Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1159/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli AVX 008/1021 saylı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC ilə bağlanılmış xx.xx.2021-ci il tarixli AVX №008/1021 saylı xidmət müqaviləsinə əsasən Cavabdeh MMC-yə xidmətin icrası qarşılığında ödənilmiş 71.587 manat pul tələbi və 180.000 manat dəymiş ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC “Av İnşaat “MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin iddiaçı olduğu iş hal-hazırda hakim Ülkər xanım Həsənovanın icraatındadır. Ona görə də hesab edirlər ki, qeyd olunan işlər bir icraatda birləşdirilməlidirlər. Hakim Ülkər xanım Həsənova daha əvvəl işi icraatına qəbul etdiyi üçün hesab edirlər ki, hazırda icraatda olan iş hakim Ü.Həsənovada olan işə birləşdirilməlidir. Bu səbəbdən hazırda icraatda olan e-2(113)- 1159/2023 saylı işin hakim Ü.Həsənova icraatında olan e-2(113)-1165/2023 saylı işə birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni (vəsatəti) müdafiə edərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmənin iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə məhkəmə hazırlıq iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı işdən başqa Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-1165/2023 saylı kommersiya mübahisəsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1165/2023 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədəmüvafiqdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair hakim Ü.Həsənovanın icraatında olan e-2-2(113)-1165/2023 saylı iş 31 yanvar 2023-cü il tarixdə, hazırkı iş isə 02 fevral 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-1165/2023 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli AVX 008/1021 saylı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair e-2-2(113)-1159/2023 saylı iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)- 1165/2023 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova ülkər Təhmasib qızına verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1159/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1159/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver