Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-766/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2021-ci il tarixli, *** nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə ##.##.2026-cı il tarixə 80.785 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ01451700000000001944 VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2021-ci il tarixli icarə müqaviləsi üzrə ## ##### 2026-cı il tarixinə olan icarə borcuna görə 50.400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 241,20 manat pulun cavabdeh Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir.
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. - 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. - 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. - 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. - 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. - 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. - 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. - 366.4-cü maddəsinə görə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması əsaslarından biri apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir.
7. Iş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilmiş və bu barədə məlumat tərəflərə elektron qaydada çatdırılmışdır.
8. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
9. Halbuki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.2-ci maddəsinə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
10. Iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin sonuncu günü ##.##.2026-cı il tarixə (iş gününə) düşür. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti bundan üç gün sonra - ##.##.2026-cı il tarixdə verilmişdir.
11. Iş materiallarında iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi və həmin vəsatətin təmin edilməsi müəyyən olunmur.
12. Apellyasiya şikayətinin mümkünlüyünə dair Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan normalarının tələbinə əsasən birinci instansiya məhkəməsi bu şikayəti geri qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı:
Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.