Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-11/2023 15.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri X2, X6, cavabdehin nümayəndəsi və vəkili Vəkil X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublı̇ kası Müdafı̇ ə Nazı̇ rlı̇ yinin Cavabdeh şı̇ rkətı̇ nə qarşı müqavilə üzrə pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublı̇ kası Müdafı̇ ə Nazı̇ rlı̇ yi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Koza İnşaat və Savunma Sanayi Ticaret Ltd.Şti”ın müqavilə üzrə üzrəinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə ödənilmiş 5.027.032,92 ABŞ dollarının iddiaçı Müdafiə Nazirliyinə qaytarılması və müqavilənin 10.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunan günə müqaviləyə əsasən yerinə yetirilməyən işlərin qiymətinin 3%, yəni 150.810,98 ABŞ dolları məbləğində cərimə sanksiyasının tətbiq edilərək Müdafiə Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin “Qaraheybət” hərbi şəhərciyində “X13”nin layihələndirilməsi və tikintisi” üçün Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi ilə “Koza İnşaat və Savunma Sanayi Ticaret Ltd.Şti” (nümayəndəsi icraçı direktor İzzet Özgümüş) arasında 30 noyabr 2018-ci il tarixində xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqaviləyə əlavə razılaşma № 1 müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin ilkin dəyəri 19.072.500,0 ABŞ dolları təşkil etsə də, podratçı tərəfindən tikinti işlərinin ləng aparılmasına görə “sifarişçi” - Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin təşəbbüsü ilə müqaviləyə yenidən baxılmış və müqavilənin ümümi dəyəri dəyişmədən X17 ərazisində nəzərdə tutulan ümumi dəyəri 4.022.634.76 (dörd milyon iyirmi iki min altı yüz otuz dörd tam yüzdə yetmiş altı) ABŞ dolları olan işlərin icra olunmayacağı, əvəzində X8 planlaşdırılmış işlərin görülməsi və “mal satan” Estoniya istehsalı olan daşınan hədəf sistemləri üzrə “mal alan” tərəfin 185.748.34 (yüz səksən beş min yeddi yüz qırx səkkiz tam yüzdə otuz dörd) ABŞ dolları məbləğində borcu siləcəyi şərti ilə 30 noyabr 2018-ci il tarixində hər iki tərəfin imzası ilə əlavə razılaşma tərtib olunmuşdur. Müdafiə Nazirliyi tərəfindən müqavilə üzrə cavabdehə 2011-2018-ci illərdə ümumilikdə 9.072.500.0 ABŞ dolları ödənilmişdir. Lakin, tikinti işləri ləng aparılmış və bu günə kimi cavabdehin hesabına köçürülən 19.072.500 ABŞ dolları vəsait müqabilində cəmi 14.045.468,00 ABŞ dolları dəyərində tikinti-quraşdırma işləri yerinə yetirmişdir. Nəticədə, müqavilənin şərtlərinə görə əlavə razılaşmanın 3.8-ci bəndinə görə 3.5-ci bənddə qeyd edilən məbləğ ödənildikdən sonra (sonuncu ödəniş isə 17 dekabr 2018-ci il tarixdə həyata keçirilmişdir) “mal satan” 6 (altı) ay müddətində işləri başa çatdırıb təhvil verilməsi nəzərdə tutulmasına baxmayaraq, işlər bu günə kimi başa çatdırılmamış, cavabdeh Müdafiə Nazirliyinə 5.027.032,92 ABŞ dolları məbləğində borcu yaranmışdır. Tikinti-quraşdırma işlərinin başa çatdırılması ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlərin ünvanlanmasına baxmayaraq, tikinti işlərinin gedişində dönüş yaratmaq mümkün olmamışdır, məsələ ilə əlaqədar hər hansı konkret məlumat verilməmişdir. Müqavilə ilə nəzərdə tutulmuş qaydaya mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində cavabdehə, onun icraçı direktoru Tahsin Özgümüşə xx.xx.2019-cu il tarixində 26/2295 nömrəli və 29.01,2020-ci il tarixində 26/294 nömrəli pretenziya məktubları təqdim edilmişdir. Məsələnin həllində cavabdeh dönüş yaratmamış, müqavilə şərtləri icra edilməmiş qalmışdır. Həmçinin cavabdehə dəfələrlə təklif edilmişdir ki, görülmüş işlərin həcminin müəyyən etmək məqsədilə qarşılıqlı üzləşmə aktı tərtib edilsin, lakin cavabdeh bundan müxtəlif bəhanələr gətirərək yayınmışdır. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 7.990.916,15 ABŞ dolları məbləğində əsas borc, 239.727,49 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixli, DH0151257 nömrəli müqavilənin “B” əlavəsinin 104, 106, 108 və 110-cu bəndlərində göstərilən 8 dəst “hərəkətli enib-qalxan tank hədəf sistemi (300 m rels uzunluğu)” quraşdırılması ləğv edilməmişdir, müqavilənin bu hissəsi icra olunmalı olduğu halda icra edilməmişdir. Müdafiə Nazirliyinin anbarlarında saxlanılan hədəf sistemlərinin elektron kartlarının üzərində yerləşən komputer proqamlarının yoxlanılması ekspertiza zamanı mümkün olmamışdır. Avadanlıq yerləşdirilməli idi ki, daha sonra proqram təminatı yüklənsin. Proqram təminatı quraşdırılmalı olan avadanlıq qutularda açılmadan saxlanıldığı halda, hədəf sistemlərinin elektron kartlarının üstündə yerləşən kompüter proqramlarının bir-bir yoxlanılması və yenidən proqram təminatı olunaraq işlək vəziyyətə gətirilməsi mümkün deyildir. Bundan əlavə əsas qüllə və digər 3 nəzarət qülləsi idarəsi üçün proqram təminatı və 3 ədəd lisenziya haqqı və 3 ədəd qüllə idarə etmə sistemi üçün proqram lisenziya ödənişi işi faktiki olaraq görülməmişdir. Müdafiə Nazirliyi üçün 1 və 2 nömrəli Təlim və Tədris Mərkəzlərində atış təlim yerləri, atış təlim sahələri, atış təlim binaları tam təchiz olunaraq qurulub-qurulmamasının müəyyən etmək tələb olunduğu halda, ekspert tərəfindən konkret olaraq qoyulmuş sualı qeyri-dəqiq və faktiki vəziyyəti təhrif edilmiş tərzdə cavablandırır. Ekspert qeyd edir ki, sol və orta atəş xəttinin atış poliqonunda işlər tamamlanıb və sağ tank atış xəttində bütün hədəf sistemləri və qurğuları invoys və təhvil-təslim aktı ilə Müdafiə Nazirliyinə təhvil verilmişdir. Lakin ərazidə hədəf betonları tamamlanmamışdır. Əsas müqaviləyə əsasən binalarda olması lazım olan mebellər quraşdırılmamışdır. Görülməyən işlər xx.xx.2011-ci il tarixli, DH/0151257 nömrəli əsas müqavilə və əlavə razılaşma üzrə görülməyən işlərin siyahısında göstərilmişdir. 1 və 2 nömrəli Təlim və X4 və Üçtəpə Təlim və Tədris Mərkəzləridir. xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya əsasən Üçtəpə Təlim və Tədris Mərkəzinin tikilməsi müqavilədən çıxarılmışdır. Belə ki, sol və orta atəş xətti üzrə görülməli işlərin tamamlanması qeydi həqiqətə uyğun deyil. Hədəf qaldırıcıların quraşdırılması üçün betonlanma işlərinin bir hissəsi görülmüş, hədəf qaldırıcılar yerləşdirilsə də, həmin xəttlərdə kabelləşdirilmə sisteminin icraçının anbarında (saxlanclarında) qutularda saxlanılan elektron avadanlıqlara birləşdirilməsi həyata keçirilməmiş və işlək vəziyyətdə sifarişçiyə təhvil verilməmişdir. Bu isə müharibə zamanı böyük çətinliklər yaratmış, elə silahlar var ki, onlardan tikilməli olan poliqonda istifadə ediləcəkdi. Həmin poliqon çox vacib poliqondur, bununla belə təhvil verilməmişdir. Bundan əlavə betonlama işləri park stansiyalarının alt, yan və üst hissələri üzrə aparılmaqla, sifarişçiyə təhvil verilməli idi. Lakin ekspert rəyindən də göründüyü kimi işlər tam aparılmamışdır ki, nəticədə ilk atışda orada saxlanılması nəzərdə tutulmuş hədəf və hədəf daşıyıcı mexanizmi sıradan çıxacaqdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda qeyd etmişdir ki, müqavilə ilə nəzərdə tutulmuş və görülməyən işlərə görə iddia qaldırılmışdır. İddia ərizəsində real tələb nəzərdə tutulub. Qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında nəzərdə tutulurdu ki, qarşı tərəf müəyyən texnika gətirib tam işlək vəziyyətdə quraşdırmalı, həmin texnikaya görə də ödəniş olmalı idi. Lakin təəssüf ki, ödəniş edilməsinə baxmayaraq, həmin işlər tam icra olunmamışdır. İşin görülməməsi isə döyüş hazırlığında problemlərlə üzləşdirib. İddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslandırılmış tələbdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarında, özləri tərəfindən təqdim olunmuş məktubdan da açıq-aydın görünür ki, hansı invoyslar əsasında hansı ödənişlər olunub. 2018-ci il əlavə razılaşma ilə 3 dəfə ləvazimatlar gətirilmiş və onları da özləri təhvil almışlar. Təhvil alınmış texnikaların bəziləri Qaraheybətdə istifadə olunub, bəziləri də anbarlara aparılıb, yəni onlara təhvil verilib. Cavabdeh tərəfin öhdəliyi həmin mallarə gömrüyə qədər gətirmək olmuşdur. Bu hal müqavilədə də nəzərdə tutulmuşdur. Bununla bağlı təhvil-təslim aktı imzalanmışdır. Bütün əməliyyatlar qanunauyğun formada aparılıb. Əlavə işlərin aparılması onunla təsdiq olunur ki, invoyslar və təhvil-təslim aktını imzalamaqla ödəniş olunub. Ödənilmiş işlərin hamısı görülmüşdür. Ödənilən lakin görülməyən hər-hansı iş yoxdur. Görülməyən işlərlə bağlı ödəniş olunmadığına görə işlər dayandırılmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “X19 Savunma Sanayi Ticaret LTD ŞTİ”-dən ödənilmiş 5.027.032,92 ABŞ dollarının və Müqavilənin 10.1ci bəndində nəzərdə tutulmuş cərimə tətbiq olunan günə müqaviləyə əsasən yerinə yetirilməyən işlərin qiymətinin 3%-i, yəni 150.810,98 ABŞ dolları məbləğində cərimə sanksiyasının tətbiq edilərək iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları ilkin olaraq ondan ibarətdir ki, “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2011-ci il tarixli, DH/0151257 nömrəli müqaviləyə əsasən, “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçün bu Müqaviləyə uyğun imzalanacaq əlavədə qeyd olunan ümumi dəyəri 19.072.500 ABŞ dolları məbləğində işləri görməli və malları almalıdır. Bu müqavilə ilə X13 üzrə 15.049.865,24 ABŞ dolları, X17 üzrə isə 4.022.634,76 ABŞ dolları dəyərində işlərin görülməsi və malların alınması nəzərdə tutulmuşdur. Müqavilənin ümumi dəyəri 3 hissədən ibarət olmuşdur: 1. Türkiyədən hava və şosse yolu ilə Bakıya göndəriləcək material və sistemlərin dəyəri- 3.756.310,95 ABŞ dolları; 2. İsveçrədən Bakıya göndəriləcək material və sistemlərin dəyəri- 11.591.421,03 ABŞ dolları; 3. Material və sistemlərin yerinə montajı üçün inşaat sahəsində tam təchiz və təhvil verilmiş işin dəyəri- 3.724.768,02 ABŞ dolları. Bağlanmış müqavilənin 4.4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Nazirlər Kabinetinin Qərarından sonra müqavilə dəyərinin 100%-ni “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ”-nin xeyrinə 12 ay müddətinə geri çağırılmayan akkreditiv açacaqdır. Lakin Müdafiə Nazirliyi müqavilənin bu bəndinə əməl etməyərək bugünədək akkredetiv açmamış və bu səbəbdən işlərin gecikməsinə şərait yaradılmışdır. Lakin cavabdeh gecikmə baş verməməsi üçün müqavilə ilə tələb olunan malları öz vəsaiti hesabına sifariş vermişdir. Bütün dünyaya məlumdur ki, müqavilədə qeyd olunan avadanlıqların və materialların istehsalı ilə məşğul olan şirkətlər sifarişin 100% ödənişini almadan sifarişi istehsal etmirlər. Bundan əlavə “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” tərəfindən sifarişlərlə bağlı öz vəsaitləri hesabına edilmiş ödənişləri Müdafiə Nazirliyi vaxtında köçürməmişdir. Müdafiə Nazirliyinin gətiriləcək avadanlıqlar və görüləcək işlərlə bağlı müqavilədə qeyd olunmayan istəkləri olmuş və bu istəklər faktiki olaraq müqavilənin dəyərini artırmışdır. Yeni tələblərlə bağlı müqaviləyə əlavə razılaşma imzalayacaqlarını şifahi olaraq bildirsələr də bu müqavilələr Müdafiə Nazirliyi tərəfindən imzalanmamışdır. Daha sonra “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında xx.xx.2018-ci il tarixdə xx.xx.2011- ci il tarixli, DH/0151257 nömrəli müqaviləyə Əlavə Razılaşma imzalandı. Əlavə Razılaşmanın 2.2-ci bəndində qeyd edilmişdir ki, yeni atış kursunun qüvvəyə minməsi, həmçinin əvvəlki müqavilədə nəzərdə tutulan hədəf şəraitinin atış kursuna uyğun olaraq bütün çalışmaların yerinə yetirilməsini təmin etməməsi nəzərə alınaraq, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən X13 üzrə əlavə hədəf sisteminin quraşdırılması tələb edilmiş və əlavə hədəf sistemlərinin quraşdırılması ilə əlaqədar olaraq yerinə yetiriləcək işlərin həcmi artmışdır. Əlavə Razılaşmanın bu bəndi də müqavilədə nəzərdə tutulmayan istək və tələblərin olduğunu sübuta yetirir. Lakin müqavilədə nəzərdə tutulmayan istək və tələblərlə bağlı yalnız 1 dəfə əlavə razılaşma imzalandı, o da müqavilədə nəzərdə tutulmuş X17ndə görüləcək işlərlə əvəz edildi. Yəni müqavilənin ümumi dəyəri dəyişmədi və həmin məbləğ müqavilədə nəzərdə tutulmayan istək və tələbləri tam əhatə etmədi. Belə ki, imzalanmış Əlavə Razılaşmanın 3.1-ci bəndinə əsasən,ilkin müqavilədən X17 üzrə ümumi dəyəri 4.022.634,76 ABŞ dolları təşkil edən hissə çıxarılacaq və X17 ərazisində nəzərdə tutulmuş işlər icra olunmayacaq. Əlavə Razılaşmanın 3.2-ci bəndində qeyd olunur ki, İlkin müqavilənin ümumi dəyərinə dəyişiklik edilmədən “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” X8 planlaşdırılmış aşağıda qeyd olunan işləri yerinə yetirəcəkdir: 3.2.1. Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən X13 üçün sifariş edilmiş əlavə hədəflərin quraşdırılması üzrə işlərin görülməsi; 3.2.2. X8 tikilmi 4 ədəd İdarəetmə məntəqələrinin və onların zirzəmi mərtəbələrinin mebellər ilə təchiz olunması; 3.2.3. X9 atış sahəsinə su və elektrik xətlərinin çəkilməsi, hədəf qaldırma sistemlərinin elektrik enerjisi ilə stasionar elektrik xətlərindən təmin edilməsi; 3.2.4. Atəş meydanının mərkəzi idarə məntəqəsini atış sahələrinin idarəetmə məntəqələri ilə birləşdirən asfalt örtüklü yolların (kənarları bardür daşlı) çəkilməsi, idarəetmə məntəqələrinin ətrafında asfalt örtüklü meydançaların (kənarları bardür daşlı) çəkilməsi (cəmi 15.300 kv.m. asfalt örtüklü sahə), Azərbaycan Ordusunda qüvvədə olan təlimatın tələblərinə uyğun olaraq ilkin, atəş açma və atəş kəsmə hədlərinin, əsas atış istiqamətlərinin və atəş zolağının yan qadağan sərhədlərinin hasarlanması və işıqlı dirəklərlə (gecə şəraitində atəşin aparılması üçün) işarələnməsi. Əlavə Razılaşmanın 3.3-cü bəndində qeyd olunur ki, “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” Estoniya istehsalı olan daşınan hədəf sistemləri üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 185.748,34 ABŞ dolları məbləğində borcunu siləcək. Əlavə Razılaşmanın yuxarıda qeyd olunan bəndlərində də sadalanan hallar öz təsdiqini tapır. Belə ki, “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” Əlavə Razılaşmada qeyd edilən işləri Müdafiə Nazirliyinin müqavilədənkənar istək və tələbinə əsasən uzun müddətdir icra etmişdi, lakin ilkin müqaviləyə əlavə razılaşma imzalanmırdı. Bunu xx.xx.2017-ci il tarixində imzalanmış, lakin icra edilməmiş eyni məzmunlu əlavə razılaşma da sübut edir. Əlavə Razılaşma imzalanarkən hədəf sistemlərində dəyişiklik edilməsi tələb edildiyindən artıq görülmüş işlər dağıdılaraq yeni tələb olunan yerlərə uyğun quraşdırılmışdır. Nəticədə isə “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ”-nə külli miqdarda ziyan dəymişdir. İddiaçı müqavilədə qeyd olunanlardan kənara çıxaraq müqavilədə nəzərdə tutulmayan avadanlıqların gətirilməsini və işlərin görülməsini tələb etmişdir. Tələb olunan işlər cavabdeh tərəfindən görülmüş və nəticədə müqavilədə qeyd olunan məbləğ aşılmışdır. Həmin avadanlıqların gətirilməsinin və işlərin görülməsinin iddiaçının tələbi olmasını məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları və qaimələr sübut edir. Həmin aktlara və qaimələrə əsasən görülmüş işlərin dəyəri ümumi müqavilə dəyəri olan 19.072.500 ABŞ dollarından da artıqdır. Belə ki, məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları və qaimələrə əsasən, “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” tərəfindən Müdafiə Nazirliyi üçün 19.766.782,28 ABŞ dolları məbləğində material və sistemlər gətirilmiş və işlər görülmüşdür. Göründüyü kimi Müdafiə Nazirliyi müqavilədə nəzərdə tutulmayan tələbləri ilə bağlı ödənişləri də ümumi müqavilə dəyəri kimi göstərmişdir. Halbuki müqavilədə nəzərdə tutulmayan tələblərlə bağlı iddiaçının səlahiyyətli şəxsləri cavabdehə müqaviləyə əlavə imzalayacağını və ümumi müqavilə məbləğini artıracağını bildirsə də daha sonra əlavə razılaşma imzalamaqdan boyun qaçırmışdır. Söz verilən müqaviləyə əlavə imzalansaydı hazırda bütün işlər tamamlanmış olacaqdı və “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ”-nə ödənilməyən məbləğlər görünəcəkdi. Bundan əlavə iddiaçı tərəfindən idarəetmə məntəqələrində müqavilədə nəzərdə tutulmayan zirzəmi mərtəbələrinin tikilməsi tələb edilmiş və cavabdeh tərəfindən həmin zirzəmi mərtəbələri tikilərək təhvil verilmişdir. Eyni zamanda Əlavə Razılaşmanın 3.4-cü bəndində qeyd edilmişdir ki, hədəf sahəsinə fibrooptik və elektrik xəttlərinin çəkilməsi üçün kanalların qazılması Müdafiə Nazirliyi tərəfindən icra ediləcəkdir. Lakin qeyd olunan qazma işlər çox gecikdirilmiş və Müdafiə Nazirliyinin təqsirindən işlərin gecikdirilməsinə gətirib çıxarmışdır. Hal-hazırda iddiaçının təqsirindən cavabdeh işləri təhvil verə bilmədiyindən ərazidə görülmüş işlərin yenidən bərpaya ehtiyacı yaranmışdır. Eyni zamanda avadanlıqlar da istifadəsiz qaldığından yeniləri ilə əvəzlənməsi və ya mütəxəssis tərəfindən bərpa edilməsi zərurəti yaranmışdır. Bu da cavabdehə ciddi ziyan vurur. Müdafiə Nazirliyi iddia ərizəsində görülməyən işlərin həcminin 5.027.032,92 ABŞ dolları olduğunu qeyd edir, lakin görülməyən işlərin nələr olduğunu, onu necə müəyyən etdiyini və hansı tərəfin təqsirindən gecikdiyini qeyd etməmişdir. İddiaçı tələbini sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müqavilədə qeyd olunan avadanlıqlar gətirildikdə təhvil-təslim aktı ilə təhvil verilmiş, görülmüş işlər və gətirilmiş avadanlıqlarla bağlı qaimə göndərilmiş və həmin qaimələr əsasında Müdafiə Nazirliyi tərəfindən ödənişlər edilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, göndərilən material və sistemlərin yoxlanması və qəbulu “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” tərəfindən onun məntəqələrində reallaşdırılacaqdır. Yoxlama və qəbul işlərində “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ”-nin standard yoxlamaları tətbiq ediləcək, yoxlamalar müvəffəqiyyət ilə nəticələndiyi halda yoxlama və qəbul işləri tamamlanmış olacaq və hər iki tərəfdən akt imzalanacaqdır və bu akt ödəmə sənədi kimi qəbul edilir. Müqavilənin 10.1-ci bəndinə əsasən, “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ”-nin təqsiri səbəbindən material və sistemlərin çatdırılması Müqavilənin 3.1-ci maddəsində göstərilən müddətlərə əlavə olaraq 30 gündən çox gecikdiyi təqdirdə “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” cərimə ödəməlidir. Cərimə 30 günlük müddətin bitməsindən sonrakı birinci gündən etibarən aşağıdakı şəkildə hesablanacaqdır: - Birinci həftə ərzində hər gecikdirilən gün üçün 0,03%; - İkinci həftə ərzində birinci həftədən sonra gecikdirilən hər gün üçün 0,05%. Cərimənin cəmi məbləği gecikdirilən müvafiq material və sistemlərin qiymətinin 3%-dən çox ola bilməz. Müqavilənin qeyd olunan bəndindən də görünür ki, qeyd olunan cərimə materiallar və sistemlərin çatdırılmasının gecikdirilməsinə aiddir. Materiallar və sistemlərin çatdırılmasında isə “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ”-nin təqsirindən heç bir gecikmə olmamışdır. Əksinə qarşı tərəfin gecikmə üçün təqsiri olmasına baxmayaraq “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” öz hesabına material və sistemləri sifariş edərək təhviltəslim aktı ilə Müdafiə Nazirliyinə təhvil vermişdir. Cərimə hissəsində iddia ümumiyyətlə əsassızdır. Eyni zamanda dünyada və Azərbaycanda yayılmış pandemiya və daha sonra elan edilmiş hərbi vəziyyət və bununla bağlı tətbiq edilən karantin rejimi fors-major halları hesab edilir. Belə ki, Müqavilənin 11.1-ci bəndində qeyd edilir ki, tərəflər aşağıda göstərilən hallarda öz öhdəçiliklərinin bu müqaviləyə əsasən tamamilə və ya qismən yerinə yetirə bilmədiklərinə görə məsuliyyət daşımayacaqlar. Adı çəkilən fors-major halları bunlarla əlaqədardır: yanğın, sel, zəlzələ, epidemiya xəstəlikləri, müharibə, kütləvi tətillər və ya idxala/ixracata qadağa qoyan hökumət hərəkətləri və bu kimi hallar. Tərəflərin forsmajor hallardan yaranan öhdəçiliklərinin yerinə yetirilmə müddəti adı çəkilən fors-major halının davam etdiyi müddətə görə uzadılacaqdır. Ərazi və görülmüş işlərin həcmi çox böyük olduğundan və məhkəmə iclasında tədqiq etmək mümkün olmadığından məhkəmə tərəfindən “X13”ndə görülmüş işlər və gətirilmiş avadanlıqlar yerində tədqiq edilməlidir. Bu halda görülmüş işlərin və gətirilmiş avadanlıqların müqavilə dəyərindən də artıq olduğu müəyyən ediləcək, tikililərin və avadanlıqların istifadəsiz qalması nəticəsində cavabdehə dəymiş ziyan aydın görünəcəkdir. Muzdun əsasları sifarişçinin sərəncamları əsasında artmış, lakin həmin artımı tam əhatə edəcək məbləğdə müqaviləyə əlavə razılaşma imzalanmamışdır. Belə ki, müqavilənin ümumi dəyərinin 19.072.500 ABŞ dolları olmasına baxmayaraq, sifarişçi üçün 19.766.782,28 ABŞ dolları məbləğində material və sistemlər gətirilmiş və işlər görülmüşdür. Çünki sifarişçinin əlavə tələbləri ilə bağlı cavabdehin haqq almaq hüququ yaranmış və sifarişçiyə qaimə göndərərək həmin işlərin haqqını almışdır. Yəni ilkin müqavilə üzrə müəyyən edilən işlərin haqqı tam olaraq ödənilməmişdir. “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” Mülki Məcəllənin 756.1-ci maddəsinə əsasən Müdafiə Nazirliyi tərəfindən zəruri hərəkətlər icra edilmədiyinə görə zərərin əvəzinin ödənilməsini tələb edə biləcəyi halda, Mülki Məcəllənin 425.2-ci maddəsini rəhbər tutaraq, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlərdən çəkinməyi və danışıqlar yolu ilə müqavilənin icrasına şərait yaradılmasını təklif etmişdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona 5.027.032,92 ABŞ dolları geri qaytarmalı olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə əks olunmuş məlumatların cavabdehin təqdim etdiyi sənədlərlə təkzib edilməsi, cavabdehin arqumentlərinin sübutlarla təsdiqlənməsi, onun iddiasının əsaslılığına dair şübhələr yaratmaqla mülki hüquq münasibətlərinin iştirakçısı olan cavabdeh “X19 Savunma Sanayi Ticaret LTD ŞTİ”nin qanuni hərəkət etməsi ehtimalını gücləndirir. İddiaçı isə yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması ilə bağlı irəli sürdüyü hüququnun pozulması haqqında arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə də iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Müdafiə Nazirliyi “mal alan”, “Koza İnşaat və Savurma Sanayi Tic Ltd” şirkəti “mal satan” olmaqla imzalanmış xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqaviləyə əsasən bu müqavilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün 1 və 2 nömrəli X10 atış təlim yerlərinin, atış təlim sahələrinin , atış təlim binalarının və beynəlxalq standartlarda hədəf sistemlərinin tam təchiz olunmasının təmini və qurulmasıdır; Bu müqavilənin ayrılmaz parçası olan A-B-C Əlavəsində göstərilən material və sistemlər (bundan sonra “material və sistemlər” olaraq adlandırılacaqdır) CİP hava vəya şose ilə Bakı (İNCOTERMS 2000) şərtlərinə uyğun olaraq, mal satan tərəfindən yerində montaj həyata keçiriləcək, təhvil veriləcək və mal alan tərəfindən satın alınacaqdır. 2.2-ci bəndə əsasən Bu müqavilənin ümumi qiyməti (CİP Bakı (İNCOTERMS 2000) şərtləri ilə yaranan xərclər daxil olmaqla) 19.072.500,00 ABŞ dollarıdır. (Dundan sonra “müqavilə qiyməti” olaraq adlandırılacaq. 3.4-cü bəndə əsasən Hər bir material və sistemin təhvil verilmə tarixi mal satanın material və sistemi təhvil-təslim aktı imzalandığı tarix sayılacaqdır. 3.7-ci bəndə əsasən mal satan, müqavilədə göstərilmiş material və sistemlərin təhvil verilmə müddətlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqdır. 4.1-ci bəndə əsasən bu müqavilə imzalanmış və Azərbaycan Respublika Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul olunduqdan sonra qüvvəyə minir. 4.2 Material və sistemlərə bağlı müqavilə qiyməti cəmi; 19.072.500,00 ABŞ dollarıdır. 4.3. Müqavilənin ümumi qiyməti 3 hissədən ibarətdir. 1- Koza İnşaat və Müdafiə Sənayesi tərəfindən Türkiyədən hava və yə şose ilə CİP Bakıya göndəriləcək Material və Sistemlər qiyməti (ƏLAVƏ: A): 3.756.310,95 ABŞ dollarıdır. 2- İsveçrədən Bakıya göndəriləcək Material və Sistemlər qiyməti (ƏLAVƏ: B) : 11.591.421,03 ABŞ dollarıdır. 3- material və sistemlərin yerinə montajı üçün İnşaat sahəsində tam təchiz və təhvil verilmiş işin qiyməti (ƏLAVƏ: C): 3.724.768,02 ABŞ dollarıdır. Müdafiə Nazirliyi “mal alan” “Koza İnşaat və Savurma Sanayi Tic Ltd” şirkəti “mal satan” olmaqla imzalanmış xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqaviləyə 30 noyabr 2018-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmada qeyd edilmişdir ki, “tərəflər” arasında xx.xx.2011-ci il tarixdə bağlanmış ümumi məbləği 19.072.500 (on doqquz milyon yetmiş iki min beş yüz) ABŞ dolları olan DH/0151257 nömrəli müqavilə (bundan sonra “müqavilə” adlandırılacaq) üzrə satın alınan malların miqdarında və görüləcək işlərdə dəyişikliklərin edilməsi. 2.1-ci bəndə əsasən ümumi dəyəri 19.072.500 (on doqquz milyon yetmiş iki min beş yüz) ABŞ dolları məbləğində olan müqavilədə X13 üzrə 15.049.865,24 (on beş milyon qırx doqquz min səkkiz yüz altmış beş tam yüzdə iyirmi dörd) ABŞ dolları məbləğində X17 üzrə isə 4.022 634,76 (dörd milyon iyirmi iki min altı yüz otuz dörd tam yüzdə yetmiş altı) ABŞ dolları dəyərində işlərin görülməsi nəzərdə tutulmuşdur. 2.2. Yeni atış kursunun qüvvəyə minməsi, həmçinin əvvəlki müqavilədə nəzərdə tutulan hədəf şəraitinin atış kursuna uyğun olaraq bütün çalışmaların yerinə yetirilməsini təmin etməməsi nəzərə alınaraq, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən X13 üzrə əlavə hədəf sisteminin quraşdırılması tələb edilmiş və əlavə hədəf sistemlərinin quraşdırılması ilə əlaqədar olaraq yerinə yetiriləcək işlərin həcmi artmışdır. 3.1. ilkin müqavilədən X17 üzrə ümumi dəyəri 4.022.634,76 (dörd milyon iyirmi iki min altı yüz otuz dörd tam yüzdə yetmiş altı) ABŞ dolları təşkil edən hissə çıxarılacaq və X17 ərazisində nəzərdə tutulan işlər icra olunmayacaq, (əlavə № 1) 3.2. İlkin müqavilənin ümumi dəyərinə dəyişiklik edilmədən “mal satan” tərəf X8 planlaşdırılmış aşağıda qeyd olunan işləri yerinə yetirəcəkdir: 3.2.1. Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsi tərəfindən X13 üçün sifariş edilmiş əlavə hədəflərin quraşdırılması üzrə işlərin görülməsi (əlavə №2) 3.2.2. X8 tikilmiş 4 ədəd idarəetmə məntəqələrinin və onların zirzəmi mərtəbələrinin mebellər ilə təchiz edilməsi. 3.2.3. X9 atış sahəsinə su və elektrik xətlərinin çəkilməsi, hədəf qaldırma sistemlərinin elektrik enerjisi ilə stasionar elektrik xəttlərindən təmin edilməsi. 3.2.4. Atəş meydanının mərkəzi idarə məntəqəsini atış sahələrinin idarəetmə məntəqələri ilə birləşdirən asfalt örtüklü yolların (kənarları bardür daşlı) çəkilməsi, idarəetmə məntəqələrinin ətrafında asfalt örtüklü meydançaların (kənarları bardür daşlı) yaradılması, idarəetmə məntəqələrinin ətrafında yaradılıcaq asfalt örtüklü meydançalardan mərkəzi yola asfalt örtüklü yolların (kənarları bardür daşlı) çəkilməsi (cəmi 15.300 m2 (on beş min üç yüz kvadrat metr) asfalt örtüklü sahə), Azərbaycan Ordusunda qüvvədə olan təlimatın tələblərinə uyğun olaraq ilkin, atəş açma və atəş kəsmə hədlərinin, əsas atış istiqamətlərinin və atəş zolağının yan qadağan sərhədlərinin hasarlanması və işıqlı dirəklərlə (gecə şəraitində atəşin aparılması üçün) işarələnməsi. 3.3. “mal satan” Estoniya istehsalı olan daşınan hədəf sistemləri üzrə “mal alan” tərəfin 185 748,34 (bir yüz səksən beş min yeddi yüz qırx səkkiz tam yüzdə otuz dörd) ABŞ dolları məbləğində borcunu siləcək (xx.xx.2015-ci il tarixli İNV0İCE№178262, sıra sayı 3-6) 3.4. “Mal Alan” tərəf “Mal Satan” tərəfin sifarişinə uyğun olaraq hədəf sahəsinə fibrooptik və elektrik xəttlərinin çəkilməsi üçün kanalların qazılmasını icra edəcəkdir. 3.5. Əlavə razılaşma müqaviləsi imzalandıqdan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra “mal alan” müqavilənin ümumi dəyərinə əsasən “mal satan”a olan 2.328.280,25 (iki milyon üç yüz iyirmi səkkiz min iki yüz səksən tam yüzdə iyirmi beş) ABŞ dolları məbləğində borcunun 1.328 280,25 (bir milyon üç yüz iyirmi səkkiz min iki yüz səksən tam yüzdə iyirmi beş) ABŞ dolları məbləğində hissəsini 30 (otuz) bank günü müddətində “mal satan”a ödəyəcəkdir. 3.6. “mal alan” tərəfindən borcun qalan hissəsi olan 1.000.000,00 (bir milyon) ABŞ dolları işlər tam yekunlaşdıqdan və təhvil verildikdən sonra 1 ay müddətində “mal satan”a ödənəcəkdir. 3.7. “mal satan” tərəfindən işlər təhvil verildikdən sonra 2 (iki) il müddətində (6 ayda bir dəfə olmaqla) ödənişsiz olaraq quraşdırılmış avadanlıqlara texniki baxış və xidmət keçiriləcək, “mal satan”ın günahı nəticəsində yaranmış nasazlıqların ödənişsiz aradan qaldırılması təmin ediləcək. 3.8. Əlavə razılaşmanın 3.5.-cü bəndində qeyd olunan məbləğ ödənildikdən sonra, “Mal Satan” 6 (altı) ay müddətində işləri başa çatdırıb təhvil verəcək. 4.1-ci bəndə əsasən bu əlavə razılaşma tərəflər arasında imzalandıqdan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Müdafiə Nazirliyi tərəfindən “X18 Sanayi Ticaret Limited” şirkətinə ünvanlanan məktubda ümumilikdə 4.495.000 ABŞ dolları həcmində işlərin yerinə yetirilmədiyi bildirilmiş, xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqavilənin 10-cu maddəsinin (cərimə sanksiyaları) tələblərinə əsasən (“mal satan”ın təqsiri səbəbindən material və sistemlərin çatdırılması, əlavə razılaşmada göstərilən müddətlərə əlavə olaraq 30 (otuz) günlük müddətin bitməsindən sonra) işlərin 18 iyul 2019-cu il tarixədək başa çatdırılmayacağı təqdirdə gecikdirilən müvafiq material və sistemlərin qiymətinin 3% həcmində cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyi tərəfindən tərtib edilən məlumatda xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli və həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmaya əsasən yerinə yetirilməyən işlərin siyahısında Əlavə “A” üzrə cəmi 356.047,27 ABŞ Dolları, Müqavilə “B” üzrə 3.817.586,96 ABŞ dolları, Əlavə “C” üzrə 30.856,22 ABŞ dolları, xx.xx.2018-ci il tarixində müqaviləyə əlavə olunan malların qiyməti 822.542,47 ABŞ dolları olmaqla cəmi 5.027.032,92 ABŞ dolları qeyd edilmişdir. xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyi tərəfindən tərtib edilən xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli və həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmaya əsasən yerinə yetirilməyən işlərin siyahısında Əlavə “A” üzrə cəmi 561.514,55 ABŞ Dolları, Müqavilə “B” üzrə 3.813.586,92 ABŞ dolları, Əlavə “C” üzrə 219.880,09 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə razılaşma üzrə cəmi 1.377.542,47 ABŞ dolları olmaqla cəmi 5.972.524,03 ABŞ dolları qeyd edilmişdir. “X18 Sanayi Ticaret Limited” şirkəti tərəfindən 178325 nömrəli xx.xx.2016 tarixli hesab fakturaya əsasən 387.196,09 ABŞ dolları tank təlim-tədris müqaviləsi əsasında, 178326 nömrəli xx.xx.2016 tarixli hesab fakturaya əsasən 228.326,45 ABŞ dolları tank təlim-tədris müqaviləsi əsasında, 178332 nömrəli xx.xx.2017 tarixli hesab fakturaya əsasən 245.835,5 ABŞ dolları tank təlim-tədris müqaviləsi əsasında, 178272 nömrəli xx.xx.2015 tarixli hesab fakturaya əsasən 92.178 ABŞ dolları xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqavilə əsasında, 178273 nömrəli xx.xx.2015 tarixli hesab fakturaya əsasən 92.178 ABŞ dolları xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqavilə əsasında, 178274 nömrəli xx.xx.2015 tarixli hesab fakturaya əsasən 91.479,66 ABŞ dolları xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqavilə əsasında, 178355 nömrəli xx.xx.2018 tarixli hesab fakturaya əsasən 345.983,46 ABŞ dolları tank təlim-tədris müqaviləsi əsasında, 178313 nömrəli xx.xx.2016 tarixli hesab fakturaya əsasən 1.833.865,60 ABŞ dolları tank təlim-tədris müqaviləsi əsasında, 178315 nömrəli xx.xx.2016 tarixli hesab fakturaya əsasən 2.229.361,10 ABŞ dolları tank təlim-tədris müqaviləsi əsasında, 178377 nömrəli xx.xx.2019 tarixli hesab fakturaya əsasən 348.500 ABŞ dolları Müdafiə Nazirliyinə təqdim edilməsi üçün tərtib edilmişdir. Müdafiə Nazirliyinə məxsus bank hesabından çıxarışdan məlum olur ki, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178201 nömrəli xx.xx.2014 tarixli invoys əsasında 1.907.250 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178213, 178214, 178215 nömrəli invoyslar əsasında 2.574.910,40 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178271-178277, 178262 nömrəli invoyslar əsasında 2.244.751,26 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178279 nömrəli xx.xx.2015 tarixli invoyslar əsasında 4.377.101,88 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178284 nömrəli xx.xx.2015-ci il tarixil invoys əsasında 1.161.147,39 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178293- 178296, 178299, 178301, 178302 tarixil invoyslar əsasında 1.198.942,59 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178310, 178311 nömrəli invoyslar əsasında 348.456,63 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178313 nömrəli xx.xx.2016 tarixli invoyslar əsasında 1.833.865,60 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178328 nömrəli xx.xx.2016 tarixli invoyslar əsasında 1.097.794, 00 ABŞ dolları, DH/0151257 saylı xx.xx.2011 tarixil müqavilə üzrə 178369 nömrəli xx.xx.2018 tarixli invoyslar əsasında 2. 328.280,25 ABŞ dolları müxtəlif tarixlərdə “X18 Sanayi Ticaret Limited” şirkətinin bank hesabına köçürülmüşdür. Müdafiə Nazirliyi və “X18 Sanayi Ticaret Limited” şirkəti arasında müxtəlif tarixlərdə hesab fakturalara uyğun olaraq, əmlakın çatdırılması barədə təhvil-təslim aktları imzalanmış, həmin təhvil təslim aktları əsasında hərbi texniki əmlaklar quraşdırılma işlərinin görülməsi üçün “icraçı”nın cavabdehliyində saxlanılmışdır. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Silahlı Qüvvələrin Təlim və X5 Təlim poliqonunun atış meydanının hədəf şəraitinin yenidən qurulması və təlim binalarının inşası ilə əlaqədar Türkiyə Respublikasının “Koza İnşaat və Savurma Sanayi Tic Ltd” şirkəti ilə bağlanılmış xx.xx.2011 -ci il tarixli DH/0151257 nömrəli müqaviləyə və xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən Müdafiə Nazirliyi tərəfindən ümumilikdə 19.072.500,0 (On doqquz milyon yetmiş iki min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Eyni zamanda sözügedən müqavilə üzrə sonuncu ödəniş 17 dekabr 2018-ci il tarixdə həyata keçirilmişdir. Müdafiə Nazirliyi tərəfindən “Koza İnşaat və Savurma Sanayi Tic Ltd” şirkətinin xx.xx.2020-ci il tarixli məktubuna göndərilmiş 02 iyun 2020-ci il tarixli 26/1500 saylı cavabdeh məktubda qeyd edilmişdir ki, 8 sentyabr 2011-ci il tarixli DH/0151257 nömrəli müqaviləyə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin atış sahələrində görüləcək işlərə tərəfimizdən edilən dəyişikliklər nəticəsində (“Atış kursu”nun dəyişilməsi ilə əlaqədar) şirkətinizin zərərə uğraması faktı həqiqəti əks etdirmir. Belə ki, “Atış kursu”nun dəyişilməsi ilə əlaqədar edilən bütün dəyişikliklər əvvəlcədən sizinlə şifahi formada razılaşdırılıb və hər iki tərəfin qarşılıqlı razılığı əsasında sizin tərəfinizdən hədəf sahələrinin yeni sxemləri tərtib edilib və atış sahəsində bütün işlər yeni sxemlər əsasında aparılıb, həmçinin qeyd edilən vaxta kimi sizin tərəfinizdən “Üçtəpə” atış sahəsi üzrə heç bir iş görülməmişdir və bizim tərəfimizdən edilmiş dəyişikliklərlə bağlı sizin heç bir narazılığınız və şikayətiniz olmamışdır. Sizin yuxarıda qeyd olunan məktubunuzun 1 nömrəli əlavəsindən göründüyü kimi bizim tərəfimizdən yuxarıda qeyd olunan səbəblərə görə əlavə razılaşma müqaviləsinin imzalanması üçün sizə təkliflər təqdim edilmiş və təqdim etdiyimiz təkliflər sizin tərəfinizdən öyrənildikdən sonra qarşılıqlı razılaşma əsasında (ana müqavilənin 12.1 və 13.3 bəndlərinə əsasən) xx.xx.2018-ci il tarixdə 1 nömrəli əlavə razılaşma müqaviləsi imzalanmışdır. Hansının ki, bütün şərtləri bizim tərəfimizdən tam yerinə yetirildiyi halda sizin tərəfinizdən yerinə yetirilməsi 11 aydır yubadılır. Həmçinin qeyd etmək istəyirəm ki, xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə razılaşma müqaviləsində şirkətinizin 2 milyon dollardan çox zərərə uğraması, həmçinin Müdafiə Nazirliyi tərəfindən tikinti işlərinin “havayı”ya yaxın qiymətə görüləcəyi və şirkətinizə yeni işlərin veriləcəyi barədə heç bir irad və qeyd yoxdur. Əlavə olaraq, ana müqavilənin 13.3 bəndinə əsasən müqaviləyə edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqi tələb olunmur. X14, yaranmış vəziyyətlə bağlı müzakirənin aparılması üçün şəxsən sizinlə görüşməyə (görüş vaxtının əlavə dəqiqləşdirilməsi şərti ilə) hazırıq və ümidvarıq ki, şirkətiniz öz öhdəliklərini heç olmazsa 2020-ci ilin iyul ayının sonuna kimi yerinə yetirəcəkdir. İş üzrə kompleks məhkəmə ekspertizası aparılmış, 24 yanvar 2022-ci il tarixli 10/4083-9/5769 nömrəli ekpert rəyində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli DH/0151257 mömrəii müqavilə və müqaviləyə dair 30 noyabr 2018-ci il tarixli 1 nömrəli əlavə Razılaşma üzrə görülməyən işlərin həcmi və dəyəri rəyə əlavə edilmiş smetada göstərilmişdir. Görülməmiş işlərin dəyərinin mövcud bazar qiymətlərinə (müqavilədə nəzərdə tutulmuş qiymətlərə) uyğun olaraq təqribən 2,315,794.04 manat məbləğində olduğu müəyyən edilir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il müqavilə və xx.xx.2018-ci il tarixli əlavə razılaşmada nəzərdə tutulmamış, lakin faktiki olaraq görülmüş işlərin dəyərinin mövcud bazar qiymətlərinə (müqavilədə nəzərdə tutulmuş qiymətlərə) uyğun olaraq təqribən 3.374.260,56 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində ekspert baxışına təqdim edilmiş və iş materiallarında olan müqavilələrdə göstərilən malların qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli DH/0151257 nömrə müqavilə və müqaviləyə dair 30 noyabr 2018-ci il tarixli 1 nömrəli əlavə Razılaşma üzrə gətirilməmiş avadanlıqların dəyəri -3.920.968,33 manat. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli əlavə razılaşmada nəzərdə tutulmamış 4.757.716,22 manat. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və ona edilmiş xx.xx.2018-ci il tarixli əlavə razılaşmada nəzərdə tutulmuş görülməli işlər və gətirilməli avadanlıqlar üçün “X19 SAVUNMA SANAYİ TİC.LTD.ŞTİ” tərəfindən təqdim edilmiş invoyslara əsasən təqdim edilmiş bank hesabından çıxarış məlumatlarından göründüyü kimi, Müdafiə Nazirliyi tərəfindən ümumilikdə 25.172.496,98 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hazırki rəyin məhkəmə tikinti-texniki ekspertizası hissəsində tədqiqatın nəticəsi olaraq tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və ona edilmiş xx.xx.2018-ci il tarixli əlavə razılaşmada nəzərdə tutulmamış, görülmüş işlərin dəyərinin mövcud bazar qiymətlərinə (müqavilədə nəzərdə tutulmuş qiymətlərə) uyğun olaraq təqribən ümumi dəyərinin 8.131.976,78 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd edilir ki, iş materiallarında olan “X19 SAVUNMA SANAYİ TİC.LTD.ŞTİ” tərəfindən təqdim edilmiş invoyslara əsasən xx.xx.2018-ci il tarixli əlavə razılaşmada nəzərdə tutulmamış işlərə görə bank hesabından çıxarış məlumatlarından göründüyü kimi, Müdafiə Nazirliyi tərəfindən cəmi 7.250.360,3 manat məbləğində ödənişin aparılması müəyyən edilir. 23 noyabr 2022-ci il tarixli 10/3804-9/4259 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixli, DH/0151257 nömrəli Əsas Müqavilənin “B” əlavəsinin 104, 106, 108 və 110-cu bəndlərində göstərilən 8 dəst “hərəkətli enib-qalxan tank hədəf sistemi (300 m rels uzunluğu)” quraşdırılması xx.xx.2016-cı il tarixində layihə dəyişikliyi ilə ləğv edilmişdir. Bu səbəbdən də, Müqavilənin “B” əlavəsinin 104, 106, 108 və 110-cu bəndlərində hər birində 2 dəst göstərilməklə ümumilikdə 8 dəst “hərəkətli enib-qalxan tank hədəf sistemi (300 m rels uzunluğu)” quraşdırılmamışdır. “Təxminən iki il ərzində Müdafiə Nazirliyinin anbarında bağlı bağlamalarda saxlanılan hədəf sistemlərinin elektron kartlarının üstündə yerləşən kompüter proqramlarının bir-bir yoxlanılması və yenidən proqram təminatı olaraq işlək vəziyyətə gətirilməsi”nin müəyyən olnması tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığı üçün qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. “Əsas qüllə və digər 3 nəzarət qülləsi idarəsi üçün proqram təminatı və 3 ədəd lisenziya haqqı və 3 ədəd qüllə idarə etmə sistemi üçün proqram lisenziya ödənişi” işlək vəziyyətə gətirilməsinin müəyyən olnması tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığı üçün qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Sol və orta atəş xəttinin atış poliqonunda işlər tamamlanıb və sağ tank atış xəttində bütün hədəf sistemləri və qurğuları İnvoice və Təhvil-təslim aktı ilə Müdafiə Nazirliyinə təhvil verilmişdir. Lakin ərazidə hədəf betonları tamamlanmamışdır. Əsas müqaviləyə əsasən binalarda olması lazım olan mebellər quraşdırılmamışdır. Görülməyən işlər xx.xx.2011-ci il tarixli, DH/0151257 nömrəli Əsas müqavilə və əlavə razılaşma üzrə görülməyən işlərin siyahısında göstərilmişdir. Qeyd: 1 və 2 nömrəli Təlim və X4 və Üçtəpə Təlim və Tədris Mərkəzləridir. xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmaya əsasən Üçtəpə Təlim və Tədris Mərkəzinin tikilməsi müqavilədən çıxarılmışdır. Hərəkətli hədəf sistemlərinin dayanacaq yeri kimi təsvir edilən hissə, aşağıdakı şəkildə də göründüyü kimi, alt, arxa və yan hissədə dəmir-betonla inşa edilmişdir. Dəyəri 1 kv.m 111,91 ABŞ dolları (190,24 manat) məbləğində olan “Tretuvar karo seramik kaplama” materialı X19 Şavunma Sanayi şirkəti tərəfindən invoice və təhvil-təslim aktlarına əsasən Müdafiə Nazirliyinə 2800,80 kv.m inşa edilmədi müəyyən olunur. xx.xx.2011-ci il, tarixli DH/0151257 nömrəli Əsas Müqavilənin “C” Əlavəsinin 40-cı bəndində 4 ədəd “WC” binasının tikiləcəyi qeyd edilmiş, lakin baxış zamanı 3 ədəd “WC” binası inşa edilmiş və istismara hazır olduğu müəyyən olunmuşdur. xx.xx.2011-ci il tarixli, DH/0151257 nömrəli Əsas Müqavilənin “C” Əlavəsinin 39-cu bəndində 4 ədəd dərsanə binasının tikiləcəyi qeyd edilmiş, lakin baxış zamanı ərazidə 3 ədəd dərsanə binası inşa edilmiş və istismara hazır olduğu müəyyən olunmuşdur. B01 “Ümumi nəzarət və tamaşa tribunası” (“Genel gözətləmə külləsi”) binasının 1 -ci mərtəbəsində 2.1x2.1 m ölçüdə güllə keçirməyən pəncərə 4 ədəd, 1,5x2,0 m ölçüdə 1 ədəd, 1,4x2,0 m ölçüdə 1 ədəd, 1,9x2,0 m ölçüdə 16 ədəd və 13 ədəd qapı, 2-ci mərtəbəsində 2.0x10.6m ölçüdə güllə keçirməyən pəncərə 1 ədəd, 0,7x19m ölçüdə 1 ədəd pəncərə və 1 ədəd qapı, 2-ci mərtəbəsində 2.0x10.6m ölçüdə güllə keçirməyən pəncərə 1 ədəd, 0,7x1,4m ölçüdə 2 ədəd, 1,15x1,4 m ölçüdə 1 ədəd və 1 ədəd qapı , B02, B08, B12- “nəzarət qüllələri” (“Gözətləmə külləsi”) binalarının hər birində 1.2 x 2,0 ölçüdə 5 ədəd pəncərə, 0.9x2.0 ölçüdə 3 ədəd qapı, 2.0x13.6m və 2.0x 20.7 m ölçüdə güllə keçirməyən pəncərə və 1.9x6.9 m pəncərə quraşdırılmışdır. Lakin razılaşdırılmış layihə sənədləri təqdim edilməsiyindən müqayisəli tədqiqat aparılaraq neçə ədəd qapı-pəncərə quraşdırılib-quraşdırılmamasını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, quraşdırılmamış pəncərə və qapıların dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. xx.xx.2011-ci il tarixli, DH/0151257 nömrəli Əsas Müqavilənin “B” Əlavəsinin 10,20,37,52-ci bəndlərində göstərilən, ümumi 8 dəst 60 metr rels uzunluğunda enib-qalxan piyada hədəf sistemi quraşdırılmışdır. Orta atış xəttində olan 8 dəst 60 metr rels uzunluğunda enib-qalxan piyada hədəf sisteminin 4 ədədi 400-450 metr, 2 ədədi 500- 550 metr, 2 ədədi isə 700-750 metrdə yerləşən atış xəttində quraşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli DH/0151257 mömrəli müqavilə və müqaviləyə dair 30 noyabr 2018-ci il tarixli 1 nömrəli əlavə Razılaşma üzrə görülməyən işlərin həcmi, dəyərini mövcud bazar qiymətlərinə (müqavilədə nəzərdə tutulmuş qiymətlərə) uyğun olaraq təqribən ümumi dəyərinin 2.315.794,04 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2011ci il tarixli DH/0151257 nömrəli müqavilə və xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqaviləyə 30 noyabr 2018-ci il tarixli 1 nömrəli əlavə razılaşma imzalanmışdır. xx.xx.2011-ci il tarixli müqavilə üzrə tərəflər razılaşdırılmış malların alğı-satqısını və eyni zamanda işlərin görülməsi barədə razılıq əldə etmişlər. xx.xx.2011-ci il tarixli müqaviləyə 30 noyabr 2018-ci il tarixli 1 nömrəli əlavə razılaşmada ayrı-ayrı işlərin görülməsi barədə razılıq əldə edilmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında bütün ödənişlərin tam icra edildiyini, lakin cavabdeh tərəfindən işlərin görülmədiyini, cavabdeh isə iddia tələbinə etiraz edərək, qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilələrdən əlavə şifahi olaraq iddiaçının tələbi ilə əlavə işlər görülmüş, hərbi-texniki avadanlıqlar gətirilmiş və quraşdırılmışdır. Ümumi olaraq qiymətləndirildikdə cavabdeh tərəfindən görülən işlərin həcmi müqavilədə nəzərdə tutulduğundan artıq olmuş və bununla da cavabdehə ziyan dəymiş, müqavilə üzrə işlərin tamamlanmama səbəbi isə ödənişin tam şəkildə olmamasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İddiaçı tərəflər arasında imzalanmış razılaşmalar üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin tam olaraq görülməməsi iş materialları həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə öz təsdiqini tapır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə iddiaçı iddia tələbini tam olaraq sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının nəticələrini də nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehdən tutulmalı olan məbləğ ekspert rəyində qeyd edilmiş Qaraheybət ərazisi üzrə müqavilə və əsas razılaşmaya əsasən gətirilməmiş hədəf sistemləri və qurğuların siyahısı üzrə ümumi məbləği 3.920.968,33 manat məbləğində, Qaraheybət ərazisi üzrə əsas müqavilə və əlavə razılaşmaya əsasən görülməmiş tikinti işlərinin cəmi 2.315.794,04 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən 19.072.500,0 ABŞ dolları məbləğində ödənişin olduğunu mübahisələndirməmiş, bununla belə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əlavələr olmuş, həmçinin şifahi razılaşmalar əsasında iddiaçı üçün işlər görülmşdür. Ümumi ödənilən məbləğ görülmüş işlər və təhvil verilmiş mallar üzrə olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazına münasibətdə qeyd edir ki, tərəflər arasında məhkəmə mübahisəsi xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqaviləyə və həmin müqaviləyə imzalanmış 30 noyabr 2018-ci il tarixli əlavə razılaşmadır. Belə olan halda isə qeyd edilən razılşmalar üzrə cavabdehin müqavilə öhdəliklərini tam olaraq icra etməsi öz təsdiqini tapmır. Hazırki mübahisələndirilən müqavilə üzrə cavabdehin birbaşa öhdəlikləri var və öhdəliklər tam olaraq icra edilməmişdir. Cavabdeh tərəf müqavilədən əlavə işlərin görüldüyünü hesab edirsə bununla bağlı məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilən hallara əsasən məhkəmə tərəflər arasında imzalanmış müqavilədə və həmin müqavilə əsasında ödənişlərin ABŞ dolları ilə həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2.800.691,43 ABŞ dolları əsas borc tutulmalıdır. Qeyd edilənlərdən əlavə iddiaçı 239.727,49 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını da tələb etmişdir. Təfərlər arasında imzalanmış xx.xx.2011-ci il tarixli DH/0151257 nömrəli müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “mal satan”ın təqsiri səbəbindən material və sistemlərin çatdırılması müqavilənin 3.1-ci maddəsində göstərilən müddətlərə əlavə olaraq 30 gündən çox gecikdiyi təqdirdə “X19 Savunma Sanayi Ticaret LTD. ŞTİ” cərimə ödəməlidir. Cərimə 30 günlük müddətin bitməsindən sonrakı birinci gündən etibarən aşağıdakı şəkildə hesablanacaqdır: - Birinci həftə ərzində hər gecikdirilən gün üçün 0,03%; - İkinci həftə ərzində birinci həftədən sonra gecikdirilən hər gün üçün 0,05%. Cərimənin cəmi məbləği gecikdirilən müvafiq material və sistemlərin qiymətinin 3%-dən çox ola bilməz. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin işləri tam olaraq icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 140.034,572 ABŞ dolları həcmində müəyyən edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili cərimə məbləğinin tutulmasına etiraz edərək qeyd etmişdir ki, cərimə materiallar və sistemlərin çatdırılmasının gecikdirilməsinə aiddir. Materiallar və sistemlərin çatdırılmasında isə heç bir gecikmə olmadığından iddia tələbi cərimə hissəsində rədd edilməlidir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının nəticələrində cavabdeh tərəfindən müqavilələrdə nəzərdə tutulmuş malların gecikdirilməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin dəbbə pulunun tutulmasına münasibətdə etirazı əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh şirkətindən 2.800.691,43 ABŞ dolları əsas borc və 140.034,572 ABŞ dolları cərimə məbləği (ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh şirkətindən 2.800.691,43 ABŞ dolları əsas borc və 140.034,572 ABŞ dolları cərimə məbləği (ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-11/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-11/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver