Məhkəmə qərarları › İş №e-2-2(113)-1096/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1096/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1096/2022 14.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 23.05.2019-cu il tarixli müqavilə üzrə pul vəsaitinin tutulması, avadanlığın işlək vəziyyətdə təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7137,50 manat məbləğində artıq pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh MMC-dən 20.000 manat məbləğində əldən çıxmış fayda kimi tutularaq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC-yə məxsus olan MTB-170 markalı qırıcı (rokson) və MTB-55 markalı qırıcı (rokson) aqreqatları Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə işlək vəziyyətdə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Cavabdeh də İddiaçınə qarşı 23.05.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra olunması və pul tələbinə dair iddia ərizəsi ilə 13.01.2022-ci ildə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icraatına (iş nömrəsi e-2-2(113)-913/2022, X1) qəbul edilmiş, işin məhkəmədə baxılmağa hazırlanması 14 fevral 2022-ci il tarixə təyin edilmiş, hazırlıq iclası 07.03.2022-ci il tarixə təxirə salınmışdır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Cavabdeh İddiaçınə qarşı 23.05.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra olunması və pul tələbinə dair iddia ərizəsi üzrə başlanılmış e-2-2(113)-913/2022 saylı işlə birləşdirilməsi, e- 2-2(113)-1096/2022 saylı işin Bakı Kommersiya Məhkəməsinə (X1) göndərilməsi və onlara birgə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni (vəsatəti) müdafiə edərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmənin iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə məhkəmə hazırlıq iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı işdən başqa Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı öhdəliklərin icra olunması və pul tələbinə tələbinə dair e-2-2(113)-913/2022 saylı kommersiya mübahisəsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-913/2022 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədəmüvafiqdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı öhdəliklərin icra olunması və pul tələbinə dair hakim F.Qasımovun icraatında olan e-2- 2(113)-913/2022 saylı iş 21 yanvar 2022-ci il tarixdə, hazırkı iş isə 28 yanvar 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş ilkin olaraq məhkəmə icraatına qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı öhdəliklərin icra olunması və pul tələbinə dair e-2-2(113)-913/2022 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 23.05.2019-cu il tarixli müqavilə üzrə pul vəsaitinin tutulması, avadanlığın işlək vəziyyətdə təhvil verilməsi tələbinə dair e-2-2(113)- 1096/2022 saylı iş iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı öhdəliklərin icra olunması və pul tələbinə dair iş e-2-2(113)-913/2022 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar