Məhkəmə qərarları › İş №e-2-2(102)-690/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-690/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-690/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)-1561/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında ba xılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 mart tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə məbləğinin 10 faizi miqdarında – 453.790 manat məbləğində cərimənin, dəymiş zərər olaraq sakinlərə ödənilmiş 233.361 manat məbləğində kirayə haqqının və 480.000 manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin, 100.000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 1.267.151 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh aidiyyətin dəyişdirilməsi barədə vəsatətlə Bakı Kommersiya Məhkəməsinə 2022-ci il 1 sentyabr tarixində müraciət edərək, işin aidi yyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aidiyyət qaydası pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan mülki iş aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməlidir.

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)1561/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim – Z.Axundova).

5. Məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, məhkəmə belə nəticəyə gəlir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan hazırkı mübahisəyə hazırkı məhkəmədə baxılmalı və aidiyyətin dəyişdirilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının 12, 13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 26.2, 31.1, 32.1, 32.2, 32.4 və 32.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Cavabdeh həmin qərardaddan 2022-ci il 9 sentyabr tarixində şikayət verərək, Bakı Kommersiya Məhkə məsinə 2022-ci il 1 sentyabr tarixli qərardadının ləğv olunması, işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 sentyabr tarixli e-2-2(113)1561/2022 saylı qərardadı ilə cavabdeh şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Axundova). ŞİKAYƏTİN DƏLİLLƏRİ a) Şikayətin dəlilləri

9. MPM-in 24.1, 26.1, 32.7-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan mülki iş aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman həm mübahisənin subyekt t ərkibinin, həm də predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Hazırkı tələbə məhkəmə aidiyyəti üzrə yerli məhkəmədə baxılmalıdır. Sadalanan xüsusatlardan və istinad edilən hüquq normalarından göründüyü kimi, məhkəmənin qərardadında göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ 10. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı müddəalar nəzərdə tutulur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəx sin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

11. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə lərə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiy a məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılı qda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.”

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəz ərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “ Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə

35. İddianın cavabdehin olduğu yerə görə verilməsi... 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

13. Şikayətin dəlillərini iş materialları ilə bi rlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)-1561/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, işə həmin məhkəmədə baxılmalıdır.

14. Kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

15. Birinci amil üzrə qeyd olunmalıdır ki, iş materiallarına əsasən hazırki iş üzrə iddiaçı və cavabdeh hüquqi şəxslərdir.

16. Tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, qarışıq məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır.

17. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlər mövcud olmuş və iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi səbəbilə zərərin ödənilməsi tələbi barədə iddia ilə çıxış etmişdir.

18. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə podrat müqaviləsi üzrə öhdəliklərin gecikd irilməsindən irəli gəlmişdir. Belə olan halda, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar, mübahisənin predmeti isə pulun tələb edilməsindən ibarət olmaqla sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından iqtisadi xarakterli mübahisədir.

19. Bununla da, MPM-in 24.2 və 26.1-ci maddələrinin tələblərinə (bax yuxarıda § 13) və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında ifadə olunmuş hüquqi mövqelərə (bax yuxarıda § 12) uyğun olaraq, hazırkı mübahisənin tərəflərinin, predmetinin və hü quq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu və kommersiya məhkəməsində baxılmalı olduğu müəyyən edilir.

20. Aidiyyətin cavabdehin ünvanı üzrə müəyyən edilməli olmasına, ona görə də mübahisəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmasına dair dəlilə gəldikdə isə, qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşır və əlavə olaraq qeyd edir ki, iş üzrə aidiyyət qaydaları tətbiq edilərkən ilk olaraq mübahisənin məhkəmə aidiyyəti, yalnız bundan sonra ərazi aidiyyəti müəyyən edilməlidir. Belə ki, qanunvericilik işə kommersiya məhkəməsində baxılmağı zəruri etdiyi halda, ona ümumi məhkəmədə baxılmağı qanunsuz hesab edir.

21. Bu səbəbdən, hazırkı işə məhkəmə aidiyyəti baxımından, yuxarıda qeyd edildiy i kimi, kommersiya məhkəməsində, ərazi aidiyyəti üzrə isə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 35.2-ci maddəsinə (bax yuxarıda § 13) əsasən, iddia hüquqi şəxs olan cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Bu səbəbdən, cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olmasına görə işə Bakı Kommersiya Məhkəməsində baxılması davam etdirilməlidir.

22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət edilməklə düzgün nəticəyə gəlmiş, birinci instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022- ci il 1 sentyabr tarixli, e-2-2(113)-1561/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan bu mübahisəyə mahiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)-1561/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar