Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-417/2026 12.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Iş üzrə məhkəmə icraatı a) Qazax Rayon Məhkəməsindəki icraat
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 2026-cı il ## ###### tarixində cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.508,82 manat pulun və ödənilmiş 143 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı sonradan Qazax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh1 da cavabdeh qismində işə cəlb edilməsini, cavabdehlər cavabdeh2 və cavabdeh1 17.508,82 manat pulun və ödənilmiş 143 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Məhkəmə icraatı zamanı cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək işin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Ərizəni belə əsaslandırmışdır ki, o iddiaçı şirkətin 40% payla təsisçilərindən biridir. Digət təsisçi isə 60% payla hazırda şirkətin direktoru X2r. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş reyestrdən çıxarışla da bu təsdiq edilir. Hazırkı mübahisə isə hüquqi şəxs (onun direktoru) ilə təsisçisi, yəni onun arasında olan mübahisədir. Bu mübahisəyə isə mülki məhkəmədə baxıla bilməz. Çünki qeyd edilən mübahisə kommersiya xarakterli mübahisədir.
5. Qazax Rayon Məhkəməsinin 2026-cı il # ### tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Məmmədova).
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqi şəxs, cavabdeh cavabdeh1 vergi ödəyicisi olan fiziki şəxsdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini va hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilmasi ilə əlaqədar olduğundan mülki iş aidiyyati üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə sorğudan görünür ki, cavabdeh1 vergi ödəyicisi (VÖEN 3105267721) kimi qeydiyyatdadır. Yaranmış mübahisə hüquqi şəxslə vergi ödəyicisi olan fiziki şəxs arasındadır. 7.
b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
8. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Quliyeva).
9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab etmişdir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində deyil, Qazax Rayon Məhkəməsində baxılmalıdır.
10. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN “xxxx” Məhdud Məsuliyyıtli Cəmiyyətinə məxsusdur. Bundan başqa, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrdən çıxarışından görünür ki, X3 60% paya, cavabdeh1 40% paya sahib olmaqla İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləridir. Həmçinin, 2024-cü il ## ######## tarixli **A nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh2 arasında “Inkjet Printer (MY Color)” mödelli, 3.20 m., X1 installs 1 Epson i3200-E1 markalı əmlakın 1 il müddətinə icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır.
11. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı vergi ödəyici kimi qeydiyyata alınmış hüquqi şəxsdir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. cavabdeh1 iddiaçı MMC-nin 40% paya sahib təsisçilərindəndir. Mübahisə isə iddiaçı ilə cavabdeh2 arasında bağlanmış icarə müqaviləsindən, habelə hüquqi şəxsin əmlakı ilə bağlı yaranan mübahisədir.
12. cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınmasa da, onunla (təsisçi ilə) hüquqi şəxs arasında olan mübahisədir və mübahisə məhz hüquqi şəxsin fəaliyyəti ilə (hüquqi şəxsin bağladığı icarə müqaviləsindən irəli gələn mübahisə ilə) bağlıdır. Yəni cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınmasa da mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ tələb üzrədir. Beləliklə müyyən edilir ki, iddiaçı ilk öncə vergi ödəyicisi kimi qeydiyyata alınmamış cavabdeh2 qarşı iddia qaldırmışdır. Iş ümumi məhkəmə tərəfindən icraata qəbul edilərkən mübahisənin predmeti və tərəflərin subyekt tərkibi baxımından aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur. Sonradan işə başqa cavabdeh cəlb edilmiş, hüquqi şəxslə onun təsisçisi arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn korporativ tələb üzrə mübahisə olmuş, həmin iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilmişdir.
13. Lakin, bu zaman ümumi məhkəmə MPM-in 31.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə görə isə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
14. Göründüyü kimi, ümumi məhkəmə iddianın kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edərkən, iddianın aidiyyət qaydalarına riayət olunmaqla icraata qəbul edilməsini və işin başqa məhkəməyə aid olsa da, işin mahiyyəti üzrə baxmalı olmasını müəyyən edən prosessual hüquq normasının tələblərini nəzərə almamışdır.
15. Məhkəmə MPM-in 24.2, 25.1, 26.1, 31.1, 31.2, 32.7-ci və “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11, 12, 19-cu bəndlərinə istinad etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.”
“Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi ... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.”
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“...
11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...
19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. ...”
Ali Məhkəmənin mövqeyi
18. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir.
19. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 16) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
20. Bununla belə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərindən (bax §17) aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
21. Iş materiallarından görünür ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi şəxsdir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 isə vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdir. Qazax Rayon Məhkəməsinin istinad etdiyi VÖEN isə cavabdehlərə deyil, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.
22. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında “Inkjet Printer (MY Color)” modelli, 3,20 m ölçülü, X1 installs 1 Epson i3200-E1 markalı avadanlığın bir il müddətinə icarəyə verilməsi barədə 2024-cü il ## ######## tarixli **A nömrəli icarə müqaviləsi bağlanmışdır.
23. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, sonradan digər cavabdehin işə cəlb edilməsi, eləcə də onun iddiaçı MMC-də 40% paya sahib təsisçilərindən olması özlüyündə mübahisənin korporativ hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilməsi üçün kifayət etmir.
24. Iş materiallarında mübahisənin korporativ idarəetmə, iştirakçı hüquqlarının həyata keçirilməsi və ya hüquqi şəxsin fəaliyyətindən irəli gələn digər korporativ münasibətlərlə bağlı olmasını təsdiq edən halların mövcudluğu müəyyən edilmir.
25. Göstərilən hallar nəzərə alınmaqla, məhkəmə tərkibi hesab ki, tərəflər arasında yaranmış mübahisə hüquqi şəxs ilə vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxs arasında bağlanmış icarə müqaviləsindən irəli gəlmişdir. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri onun kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün əsas vermir. Bu baxımdan, Qazax Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edərkən prosessual qanunvericiliyin tələbləri pozulmamışdır və aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir.
26. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə hazırkı işə məhkəmə aidiyyəti üzrə Qazax Rayon Məhkəməsində baxılmalıdır.
27. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı MMC-nin cavabdeh2 və cavabdeh1 qarşı “icarə müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.