Məhkəmə qərarları › İş №e-2-2(113)-1014/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1014/2021

21.01.2021 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1014/2021 21.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Borclu dövlət büdcəsinə 44857,05 manat, Dövlət Sosial Müdafiə Fonduna 1275 manat və İşsizlikdən Sığorta Fonduna 68,42 manat məbləğində borcun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. - 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən iznibati akt iznibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli, 136 saylı qərarına əsasən Bakı şəhəri Vergilər Departamenti inzibati orqandır. İnzibati icraat haqqında qanunvericliyə görə, həmin orqanın maliyə sanksiyasının tətbiq edilməsi barədə qərarı inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. - 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşdən göründüyü kimi Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərmək əvəzinə, eyni məsələyə dair təkrarən yenidən qərar qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmaqla yuxarıda şərh edilən normativ hüquqi aktlarının tələblərini pozmuşdur. Belə ki, Bakı şəhəri Vergilər Departamenti yuxarıda adıçəkilən qərarları “İznibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən qəbul edilsə də, həmin qərarların icrası məsləsi xx xxxxxx 2011-ci il tarixdə qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məhkəmə, yuxarıda şərh edilən qanunvericilik aktlarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin borcun tutulması tələbinə dair qəbul etdiyi qərarları məcburi qaydada icrasını təmin etmək üçün “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərməli olduğuna görə, hazırkı işə məhkəmə qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar