Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1082/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “NTK-İnşaat MMC”-dən 11.130 manat əsas, 2.003,40 manat ƏDV olmaqla cəmi 13.133,40 manat məbləğində pulun, həmçinin 210 manat dövlət rüsumunun və 210 manat vəkilə hüquqi yardım üçün ödənilmiş pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilən şərtlər daxilində “Podratçı” müqavilənin 1.2-ci bəndində göstərilən işi icra etməyi, “Sifarişçi” isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini “Podratçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 1.2-ci bəndində qeyd edilən dəyərini sonradan ödəmək şərtilə Podratçı Sifarişçinin obyektində onun sifarişi əsasında podratçı şirkət olaraq kondisioner və ventilyasiya sistemləri üzrə avadanlıq, komplektləşdirici hissələrin və materialların göndərilmiş, montaj-quraşdırma və buraxılış-sazlama işələrinin yerinə yetirmişdir. Həmin müqavilənin tələblərinə əsasən tərtib edilmiş, 02 mart 2022-ci il tarixli müqaviləyə Spesifikasiya N 1-ə əsasən, kondisioner və ventilyasiya sisteminin tərkib hissəsi göstərilmiş, quraşdırılacaq avadanlıqların və görüləcək işlərin dəyəri açıqlanmışdır. “Sifarişçinin” obyektində kondisioner və ventilyasiya sistemləri üzrə avadanlıq, komplektləşdirici hissələrin və materialların göndərilmiş, montaj-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsi üzrə görülmüş işlərin təhvil-təslim aktına əsasən Sifarişçi Podratçıya 11.130 manat əsas məbləğ və 2.003,40 manat ƏDV məbləği olmaqla, cəmi 13.133,40 manat məbləğində pul ödəməli idi. Bunun üçün Podratçı Sifarişçiyə elektron qaimə də təqdim etmiş, lakin elektron qaimə Sifarişçi tərəfindən qəbul olunmayıb və qaimə əsasında ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podraçı müqavilənin 1.2-ci bəndində göstərilən işi icra etməyi, sifarişçi isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə ilə görülməli iş sifarişçinin obyektində kondisioner və ventilasiya sistemləri üzrə avadanlıq, koplekləşdirici hissələrin və materialların göndərilməsi, montaj-quraşdırma və buraxılış sazlama işlərinin yerinə yetirilməsindən ibarətdir. Müqavilənin 3.1-ci bəndinə əsasən görülməli işin qiyməti ƏDV daxil 13.133,4 manat təşkil edir. Eyni zamanda müqavilənin 1 saylı spesifikasiyasında, görülməli işlərin nədən ibarət olması və qiymətinin 13.133,4 manat olması öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun görülmüş işlərini dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə dəyəri 13.133,4 manat təşkil edən EBBS saylı xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 02 mart 2022-ci il tarixli müqavilə üzrə görülmüş işlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 13.133,4 manatlıq işlər icra edilmiş, Cavabdeh MMC tərəfindən isə qeyd edilən işlər təhvil alınmışdır. Qeyd edilən təhvil-təslim aktı hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, qeyd edilmiş təhvil-təslim aktında görülmüş işlərin ümumi dəyəri 13.133,4 manat təşkil edir. Belə olan halda, cavabdeh tərəfindən görülmüş işlərin dəyəri ödənilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və 13.133,4 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən Arbitrium Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 210 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhər 2 saylı Mediasiya təşkilatının hesabına 200 manat məbləğində pul ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 13.133 (on üç min yüz otuz üç) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1082/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1082/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver