Məhkəmə qərarları › İş №e-2-2(113)-10538/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10538/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10538/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, PLS/01-23 saylı xidmət müqaviləsinə əsasən ödənilməmiş 3850 (üç min səkkiz yüz əlli) manat vəsaitin cavabdeh fərdi sahibkar Cavabdeh2 (VÖEN: **********) tutularaq İddiaçı MMC-nin (VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 10 fevral 2026-cı il tarixli barışıq sazişindən görünür ki:

1. İddiaçı tələb etdiyi 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pulun Cavabdeh2 tərəfindən 31 mart 2026-cı il tarixədək ödəməyi öhdəsinə götürdüyündən, cavabdehin hazırki barışıq mövqeyini qəbul edir və bu bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi ilə iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə müvafiq ərizə təqdim etməyi öhdəsinə götürür.

2. Cavabdeh2 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pulu 31 mart 2026-cı il tarixədək ödəməyi və iş üzrə icraata bu barışıq sazişinin təsdiqi ilə xitam verilməsinə etirazı olmamasına dair məhkəməyə müvafiq ərizə təqdim etməyi öhdəsinə götürür.

3. Bu barışıq sazişinin 1-ci hissəsində nəzərdə tutulmuş 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul 31 mart 2026-cı il tarixinədək Cavabdeh2 tərəfindən tam icra edilmədiyi halda ödənişin gecikdirildiyi hər gün üçün 01 aprel 2026-cı il tarixindən etibarən qalıq məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 10 fevral 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. İddiaçı tələb etdiyi 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pulun Cavabdeh2 tərəfindən 31 mart 2026-cı il tarixədək ödəməyi öhdəsinə götürdüyündən, cavabdehin hazırki barışıq mövqeyini qəbul edir və bu bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi ilə iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə müvafiq ərizə təqdim etməyi öhdəsinə götürür.

2. Cavabdeh2 sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı tələb etdiyi 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pulu 31 mart 2026-cı il tarixədək ödəməyi və iş üzrə icraata bu barışıq sazişinin təsdiqi ilə xitam verilməsinə etirazı olmamasına dair məhkəməyə müvafiq ərizə təqdim etməyi öhdəsinə götürür.

3. Bu barışıq sazişinin 1-ci hissəsində nəzərdə tutulmuş 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul 31 mart 2026-cı il tarixinədək Cavabdeh2 tərəfindən tam icra edilmədiyi halda ödənişin gecikdirildiyi hər gün üçün 01 aprel 2026-cı il tarixindən etibarən qalıq məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar