürəcəm” kimi ifadələr işlədərək uşaqları daim qorxu və təzyiq altında saxlamışdır. Bütün bunların nəticəsi olaraq isə, uşaqlar artıq evdəki şiddətə və keçimsizliyə dözməyərək, 28 oktyabr 2022-ci il tarixdə evi tərk edərək anaları İddiaçı yanına qaçaraq onun himayəsinə sığınmışlar və hal-hazırda da analarının yanında yaşayırlar. Uşaqlar bildirirlər ki, bir daha atalarının və nənələrinin yanına qayıtmaq istəmirlər. Odur ki, cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaqları cavabdehdən alıb onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə nikahları pozulmuş, məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixində evdən qaçıb, polisə axtarışa verilmişdir. Martın 23-də polis Bakıdan Gəncəyə gətirmişdir. Həmin ilin 25 mart tarixində atası Bakıya Montin rayon əsəb xəstəxanasına müayinə olmaq üçün aparmışdır. Həkimin müayinə üçün yazdığı dərmanların hamısını içərək özünə qəsd edib və təcili yardımla Xırdalan şəhər xəstəxanasına aparılıb tibbi yardım göstərilmişdir. xx.xx.2015-ci il tarixində yenə də, evdən gedib və xx.xx.2015-ci ildə özü geri qayıtmışdır.xx.xx.2016-cı il tarixində Bakıya gəlib və daha sonra xx.xx.2018-ci il tarixində Quliyev Emin adlı şəxs tərəfindən şantaj olunduğu məlum olmuşdur. Adı çəkilən Emin onu pul müqabilində görüşməyini, ailəsinə bildirməyi ilə şantaj edib və dəfələrlə ondan pul alıb. Bir necə gündən sonra əməliyatçılar Emini Bakı şəhərindən tutub gətirmişdirlər. xx.xx.2018-ci il tarixində Polis İdarəsində Emin Quliyev ilə üzləşmədən sonra yenə Bakı şəhərinə getmişdir. xx.xx.2019-cu ildə Gəncə şəhərinə gəlmişdir və uşaqların onda saxlanılmasına dair notariusda sənəd vermişdir. xx.xx.2019-cu il tarixində atası onu Rusiya Federasiyasına Xokasiya Respublikasına müalicəyə apardığına görə atasının xahişi ilə kiçik oğlu Həsənov Hüseyni özləri ilə Rusiyaya aparmaq üçün Asan Xidmətdə notariat qaydası ilə icazə vermişdir. 2019-cu il tarixində aprel ayında Hüseyini də özü ilə götürüb atasının iş ortağı ilə qoşulub qaçmışdır. 2019-cu ilin may ayında o, Rusiyaya gedib oğlunu gətirmişdir. Həmin gündən üç azyaşlı övladı onun himayəsindədilər. xx.xx.2022-ci il tarixdə iddiaçı uşaqları ondan xəbərsiz Bakı şəhərinə aparmışdır. Böyük oğlu Faiq Həsənov onun yanına qayıtsa da iki uşaq hələlik iddiaçının yanındadır. Uşaqlar həmin vaxtdan təhsil almaq hüququndan məhrum olunublar. Hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır. İddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, iş materiallarını araşdırararaq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5, xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2358/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X6 arasında 6 fevral 2012-ci il tarixdə, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış 39 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçı (atası) Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, hər üç uşağın fikrini və gələcək mənafelərini nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X7 atası Cavabdeh himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahlarını 6 fevral 2012-ci ildə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından onların xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı üç övladları olmuşdur. Aralarında baş verən narazılıqlara görə tərəflər ayrılmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2358/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və X6 arasında 6 fevral 2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış 39 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçı (atası) Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırma zamanı dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Göründüyü kimi qanunvericilik uşaqların kimin yanında yaşamalı olmasını həll edərkən onların rəyinin mütləq nəzərə alınmalı olmasını təsbit etməklə yanaşı həm də bunu məhkəmə üçün mütləq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunduğu kimi «Bu Məcəllədə nəzərdə tutulmuş hallarda» ifadəsinə tətbiqən həmin Məcəllənin 60.4-cü maddəsində həqiqətən uşağın valideynlərdən hansının yanında yaşamalı olması barədə məsələnin həlli zamanı onların rəyinin nəzərə alınmasının mütləq olduğu qeyd edilmişdir. Məhkəmə baxışı zamanı pedaqoq Məmməd-zadə Nuriyə Nizami qızının iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 anası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X10 isə atası Cavabdeh yanında yaşamaq istədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 10 yaşına çatdığı üçün onların fikri mütləq nəzərə alınmalıdır. Bu baxımdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 anası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X10 isə atası Cavabdeh yanında yaşamaq istədiklərini bildirdiklərindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X7 atası Cavabdeh yanında qalması müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun 30 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X7 atası Cavabdeh yanında qalması müəyyən edilsin. Cavabdeh tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 30 manat xərc və ödənilmiş 50 manat dövlət rüsumunun 10 manatı cavabdeh X1 alınaraq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar