Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1099/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "X7 MA" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən X/M-01/24 saylı, 12 fevral 2024-cü il tarixli Xidmət müqaviləsi üzrə Cavabdeh MMC-yə ödənilmiş 101839,90 manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 391,84 manat dövlət rüsumunun əvəzinin, habelə hüquqi yardıma görə çəkilmiş 500 manat xərcin, cəmi 102731,74 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı(bundan sonra “İddiaçı” adlanacaq) ilə Cavabdeh (bundan sonra “Cavabdeh” adlanacaq) arasında “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsinə dair” X/M-01/24 saylı, 12 fevral 2024-cü il tarixli Xidmət müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərini yerinə yetirərək görüləcək işlərin dəyərini hər dəfə əvvəlcədən, yəni avans şəklində Cavabdehə ödəmişdir. İddiaçı tərəfindən müqavilə çərçivəsində Cavabdehə ödənilmiş pulun məbləği 689592 manat təşkil edir. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Cavabdeh, ona ödənilmiş xidmət haqqının müqabilində cəmi 587752,10 manat məbləğində işləri yerinə yetirmiş, qalan işləri isə icra etməmişdir (icra olunan işlərdə belə Cavabdeh müəyyən nöqsanlara yol vermişdir). 16 sentyabr 2024-cü il tarixdə Cavabdehə pretenziya göndərilərək işlərin yerinə yetirilərək başa çatdırılması Cavabdehdən xahiş olunsa da, bunun nəticəsi olmamışdır. İddiaçı Cavabdehə bildiriş göndərərək X/M-01/24 saylı, 12 fevral 2024-cü il tarixli Xidmət müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bəyan etmiş, habelə Cavabdehə avans şəklində ödənilmiş və icra edilməmiş işlərin dəyəri olaraq 101839,90 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq, Cavabdeh ödənilmiş pulu geri qaytarmamışdır. Odur ki, İddiaçıməhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış X/M-01/24 saylı, 12 fevral 2024-cü il tarixli Xidmət müqaviləsinin 2.1.1-ci bəndinə görə, görülmüş işləri vaxtında və hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və tərəflərin möhürü ilə təsdiq edilən/rəsmiləşdirilən müvafiq təhvil-təslim aktı əsasında İddiaçıya təhvil vermək (təhvil-təslim aktı ödəniş üçün əsas sənəd sayılacaqdır. Əgər, ödəniş İddiaçı tərəfindən avans şəklində əvvəlcədən həyata keçirilmişsə, görülən işlərə dair təhvil-təslim aktının imzalanmaması (elektron qaimə-faktura təqdim olunsa belə), avans olaraq həyata keçirilmiş ödənişin Sifarişçiyə qaytarılması üçün əsas hesab olunacaqdır) Cavabdehin vəzifəsinə aid edilmişdir. Cavabdeh dəyəri 587752,10 manat təşkil edən işləri müvafiq təhvil-təslim aktı əsasında İddiaçıya təhvil versə də, lakin 101839,90 manat ödənişə münasibətdə işləri icra etməmiş və İddiaçıya təhvil verməmişdir. Bu səbəbdən İddiaçı işlərin icra olunmasını xahiş etmiş, Cavabdehin isə İddiaçının xəbərdarlığına əhəmiyyət verməmiş, nəticədə İddiaçı müqavilənin 3.3.2-ci bəndinə uyğun olaraq müqaviləni birtərəfli qaydada ləğv etmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “X11 and Residences” layihəsində 5 mərtəbəli 11 və 13 nömrəli binaların daxili bəzək işlərinin görülməsi üzrə X/M-01/24 saylı, 12 fevral 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq işlərin dəyərini əvvəlcədən, avans şəklində Cavabdehə ödəmiş və ümumilikdə 689 592 manat məbləğində vəsait təqdim etmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq yalnız 587 752,10 manatlıq işləri yerinə yetirmiş, qalan 101 839,90 manatlıq işləri icra etməmişdir. İddiaçı 16 sentyabr 2024-cü il tarixdə Cavabdehə pretenziya göndərərək işlərin başa çatdırılmasını xahiş etmiş, lakin nəticə əldə olunmamışdır. Nəticədə İddiaçı müqaviləni birtərəfli qaydada ləğv etmiş və ödənilmiş, lakin icra edilməmiş işlərin dəyəri olan 101 839,90 manatın geri qaytarılmasını tələb etmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Cavabdeh görülmüş işləri təhvil-təslim aktı ilə İddiaçıya təqdim etməli idi. Cavabdeh yalnız 587 752,10 manatlıq işləri təhvil vermiş, qalan işləri icra etməmiş və İddiaçının xahişinə məhəl qoymamışdır. Buna görə, İddiaçı Cavabdeh MMC-dən 101 839,90 manat ödənilmiş və icra edilməmiş işlərin dəyəri, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 391,84 manat dövlət rüsumu, habelə 500 manat hüquqi yardım xərci daxil olmaqla cəmi 102 731,74 manatın geri ödənilməsini xahiş edirik. Qiymətləndirici tərəfindən təqdim olunan rəy mövcud əmlakın qiymətləndirilməsindən ibarətdir. Bu baxımdan qiymətləndiricinin müəyyən etdiyi məbləğ mübahisəli işlərin həqiqi həcm və dəyərini cavabdeh tərəfindən görüldüyü barədə aydınlıq yaratmır və mübahisəli hesab edilir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, onlar tərəfindən müqavilə üzrə bütün işlər təhvil verilmişdir sadəcə olaraq iddiaçı təhvil-təslim aktını imzalmamaışdır. Onlar tərəfindən məhkəməyə təqdim edilmiş ekspeertiza rəyi də qeyd edilən halı təsdiq edir. İddiaçı tərəfindən təqdim edilmiş digər şəxslərlə bağlanılmış müqavilələr sübut qismində nəzərə alnma bilməz belə ki, ödənişin səbəbini araşdırdıqda müəyyən edilib ki, hüquqi şəxs Daş-tikinti ilə bağlı təhvil-təslim aktı mövcud deyil. İşlərin siyahısında izolyasiya nəzərdə tutulsa da, tərəflrə arasında bağlanmış ilkin müqavilədə bu iş göstərilməmişdir. Pəncərə quraşdırılması bizim məsuliyyətimizdə deyildi. Qiymətrazılaşma protokoluna baxdıqda da, həmin işlər müqavilədə əks olunmayıb. Fiziki şəxs ilə müqavilədə isə digər işlər nəzərdə tutulub. Biz iddia edirik ki, 690 000 manatlıq iş yerinə yetirilib. Səxavət bəylə danışan zaman o bizə balkonlardakı və pilləkənlərdəki qüsurlar qeyd etmişdir. İddiaçı ilə Daş-tikinti ilə müqavilə 13 may tarixində bağlanıb, lakin bizə 16 sentyabr tarixində pretenziya göndərilmişdir. Əgər işin səhv göndərilməsi sübut edilmiş olsaydı, pretenziya daha erkən təqdim edilə bilərdi. İddiaçı tərəf özü pəncərəni başqa şirkətə quraşdırdığı üçün Daş-tikinti ilə müqavilə bağlamışdır. Görülməmiş işlərin siyahısına dair məlumat verilməməsi səbəbindən, bir neçə iclasda bu barədə qarşı tərəfə sual vermişəm. Avans olaraq təxminən 690 000 manat ödənilib, bura ƏDV məbləği də daxil idi. Bəzi işlər bizim tərəfimizdən görülməyib, lakin görülən işlər də 690 000 manat dəyərindədir. Bu baxımdan iddianın rədd edilməlidir. III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsini, “Sifarişçi” isə bunun müqabilində müqaviləyə əlavədə razılaşdırılmış məbləğin ödənilməsini öhdəsinə götürür. - 2.1.1-ci bəndinə əsasən görülmüş işləri vaxtında və hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və tərəflərin möhürü ilə təsdiq edilən/rəsmiləşdirilən müvafiq təhviltəslim aktı əsasında “Sifarişçi”yə təhvil vermək (təhvil-təslim aktı ödəniş üçün əsas sənəd sayılacaqdır. Əgər, ödəniş “Sifarişçi” tərəfindən avans şəklində əvvəlcədən həyata keçirilmişsə, görülən işlərə dair təhvil-təslim aktının imzalanmaması (elektron qaimə-faktura təqdim olunsa belə), avans olaraq həyata keçirilmiş ödənişin “Sifarişçi”yə qaytarılması üçün əsas hesab olunacaqdır); - 2.1.2-ci bəndinə əsasən işləri lazımi keyfiyyətlə həyata keçirmək icraçının vəzifəsidir. - 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və bu müqavilə ilə nəzərdə tutulmuş müddətdə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti 12 fevral 2025-ci il tarixədəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. xx.xx.2024-cü il tarixli müqaviəyə 01 saylı Əlavə olan X1 əsasən icraçı tərəfindən 375916 manat məbləğində işlərin görülməsi razılaşdırılmışdır.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış mart 2024-cü il tarixliyerinə yetiirlmiş işlərin qəbulu aktı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən 63819.12 manat məbləğində işlər yerinə yetirilmişdir.
10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış aprel 2024-cü il tarixliyerinə yetiirlmiş işlərin qəbulu aktı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən 119139.29 manat məbləğində işlər yerinə yetirilmişdir.
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış may 2024-cü il tarixliyerinə yetirilmiş işlərin qəbulu aktı ilə təsdiq edilir ki,cavabdeh tərəfindən 110917.64 manat məbləğində işlər yerinə yetirilmişdir.
12. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 10000 manat köçürülmüşdür.
13. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 10000 manat köçürülmüşdür.
14. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 30000 manat köçürülmüşdür.
15. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 70000 manat köçürülmüşdür.
16. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100000 manat köçürülmüşdür.
17. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 40000 manat köçürülmüşdür.
18. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 81702.7 manat köçürülmüşdür.
19. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 18297.3 manat köçürülmüşdür.
20. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 4400 manat köçürülmüşdür.
21. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 40000 manat köçürülmüşdür.
22. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 7200 manat köçürülmüşdür.
23. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindn cavabdehin hesabına 18000 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
24. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 5400 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
25. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 12600 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
26. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 18000 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
27. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 7200 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
28. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 14706.49 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
29. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 3293.51 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
30. 27.09.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına 792 manat məbləğində ƏDV məbləği ödənilmişdir.
31. İddiaçı MMC tərəfindən “X7MA” MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 10 iş günündən gec olmayaraq, 12 fevral 2024-cü il tarixli xidmət müqaviləsi üzrə işləri tam şəkildə yerine yetirilməsini ve müvafiq –təhvil-təslim aktı əsasında "xxxx" MMC-ye təhvil verilməsini tələb etmişdir.
32. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences” adlı istirahət kompleksinin ərazisində POLO layihəsi üzrə 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarında təmir və izolyasiya işlərinin görülməsini, “Sifarişçi” isə bunun müqabilində müqaviləyə əlavə olunan Protokola əsasən görülən işlərin razılaşdırılmış məbləğinin ödənilməsini öz üzərinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
33. xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə 01 saylı Əlavə olan qiymətlərin razilaşdirma protokoluna əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
34. xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə 02 saylı Əlavə olan qiymətlərin razilaşdirma protokoluna əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
35. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə MT2405 11220730 saylı xx.xx.2024-cü il tarixli 6490 manat,EBEE 070341 nömrəli xx.xx.2024-cü il tarixli 12555.20 manat,MT2407 10621519 nömrəli xx.xx.2024-cü il tarixli 2265.60 manat, MT2407 10621519 nömrəli xx.xx.2024-cü il tarixli 32450 manat, MT2407 11857871 nömrəli xx.xx.2024-cü il tarixli 1079.97 manat, MT2408 11754416 nömrəli xx.xx.2024-cü il tarixli 1188 manat, MT2409 ********* nömrəli xx.xx.2024-cü il tarixli 2448 manat məbləğində elektron qaimələr göndərilmişdir.
36. İddiaçı MMC ilə X4 arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “İcraçı” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarının girişinin tavan hissələrində layihəyə uyğun MDF Şponla dekorativ üzlənmə 1m2 üçün 380,00 AZN (material daxil) və divarın Laminat mebellə üzlənməsi 1m2 üçün 80,00 AZN (material daxil) dəyərində işlərin görülməsini, “Sifarişçi” isə bunun müqabilində görülmüş işlərin təhvil-təslim aktına əsasən dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
37. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən X2 hesabına 7000 manat köçürülmüşdür.
38. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən X2 hesabına 3000 manat köçürülmüşdür.
39. "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, İddiaçı MMC tərəfindən 33 saylı vəkil bürosunun hesabına 500 manat köçürülmüşdür.
40. Cavabdeh MMC ilə “Məhkəmə Ekspertizası Xidmətləri" MMC arasında xx.xx.2025-ciil tarixli 250 saylı xidmət müqaviləsi imzalanmışdır.
41. "xxxx"MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 02/05-515/25 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarında “Mətin İnşaat" MMC ilə “X7 MA" MMC arasında bağlanmış 01/24 saylı, 12 fevral 2024-cü il tarixli müqaviləyə əsasən aparılmış təmir işlərinin ümumi dəyəri ƏDV-siz 585124,0 manat, (beş yüz səksən beş min yüz iyirmi dörd ), ƏDV daxil 690446.32 manat (altı yüz doxsan min dödr yüz qırx altı manat otuz iki qəpik) məbləğində müəyyən olunur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarına baxış zamanı 01/24 saylı, 12 fevral 2024-cü il tarixli müqavilə üzrə və müqavilənin müvafiq razılaşdırma protokolunda göstərilən iş növlərində hər hansı bir qüsur və ya çatışmamazlıq müşahidə edilmədi. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarında aparılmış təmir işləri zamanı çəkilmiş video materialarında eyvan sahələrində metlağ örtüyünün vurulması zamanı pəncərə kənarı izolyasiya materiallarının düzgün vurulmaması ilə bağlı qüsurlar aşkar edilmişdir. Bu qüsurların pəncərə quraşdırılan zaman izolyasiya materiallarının tikinti texnologiyasına uyğun yerinə yetirlmədiyindən irəli gəldiyi və həmin qüsurların baş vermə səbəbi müqavilə üzrə İcraçı olan “X7 MA" MMC-nin əməkdaşlarının təmir işlərinin keyfiyyətsiz icra etməsi ilə əlaqələli olmadığı müəyyən edilmişdir. V. Tətbiq edilən hüquq:
42. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 766.Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 769 Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770.Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
43. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
45. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
47. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
48. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
49. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmış və həmin müqaviləyə əsasən tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarının daxili bəzək işlərinin görülməsini və görülən işlərin müqabilində sifarişçi tərəfindən icraçıya xüsusi şərtlərdə müəyyən edilmiş qaydada istinad olunan məbləğlərin ödənilməsi öhdəliyini götürmüşlər. İddiaçı tərəfindən müqavilə çərçivəsində Cavabdehə ödənilmiş pulun məbləği 689592 manat təşkil edir, cəmi 587752,10 manat məbləğində işlərin görülməsi işin mübahisəsiz halıdır. 101839,90 manat həcmində işlərlə bağlı təhvil-təslim aktları imzalanmamış, iddiaçı həmin işlərin qüsurlu şəkildə icra edildiyini və təhvil verilmədiyini iddia edərək həmin məbləği tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, onun tərəfindən müavilədə nəzərdə tutulan 689592 manat həcmində işlərin yerinə yetirildiyini bildirir və iddianın rədd edilməsini xahş edir.
50. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan hal podrat müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən görülmüş işlərin həcmi və dəyəri ilə, cavabdeh tərəfindən müqavilə üzrə 101839,90 manat həcmində işin görülüb görülməməsi ilə bağlıdır.
51. Göstərilən halın müəyyən edilməsi məqsədilə iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli 02/05-515/25 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarında “Mətin İnşaat" MMC ilə “X7 MA" MMC arasında bağlanmış 01/24 saylı, 12 fevral 2024-cü il tarixli müqaviləyə əsasən aparılmış təmir işlərinin ümumi dəyəri ƏDVsiz 585124,0 manat, (beş yüz səksən beş min yüz iyirmi dörd ), ƏDV daxil 690446.32 manat (altı yüz doxsan min dödr yüz qırx altı manat otuz iki qəpik) məbləğində müəyyən olunur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences" adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarına baxış zamanı 01/24 saylı, 12 fevral 2024-cü il tarixli müqavilə üzrə və müqavilənin müvafiq razılaşdırma protokolunda göstərilən iş növlərində hər hansı bir qüsur və ya çatışmamazlıq müşahidə edilmədi.
52. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən xx.xx.2026-cı il tarixli 02/05-515/25 saylı mütəxəssis rəyini tədqiq edərək hesab edir ki, qeyd edilən rəy sübut qismində nəzərə alına bilməz , belə ki, məhkəmə iclaslarında tərəflərin izahatları , həmçinin iddiaçı tərəfindən təqdim edilən sübutlarla tədqiqat obyekti olan sahələrdə iddiaçı tərəfindən də tamamlanma işləri həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və tədqiqat aparılmasından imtina edilmişdir . xx.xx.2025-ci il tarixli ekspertiza aparılmasından imtinaya dair məktubda qeyd edilmişdir ki, tədqiqat obyektlərinə baxış keçirilən zaman, tədqiqat obyektlərinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edilərək qüsurların aradan qaldırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən qərardadda qoyulan suala cavab vermək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının da müəyyən tamamlanma işlərinin həyata keçirilməsi öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2026-cı il tarixli 02/05-515/25 saylı mütəxəssis rəyi ilə tədqiqat obyektində görülən işlərin dəyəri müəyyən olunan zaman, həmin işlərin əhz cavabdeh tərəfindən görüldüyünü müəyyən etməsi mümkün deyildir. Bu səbəbdən qeyd edilən rəy nəzərə alınmamalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir.
53. İşin halı ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim çoxsaylı ödəniş tapşırıqları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 689592 manat ödənilmiş,cavabdeh tərəfindən işlərin görülməsində qüsurlar aşkar edildiyindən təhvil təsim aktı imzalanmamış və həmin qüsurların aradan qaldırılması üçün digər şirkətlərlə müqavilə bağlanılmışdır.
54. Məhkəmə qeyd edir ki, sözügedən tələbə Mülki Məcəllənin 763- 766-cı maddələrin tələbləri tətbiq edilməklə münasibət bildirilməlidir. Sözügedən normaların məzmunundan da göründüyü kimi qanunverici görülmüş işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaqla xərclərin ödənilməsini podratçıdan tələb etmək və ya muzdu azaltmaq hüququna malik olmasını müəyyən etmişdir.
55. İş materialları ilə təsdiq olunurki,yaanmış qüsurların aradan qaldırılmasıı ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya göndərilmiş və qüsurların 10 gün müddətində aradan qaldırılması tələb edilmişdir.
56. İddiaçı mövcud qüsurlarla bağlı ona dəyən ziyanı iş materiallarına əlavə edilmiş iki ayrı xidmət müqavilələləri ilə təsdiq edir.
57. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2024-cü il tarixində bağlanılmış və adıçəkilən müqavilə iddiaçı tərəfindən cavabdehə pretenziya təqdim edildiyi andan əvvəlki dövrü əhatə edir.
58. Bundan əlavə, iddiaçı ilə "xxxx" MMC arasında razılaşdırılmış görüləcək işlər (vitraj pəncərələrinin ətrafının izolyasiyası,şüşə məhəccərlərin hər iki tərəfinin setkanlanıb suvanaraq izolyasiyası və s.) CavabdehMMC ilə razılaşdırılmış işləri əhatə etmir. Bu səbədən həmin müqaviləvə o müqavilə üzrə çəkilən xərclər hazırki iş üzrə cavabdehin podrat müqaviləsi üzrə görməli olduğu işlərə dair qüsurun aradan qaldırılmasına dair xərc hesab edilə bilməz.
59. İddiaçı ilə X5 arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X11 and Residences” adlı istirahət kompleksinin ərazisində 5 (beş) mərtəbəli çoxmənzilli 11 və 13 nömrəli yaşayış binalarının girişinin tavan hissələrində layihəyə uyğun MDF Şponla dekorativ üzlənmə 1m2 üçün 380,00 AZN (material daxil) və divarın Laminat mebellə üzlənməsi 1m2 üçün 80,00 AZN (material daxil) dəyərində işlərin görülməsi razılaşdırılmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 10 000 manat ödənilmişdir.
60. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilədə tavan təmir işlərinin görülməsi nəzərdə tutulmuş,iddiaçı tərəfindən görülmüş işlərdə qüsur aşkar edilmiş və bunula bağlı cavabdehə pretenziya məktubu göndərmişdir.İddiaçı tərəfindən tavan təmir işlərinin tamamlanması ilə bağlı X5 ilə müqavilə imzalanmış və həmin müqavilə üzrə 10 000 manat ödənilmişdir.
61. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə işlər (təmir tikinti) yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş işləri qüsurlu icra etmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qsurların aradan qaldırılması ilə bağlı 16.09.24-cü ildə pretenziya ilə müraciət etmiş və 10 gün vaxt verilsə də, cavabdeh tərəfindən qüsurlar aradan qaldırılmamışdır. Həmin tarixdən sonra iddiaçı cavabdehlə müqaviləsində cavabdeh tərəfindən görülməli olan işlərlə bağlı digər müqavilə imzalamış və 10000 manat ödəniş etmişdir. Mülki Məcəllənin 763- 766-cı maddələrin tələblərinə əsasən həmin məbləğ iddiaçı cavabdeh tərəfindən təhvil verilməli olan işlərin qüsurunu aradan qaldırdığı məbləğdə tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki , Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən, Cavabdeh MMC-dən 10 000 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
62. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 500 manat vəkil xərci ödənilmişdir. Məhkəmə cavabdehdən 300 manat vəkil xərcinin tutulmasını ağlabatan hesab edir.
63. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120.9 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10 000 (on min) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 120.90 (yüz iyirmi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. .
Hakim Günay Həşimova