Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1036/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətininn (ASC) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tutulması» barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4287 manat məbləğində sığorta ödənişinin və 180.7 manat məbləğində dövlət rüsumu və mediasiya xərcinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 29 mart 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda məhkəməyə EMİS vasitəsi ilə ərizə və barışıq sazişi daxil olmuşdur. Ərizədə bildirilmişdir ki, "xxxx" ASCdə “X2 Tam Sığortası” üzrə sığortalanmış “Kia Rio minik” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı, “Subaru Forester minik” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı, “Honda CR-V” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı H-021-193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 4287,00 (dörd min iki yüz səksən yeddi) manat, ödənilmiş 180,70 (bir yüz səksən manat, yetmiş qəpik) dövlət rüsumu, ödənilmiş 180,00 (bir yüz səksən) manat mediasiya xərci, cəmi 4647,70 (dörd min altı yüz qırx yeddi manat, yetmiş qəpik) məbləğindən 3000,00 (üç min) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının müvafiq bank hesabına ödənilməsi barədə razılığa gəlinmiş və bununla Barışıq sazişi imzalanmışdır. Qeyd olunanları nəzərə alaraq tərəflər arasında bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi bildirdi ki, Barışıq Sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi bildirdi ki, barışıq sazişinin şərtləri ilə razıdırlar və təsdiq olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti öhdəsinə götürür: "xxxx" ASC-də “X2 Tam Sığortası” üzrə sığortalanmış “Kia Rio minik” markalı **-UA- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı, “Subaru Forester minik” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı, “Honda CR-V” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı H- 021-193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 4287,00 (dörd min iki yüz səksən yeddi) manat, ödənilmiş 180,70 (bir yüz səksən manat, yetmiş qəpik) dövlət rüsumu, ödənilmiş 180,00 (bir yüz səksən) manat mediasiya xərci, cəmi 4647,70 (dörd min altı yüz qırx yeddi manat, yetmiş qəpik) məbləğindən 3000,00 (üç min) manat məbləğində pul vəsaitinin 10 (on) iş günü müddətində iddiaçının müvafiq bank hesabına köçürməyi, razılaşdırılmış məbləği göstərilən müddətdə ödəmədiyi təqdirdə hər gecikdirilmiş ödəniş günü üçün həmin 1 (bir)%-i həcmində dəbbə pulu ödəməyi. "xxxx" ASC öhdəsinə götürür: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən "xxxx" ASC-də “X2 Tam Sığortası” üzrə sığortalanmış “Kia Rio minik” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı, “Subaru Forester minik” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı, “Honda CR-V” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı H-021-193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 4287,00 (dörd min iki yüz səksən yeddi) manat, ödənilmiş 180,70 (bir yüz səksən manat, yetmiş qəpik) dövlət rüsumu, ödənilmiş 180,00 (bir yüz səksən) manat mediasiya xərci, cəmi 4647,70 (dörd min altı yüz qırx yeddi manat, yetmiş qəpik) məbləğindən 3000,00 (üç min) manatın ödənilməsinə razılıq verir. Tərəflər Sazişin şərltərini onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Qeyd: Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrdən biri Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Nüsxələrdən biri "xxxx" ASC-də digəri isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1036/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1036/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver