Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-547/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə məhkəmə icraatı
1. İddiaçı 2026-cı il ## ###### tarixində iddia ərizəsi ilə, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2021-ci il ## ##### tarixli *** nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2026-cı il # ##### tarixinə 80.785 manat məbləğində vəsaitin iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 2021-ci il ## ##### tarixli icarə müqaviləsi üzrə 2026-cı il # ##### tarixinə olan icarə borcuna görə 50.400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – İ.Əliyev).
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*- *(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – S.Cəfərov, hakimlər – T.Qocayev və E.Abdullayev).
5. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir.
6. Iş materiallarından müəyyən olunmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi 2026-cı il ## ### tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş və bu barədə məlumat tərəflərə elektron qaydada çatdırılmışdır.
7. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 2026-cı il ## #### tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
8. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.2-ci maddəsinə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
9. Iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin sonuncu günü 2026-cı il ## #### tarixinə (iş gününə) düşür. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti bundan üç gün sonra - 2026-cı il ## #### tarixində verilmişdir.
10. Iş materiallarında iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi və həmin vəsatətin təmin edilməsi müəyyən olunmur.
11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 129.1, 129.2, 130.1-130.3, 360, 363.1, 363.1.3, 366.1, 366.2, 366.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
13. Mülki Prosessual Məcəllənin 129.2 və 360-cı maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinin prosessual müddətin ötürülməsi əsası ilə qeyrimümkün hesab edilməsi barədə qəbul olunmuş qərardad prosessual hüquq normalarının tələblərinə cavab vermir və əsassızdır. Belə ki, iş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan aydın görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi iddiaçının elektron kabinetinə 2026-cı il ## ### tarixində daxil olmuşdur (sənədlər əlavə olunur). Hazırkı iş üzrə qətnamə rəsmi qaydada 2026cı il ## ### tarixində təqdim edildiyi üçün, şikayət vermə müddətinin son günü (2026-cı il ## ####) qeyri-iş gününə (bazar gününə) təsadüf etmişdir. Bu səbəbdən, qanunvericiliyin birbaşa imperativ tələbinə əsasən prosessual müddətin son günü 2026-cı il ## #### (Bazar ertəsi) tarixi hesab edilməlidir. Qanunvericilikdən göründüyü kimi, birinci instansiya məhkəməsinin elektron kabinetə yerləşdirilməsi barədə məlumat, Xidmətin elektron kabinetində olan bildirişlər bölməsinə 2026-cı il ## ### tarixində yerləşdirildiyindən, qətnamədən şikayətin verilmə müddəti həmin tarixə uyğun hesablanmalıdır (bununla bağlı sübutlar əlavə olunur). Lakin apellyasiya instansiyası məhkəməsi işin bu vacib faktiki hallarını və təqdim olunmuş elektron çıxarışı düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını səhv tətbiq edərək əsassız qərar qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 28.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. “Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. “Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “ “Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; “Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsaslı hesab etmir.
17. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.2-ci maddəsinə görə, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
18. Iş materiallarından müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi 2026-cı il ## ### tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş və bu barədə onlara elektron qaydada məlumat çatdırılmışdır. Iddiaçı həmin qətnamədən apellyasiya şikayətini 2026-cı il ## #### tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə birinci instansiya məhkəməsinə təqdim etmişdir.
19. Iddiaçı qətnamənin onun elektron kabinetinə 2026-cı il ## ### tarixində daxil olduğunu, bu səbəbdən apellyasiya şikayətinin verilməsi müddətinin həmin tarixdən hesablanmalı olduğunu bildirsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır.
20. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayətinin verilməsi müddətinin başlanması qətnamənin rəsmi qaydada verildiyi tarixdən asılıdır. Iş materiallarında olan məlumatlar qətnamənin 2026-cı il ## ### tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirildiyini və bu barədə elektron qaydada məlumat verildiyini təsdiq edir.
21. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq prosessual müddətin son günü 2026-cı il ## #### tarixinə təsadüf etmişdir. Həmin tarix iş günü olduğundan Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsinin tətbiqi üçün əsas olmamışdır.
22. Iddiaçı apellyasiya şikayətini yalnız 2026-cı il ## #### tarixində, yəni müəyyən edilmiş müddət bitdikdən sonra vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət təqdim etməmişdir.
23. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün bir aylıq prosessual müddətin müəyyən edilməsinin məqsədi, proses iştirakçısına şikayəti hazırlamaq, zəruri hallarda onu dəqiqləşdirmək və qanunun tələblərinə uyğun şəkildə vaxtında təqdim etmək üçün kifayət qədər imkan yaratmaqdır. Bu baxımdan, şikayətin müddətin son gününə saxlanılması və bunun nəticəsində yaranmış çətinliklərin sonradan prosessual müddətin bərpası üçün əsas kimi irəli sürülməsi şikayətçinin (və ya onun nümayəndəsinin) yalnış prosessual davranışının nəticəsidir və üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
24. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu tərəfə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bu cür halların olduğu isə öz təsdiqini tapmır.
25. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş halları və tətbiq edilmiş prosessual hüquq normalarının tələbləri ilə uyğun olduğundan, həmin nəticənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.
26. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALIR:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.