Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10041/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən avtonəqliyyat vasitəsinə dəyən zərər üçün ümumi sığorta məbləği 27900 manatın və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə xx.xx.2025, xx.xx.2026-cı il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və iş üzrə növbəti hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. İddiaçı heç bir məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. O cümlədən, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-in 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1). Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (maddə 9.2). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz(maddə 9.3). Qeyd edilən müddəaların məqsədi ondan ibarətdir ki, məhkəmə müstəvisində baxılan mübahisələr, işdə iştirak edən tərəflərin iştirakı ilə hərtərəfli, tam və obyektiv araşdırılmalı, çıxarılacaq qərar isə yalnız məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlara və həmin sübutlarla təsdiq edilən dəlillərə əsaslanmalıdır. Qanun məhkəmənin üzərinə irəli sürülən hər bir dəlilə hüquqi qiymət verilməsini tələb edir. Ona görə də, hər hansı üzürlü hallar olmadıqda tərəflərin şifahi məhkəmə iclaslarında iştirakının vacibliyi qanunla nəzərdə tutulmuşdur. Bu səbəbdəndir ki, MPM-nin 185.3 və 185.4-cü maddələrində göstərilmişdir ki, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində isə qeyd edilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13- cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur Eyni zamanda, iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 173,07 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. 260.3-cü maddəsinə əsasən, məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 173,07 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ********** nömrəli qəbz üzrə ödənilmiş 173,07 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2-2(113)-10041/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10041/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver