Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1140/2021 02.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdehlər X8 və Cavabdeh2nə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 Cavabdehlər X8 və Cavabdeh2nə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 iddiaçı X1 xeyrinə 900 AZN real zərərin, 3600 AZN əldən çıxmış faydanın və 174 AZN gecikdirmə faizinin (ümumi 4674 AZN) ödənilməsi və müəlliflik hüquqları iddiaçıya məxsus loqo və video çarxdan istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə X5 ilə X8 arasında dijital marketinq xidmətlərinin göstərilməsi ilə əlaqədar 01/07/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh2 MMC-in internet səhifəsinin şəkillərindən və tərəflərin yazışmalarını ehtiva edən elektron məktublardan müqaviləyə əsasən göstərilmiş bütün xidmətlərin Cavabdeh2 MMC-in xeyrinə icra edildiyi aydın görünür. Müqaviləyə əsasən görüləcək xidmətlərin ümumi haqqı 5400 AZN, aylıq ödəniş haqqı isə avqust, sentyabr və oktyabr ayları üzrə 1800 AZN təşkil edirdi. Ödənişin 1/2 hissəsi, yəni 900 AZN pul məbləği hər ayın əvvəli, yerdə qalan hissəsi isə ayın sonunda iddiaçıya cavabdeh tərəfindən ödənilməli idi. Dijital marketinq xidmətlərinin göstərilməsinin başlanması üçün cavabdeh avqust ayı üzrə ödənilməli olan aylıq ödəniş haqqının 1\2 hissəsini, yəni 900 AZN pul məbləğini ödəmişdir. Ödənilmiş avqust ayı üzrə aylıq ödənişin qarşılığında iddiaçı müqaviləyə uyğun olaraq avqust ayı ərzində cavabdehin xeyrinə xidmət göstərmiş və 439487 seriya nömrəli xx.xx.2020-ci il tarixli e-qaiməni cavabdehə göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş şəkillərdən də aydın olduğu kimi cavabdeh eqaiməni qəbul etmişdir. E-qaiməni qəbul etməklə cavabdeh göstərilən xidməti təsdiqləmişdir. Avqust ayı ərzində iddiaçının müqaviləyə əsasən xidmətlər göstərməsinə baxmayaraq, cavabdeh avqust ayı üzrə aylıq ödənişin yerdə qalan hissəsini, yəni 900 AZN həcmində pul məbləğini ödəməmişdir. Avqust ayı üzrə aylıq ödənişin sifarişçi tərəfindən tam həcmdə ödənilməməsinə baxmayaraq, cavabdehin internet səhifəsi “https://express.almali.az/main/”-nin xx.xx.2020-ci il tarixində çəkilmiş və iddia ərizəsinə əlavə edilmiş şəkillərindən iddiaçının hazırladığı loqo və video çarxdan cavabdehin indiyə kimi istifadə etdiyi aydın görünür. xx xxxxxx 2020-ci il tarixində X6 mövcud müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə 900 AZN həcmində olan ödənişin edilməsi tələbi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə mraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 900 AZN təqdim olunmuş xidmətlər üzrə xidmət haqqı, 3600 AZN əldən çıxmış fayda, 174 AZN gecikdirmə faizi, 150 AZN məbləğində hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumuna görə ödənilmiş məbləğ olmqla, cəmi 4854 AZN tutulması və müəlliflik hüquqları iddiaçıya məxsus loqo və video çarxdan istifadənin ödənişin həyata keçirildiyi tarixədək qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının 2020-ci ilin avqust ayı üzrə müqavilə öhdəliklərini yerinə yetirərək yuxarıda göstərilən xidmətləri həyata keçirməsinə və müvafiq elektron qaimə-fakturanı təqdim etməsinə və cavabdehlərin bu xidmətlərdən bəhrələnməsinə baxmayaraq, cavabdehlər xidmətlərin qarşılığı olaraq razılaşdırılmış xidmət haqqının yalnız 50% avans şəklində ödəmişlər, yerdə qalan 900 AZN təşkil edən qalan 50%-in ödənilməsindən boyun qaçırmışlar. Yəni, hal hazırda cavabdehlərin iddiaçıya göstərilmiş xidmətlər üzrə 900 AZN pul məbləğində borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərdən birbaşa bəlli olur ki: 1) İddiaçı ilə müqavilənin birinci cavabdehlə bağlanmasına baxmayaraq, xidmətlərdən bəhrələnən ikinci cavabdeh olmuşdur. 2) hər iki cavabdeh əlaqəli şəxsdir. Belə ki, 1) https://almali.az saytında saytın cavabdeh Ü.Əliyevanın (VÖEN: **********) adına qeydə alınması əks olunub; 2) iddiaçı tərəfindən təqdim olunmuş xidmətlər xxxxx saytı üçün nəzərdə tutulmuşdu. Saytın ana səhifəsində “AlmaliExpress.az - Almali.az saytın bir layihəsi" olması əks olunub. 3) xxxxx istifadə qaydalarında bu sayt vasitəsi ilə sifariş olunan məhsulların daşıma xidmətlərinin Cavabdeh2 MMC tərəfindən həyata keçirilməsi əks olunub. Yəni yuxarıda göründüyü kimi, hər iki cavabdeh əlaqəli şəxslərdir və Xidmət müqaviləsinin cavabdeh Ü.Əliyeva ilə bağlanmasına baxmayaraq, ondan bəhrələnən xxxxx saytı vasitəsi ilə daşıma xidmətlərini həyata keçirən digər cavabdeh olmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, digər cavabdeh onun həyat yoldaşıdır. Müqavilə e-mail vasitəsilə göndərilib. İddiaçını şəxsən tanımır. Aysel adlı şəxslə əlaqə saxlamış və onunla danışmışdır. Həmin şəxs öz hesabı ilə bağlı nasazlığın olduğunu bildirərək hazırkı iddiaçı ilə müqavilə bağlamağı təklif etdi. Müqavilə elektron qaydada göndərilib. Elektron qaimə Asan imza vasitəsilə deyil, sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Avans olaraq 900 AZN ödənilmişdir. İş görülərkən dizayner və proqramistlər tərəfindən görülən işlərin məbləği də tərəfindən ödənilmişdir. İşlər görülmüş, lakin işin keyfiyyəti qane etməmişdir. Həmçinin qanunvericiliyə əsasən xidmət müqaviləsinin tərkib hissəsi olan xidmət aktı mövcud deyildir. Azı 10 “VİP” müştəri cəlb edilməli idi. Müqavilədə də bu barədə razılıq var. Bu işin əvəzi olaraq loqo və video çarx təqdim edilmişdir. Hazırlanmış loqodan istifadə edilmir, video çarx isə hal-hazırda da internet səhifəsində mövcuddur. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Sifarişçi qismində X8 ilə icraçı qismində X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/07/20 nömrəli xidməti müqaviləyə əsasən sifarişçi dijital marketinq xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada marketinq xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə əsasən müqavilənin ümumi dəyəri 5400 manat, aylıq ödəniş 1800 manat təşkil edir. 4.4-cü bənddə qeyd edilir ki, işlərin başlanılması üçün sifarişçi müqavilənin ilk ayında 50 faiz avans ödənişi, 900 manat ödəyir. - xx.xx.2020-ci il tarixli 439487 nömrəli elektron qaimədən görünür ki, X8 ilə X5 arasında bağlanmış müqaviləyə əsasən ümumi dövriyyə 1800 manat təşkil etmişdir. - xx.xx.2021-ci il tarixli, 02/21 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Vəkil X2 hüquqi yardım göstərməyi, sonuncu usə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, 6509 nömrəli qəbzdən görünür ki, X5 tərəfindən "X7" Vəkil Bürosuna 150 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçıkarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 ilə cavabdeh X8 arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Avqust ayı ərzində iddiaçının müqaviləyə əsasən xidmətlər göstərməsinə baxmayaraq, cavabdeh avqust ayı üzrə aylıq ödənişin yerdə qalan hissəsini, yəni 900 AZN həcmində pul məbləğini ödəməmişdir. Həmin xidmət müqaviləsinə əsasən görülən işlərdən digər Cavabdeh2 MMC də faydalanmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materialları və tərəflərin izahatları ilə təsdiq edilir ki, müqavilə X5 ilə cavabdeh X8 arasında bağlanılsa da, həmin müqavilə üzrə xidmətlərdən digər Cavabdeh2 MMC də yararlanmışdır. İddiaçı tərəfindən hazırlanmış video çarx Cavabdeh2 MMC-nin internet səhifəsində yerləşdirilmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaçı tərəfindən hazırlanmış loqodan istifadə etmədiyini bildirsə də, loqonun hazırlanaraq cavabdehə təqdim edildiyini bildirmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda iddiaçıya münasibətdə yuxarıda göstərilən müqavilə öhdəliklərinin icra edilmədiyini, eyni zamanda həmin müqavilə üzrə xidmətlərdən digər Cavabdeh2 MMC-nin də yararlandığını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən 900 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini 3600 manat əldən çıxmış faydanın cavabdehlərdən tutulması təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanı tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 2020-ci ilin mövcud bank uçot dərəcəsinin 6,5 faiz təşkil etdiyini nəzərə alaraq gecikmə faizi üzrə 174 manat məbləğin də cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin normalara əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd olunmalıdır. Həmçinin iddiaçı müəlliflik hüquqları iddiaçıya məxsus loqo və video çarxdan istifadəsinin ödənişin həyata keçirildiyi tarixədək qadağan edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənilməli olan 900 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması qət edildiyindən iddia tələbi müqaviləyə əsasən iddiaçı tərəfindən hazırlanaraq cavabdehlərə təqdim edilmiş loqo və video çarxdan istifadənin qadağan edilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 24 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 6 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda hüquqi xidmət haqqına görə 29 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X8 və Cavabdeh2ndən 900 manat xidmət haqqı, hüquqi xidmət haqqına görə 29 manat, ödənilmiş dövlət rüsumuna görə 6 manat olmaqla, cəmi 935 manat məbləğində pul X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1140/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1140/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver