Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1110/2022 26.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X3 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1102,02 manat (bir min bir yüz iki manat iki qəpik) məbləğində borc, 150 (bir yüz əlli) manat vəkilin göstərdiyi hüquqi yardım xərci və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 1312,02 mana (bir min üç yüz on iki manat iki qəpik) t məbləğində vəsaitin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 2019-cu ildən fəaliyyətə başlamış, respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı QSC ilə cavabdeh X4 arasında 01 sentyabr 2020-ci il tarixli, 01 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” “İcraçı”ya sentyabr ayı ərzində, Xaçmaz rayonunda yerləşən X6 780 (yeddi yüz səksən) ton toxumun 520 ton Alekseiç və 260 ton Bezostaya - 100 toxum sortu olmaqla, stansiyada vaqonlardan boşaldılmasını, zavoda daşınmasını, klişelərin və həmin klişelər əsasında kisələrin üst yazılarının vurulmasını, zavoda daxil olan toxumların dərmanlanması üçün tələb olunan dərman preparatlarının alınmasını sifariş etmişdir. 1.2-ci bəndə əsasən «İcraçı”nın Sifarişçiyə göstərdiyi xidmətin dəyəri 1 (bir) ton toxum emalı üçün 18,4 (on səkkiz manat qırx qəpik) manat, ümumilikdə isə 14352 (on dörd min üç yüz əlli iki) manat məbləğində qiymətləndirilmişdir. Göstərilən müqavilə şərtlərinə əsasən cavabdeh X4 tərəfindən ümumilikdə 12 ədəd təhvil-təslim aktına əsasən nəzərdə tutulmuş xidmətlər göstərilmiş və yekunda 778.48 ton toxumun vaqonlardan boşaldılması, zavoda daşınması, kisələrin üst yazılarının vurulması və s. işlər görülmüşdür. Beləliklə də, müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh X4 tərəfindən İddiaçı QSC-yə ümumilikdə 14324,03 manat məbləğində xidmət göstərilmişdir (778.48 ton x 18,40 manat = 14324,03 manat). Lakin cavabdeh X4 tərəfindən ümumilikdə 14324,03 manat məbləğində xidmət göstərilməsinə baxmayaraq, İddiaçı QSC tərəfindən cavabdehə 03.09.2020-ci il tarixdə 4305,50 manat və 03.11.2020-ci il tarixdə 12535,55 manat olmaqla, ümumilikdə 16,841.05 manat vəsait ödənilmişdir. Bununla da iddiaçı tərəfindən cavabdehə 2517,02 manat artıq vəsait ödənilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə müraciət olunsa da, cavabdeh tərəfindən 23.12.2020-ci il tarixdə cəmi 1415 manat vəsait geri qaytarılmış, qalan 1102,02 manat isə geri qaytarılmamışdır. Bununla da, cavabdeh tərəfindən həm müqavilə şərtləri, həm də Mülki Məcəllənin tələbləri pozulmuşdur. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı 19 avqust 2021-ci il tarixli 05558 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünədək heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində X4 ilə “Sifarişçi” qismində "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC arasında 01 sentyabr 2020-ci il tarixli, 01 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə sifarişçi icraçıya sentyabr ayı ərzində Xaçmaz rayonunda yerləşən X6 780 (yeddi yüz səksən) ton toxumun 520 ton Alekseiç və 260 ton Bezostaya-100 toxum sortu olmaqla, stansiyada vaqonlardan boşaldılmasını, zavoda daşınmasını, klişelərin və həmin klişelər asasında kisələrin üst yazılarının vurulmasını, zavoda daxil olan toxumların dərmanlanması üçün tələb olunan dərman preparatlarının alınmasını sifariş edir. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçının sifarişçiyə göstərdiyi xidmətin dəyəri 1 (bir) ton toxum emalı üçün 18,4 (on səkkiz manat qırx qəpik) manat, ümumilikdə isə 14352 (on dörd min üç yüz əlli iki) manat məbləğində qiymətləndirilir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndi ilə razılaşdırılmış 1 (bir) ton üçün qiymət, göstərilən xidmətlərin həcmindən asılı olmayaraq dəyişməz olaraq qalır. Xidmətlərin həcmində baş verəcək hər hansı bir dəyişiklik bu müqaviləyə əlavə olunacaq Razılaşma Protokolu ilə rəsmiləşdiriləcəkdir. Müqavilənin 3.3cü bəndinə əsasən sifarişçi bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 30%-ni müqavilə bağlandığı gün, digər 70%-ni isə toxumların Xaçmaz X6 daşınması bitdiyi gündən etibarən 5 gün ərzində icraçının hesabına köçürür. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər öz öhdəliklərini vaxtında icra etmədikdə, qarşı tərəf icra edilməyən öhdəliklər üzrə gecikdirilmiş hər bir gün üçün 0.1% həcmdə (müqavilə dəyərinin 10%-dən çox olmamaq şərti ilə) cərimə sanksiyası tətbiq edə bilər. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 03.11.2020-ci il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC tərəfindən X2 AZ36AİİB******************** nömrəli hesabına 12535,55 manat məbləğində vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 13.01.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, 03.11.2020-ci il tarixdə "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC tərəfindən X2 AZ36AİİB******************** nömrəli hesabına 12535,55 manat məbləğində vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 13.01.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, 03.09.2020-ci il tarixdə "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC tərəfindən X2 AZ36AİİB******************** nömrəli hesabına 4305,50 manat məbləğində vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 13.01.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, 23.12.2020-ci il tarixdə X4 tərəfindən "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin hesabına 1415 manat məbləğində vəsait köçürülmüşdür. - 18 yanvar 2022-ci il tarixli, 0653 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh X2 01 sentyabr 2020-ci il tarixli, 01 saylı xidmət müqaviləsi üzrə 1102,02 manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun AZ33AİİB******************** nömrəli hesabına 150 manat məbləğində vəsait köçürülmüşdür. - 14 aprel 2022-ci il tarixli üzləşmə aktından görünür ki, 01.09.2020-t:i il tarixli, 01 nömrəli Xidmət müqaviləsinə əsasən cavabdehə, yəni Həsənov Qəşəmə 1,102.02 (bir min bir yüz iki, 02) AZN məbləğində pul artıq ödənilmiş və bununla da şəxsin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 1,102.02 AZN borcu yaranmışdır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC tərəfindən X3 ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə cavabdeh X4 arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, hətta cavabdehə göstərilən xidmətin dəyərindən artıq məbləğ ödəmişdir. Artıq ödənilmiş məbləğin mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbini cavabdeh X1 1102,02 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçının cavabdehə göstərilən xidmətin dəyərindən artıq məbləğ ödədiyini, belə olan halda isə həmin məbləğin geri qaytarılmasını tələb etmək malik hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 1102,02 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı hüquqi yardıma ödənilmiş 150 (yüz əlli) manat məbləğin və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 150 (yüz əlli) manat və mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 1102,02 manat (min yüz iki manat iki qəpik) məbləğində əsas borc, 150 (yüz əlli) manat hüquqi yardım və 60 (altmış) manat mediasiya xərcləri olmaqla, cəmi 1312,02 manat (min üç yüz on iki manat iki qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1110/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1110/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver