Məhkəmə qərarları › İş №e-2-2(102)-588/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-588/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-588/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı X3 cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı X3 cavabdeh X1 qarşı “müqavilənin ləğvi və pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli 2-2(115)-2045/2022 saylı qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İŞİN HALLARİ: 1. 2021-ci il 7 yanvar tarixl i Tikinti podrat müqaviləsindən görünür ki, X4 (bundan sonra – “iddiaçı”) ilə X2 (bundan sonra – “cavabdeh”) arasında bağlanan podrat müqaviləsinə əsasən cavabdeh iddiaçının fərdi yaşayış evinin tikinti işlərini icra etməyi öz öhdəsinə götürmüşdür.

2. Podrat müqaviləsinin 2.1-ci bəndindən görünür ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri 50.000 manat məbləğində müəyyənləşdirilmişdir.

3. Təmir-tikinti işlərinin ödəniş cədvəlindən görünür ki, 2021-ci ilin 7 yanvar tarixindən 2021-ci ilin 31 avqust tarixinə kimi iddiaçı tərəfindən cavabdehə 50.000 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 7 yanv ar tarixli 1 saylı Tikinti podrat müqaviləsinin pozulması, 20.000 manat məbləğin, iddiaçıya məxsus Toyota Prado markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan 30.000 manat məbləğin, 407,50 manat mediasiya xərcinin, 150 manat vəkil xərcinin, ümumilikdə 50.557,50 manat məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilə cavabdeh tərəfindən 8 ay müddətində icra olunmamışdır, yəni iddiaçı üçün fərdi yaşayış evini tikib bitirməmişdir. Cavabdehə dəfələrlə öhdəliyin icrası və icra etmədikdən sonra müqavilənin ləğvi ilə bağlı müraciət edilmişdir. Lakin cavabdeh müraciətlərə cavab verməmiş, öhdəliyini icra etməmiş, müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına razılıq verilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, e-2-2(113)-2045/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir (hakim – F. Qasımov).

7. Qərardad onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin tikilməsi üçün 2021ci il 7 yanvar tarixli, 1 saylı Tikinti podrat müqaviləsindən irəli gələn münasibətlər tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olmasına baxmayaraq onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, işə kommersiya məhkəməsində baxılması mümkün deyildir.

8. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti baxımından tərəflərin hər ikisi fərdi sahibkar statusuna mal ik olsalar da, iddiaçı, fəaliyyət növü kimi “Hazır metal məmulatlarının təmiri” ilə bağlı məşğul olan vergi ödəyicisi kimi uçota alındığından, müqavilənin onun sahibkarlıq fəaliyyətinə heç bir aidiyyəti yoxdur, yəni mübahisə V.Sadıxovun sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından və cavabdehin ünvanı Nizami rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır.

9. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qə rarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 31.1, 32.7-ci maddələrinə istinad edilmişdir.

10. İddiaçı həmin qərardaddan şikayət verərək, iddiaçının cavabdehə ödədiyi ödənişlərin bir qismini iddiasının VÖEN-ə bağlı bank hesabından cavabdehin VÖEN-ə bağlı bank hesabına, bir qismini isə cavabdehin sahibkarlıq fəaliyyəti möhürü ilə təsdiq edilmiş mədaxil qəbzi əsasında ödədiyini, cavabdehə tikməsi üçün pulu ödənilən, lakin cavabdehin tikib başa çatdırmadığı tikilinin gələcəkdə kommersiya məqsədilə istifadə edilə biləcəyinin istisna hal olmadığını, hər iki tərəfin vergi ödəyicisi olan fərdi sahibkar olduğunu, cavabdehin podrat müqaviləsinə əsasən həmin tikinti işini həyata keçirməyinin onun sahi bkarlıq fəaliyyətinə aid olmasını və tərəflər arasında bağlanan müqavilənin podrat müqaviləsi olduğunu məhkəmə nəzərə almamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 iyul tarixli, e-2-2(113)2045/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, iş, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – F. Qasımov).

12. Məhkəmə hesab etmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

13. Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışa əsasən iddiaçı X4 (VÖEN: **********) kod: 33110, “Hazır metal məmulatlarının təmiri” fəaliyyət növünün həyata ke çirilməsi üçün fərdi sahibkar kimi qeydiyyata alınmışdır.

14. Şikayətdə qeyd olunan xüsusatlar məhkəmənin 2022-ci il 21 iyun tarixli, e-22(113)-2045/2022 saylı qərardadının ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir.

15. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11, 13, 25, 26-cı bəndinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, MPM-nin 25.1, 31.1, 32.7-ci maddələrinə istinad edilmişdir. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

16. Azərbaycan Respublikası AMP-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edil məsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici mə hkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifad ə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....”

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən ir əli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

12. Mənzil hüququnun obyektləri... 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mül ki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür....”

18. Azərbaycan Respublikası MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə m ülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

19. Ali Məhkəmənin hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq məhkəmə tərkibi iddiaçının şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, e-2-2(113)2045/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarında olan elektron informasiya sistemindən çıxarılmış “Vergi ödəyicilərinin məlumatları” adlı sənəddən görünür ki, həm iddiaç ı, həm cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olsalar da, tərəflər arasında bağlanan podrat müqaviləsi iddiaçının fərdi yaşayış evinin tikilməsi ilə, başqa sözlə yaşayış sahəsinə şəxsi istehlakının – tələbatının təmin edilməsi ilə əlaqədar olduğundan, yaranmış mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kimi qiymətləndirilə bilməz.

21. Beləliklə, iş materiallarına əsasən, tərəflər fərdi sahibkar kimi qeydiyyatdan keçsələr də, onların arasında bağlanmış müqavilə cavabdehin fəaliyyət istiqamətinə (yaşayış evinin tikintisi) uyğun olsa da, həmin müqavilə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə deyil, iddiaçının sonradan ailə üzvləri ilə yaşaması məqsədi ilə, ona məxsus həyətdə fərdi yaşayış evinin tikilməsinə yön əlmişdir. Tərəflərin mübahisələndirmədiyi bu fakt mübahisənin ümumi məhkəmədə baxılması üçün yetərlidir.

22. Məhkəmə tərkibi bu zaman ou da nəzərə alır ki, iddiaçı ləğv edilməsini tələb etdiyi müqaviləni fərdi sahibkar kimi VÖEN məlumatlarına istinad etmədən, sifarişçi olaraq imza etmişdir. Digər tərəfdən polis orqanlarında aparılan araşdırma zamanı da tərəflər mübahisənin, sonradan sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədilə hər hansı qeyri-yaşayış sahəsinin deyil, məhz fərdi yaşayış evinin tikintisi zamanı yarandığını təsdiq etmişlər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətl ərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də hüquq münasibətlərinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

24. Beləliklə, Ali Məhkəmənin qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə üzrə hüquq münasibətlərinin xarakteri işin kommersiya mübahisəsi kimi baxılmasını istisna edir, buna görə də iddiaçının şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, e-2-2(113)2045/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.7 və 403-1.8-ci maddələrini r əhbər tutaraq. QƏRARA ALDİ:

26. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, e-2-2(113)-2045/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçının şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar