Məhkəmə qərarları › İş №e-2-2(113)-1195/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1195/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1195/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər "xxxx" Şirkəti, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:podrat müqaviləsi,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin cavabdehlər "xxxx" Şirkəti, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Şirkəti, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialındainddiaçı"xxxx" MMC-nin xeyrinə1879420,32 (bir milyon səkkiz yüz yetmiş doqquz min dörd yüz iyirmi manat otuz iki qəpik) manat pul məbləği tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı "xxxx" MMC və cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 06/16 saylı xx.xx.2022-ci il tarixli xidmət müqaviləyə əsasən, iddiaçı cavabdehin HAOR ərazisində yerləşən iş sahələrində görüləcək işləri yerinə yetirmək öhdəliyi götürmüşdür. Həmin müqavilənin 1 saylı, 2 saylı və 3 saylıəlavələrində iddiaçı tərəfindən görüləcək işlər siyahısı göstərilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş görüləcək işlərin həcmi, yerinə yetirilmiş işlərin dəyəri tərəflər arasında tərtib olunmuş 2 Saylı Forma aktına əsasən mərhələ-mərhələ ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı "xxxx" MMC sözügedən müqavilə üzrə nəzərdə tutulmuş işləri icra etmiş, lakin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı həmin işlərin görülməsi üçün müqavilə ilə nəzərdə tutulan ödənişləri yerinə yetirməmişdir. Beləliklə cavabdehin iddiaçıya ümumilikdə 1879420,32 (bir milyon səkkiz yüz yetmiş doqquz min dörd yüz iyirmi manat otuz iki qəpik) manat pul məbləğində borcu yaranmışdır. Bu səbəbdən, iddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət edərək, cavabdehin müqavilə üzrə nəzərdə tutulmuş ödənişlərietməməsi səbəbindən yaranmış borcun 5 gün ərzində iddiaçıya ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh həmin pretenziyaya məhəl qoymamış və borcu ödəməmişdir. Buna görə,cavabdeh tərəfindən 06/16 saylı xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə ümumilikdə yaranmış 1879420,32 manat pul məbləğinin iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına əvvəlki məhkəmə iclaslarında xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

5. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

9. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

IV. Sübutların tədqiqi:

10. İddiaçı "xxxx" MMC (“podratçı”) ilə “TECHNİCON FZCO Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” (“sifarişçi”) arasında 16 iyun 2022-ci il tarixli 06/16 saylı PUDO xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2-ci bəndinə əsasən, bu müqavilə tərəflər arasında ümumi razılaşmanı ifadə edir və onun mövzusu ilə əlaqədar bütün əvvəlki yazılı və şifahi danışıqları və razılaşmaları əhatə edir. Bura daxil edilmiş bütün qoşma sənədlər və tərəflər-in lazımi qaydada və qarşılıqlı şəkildə etdikləri hər hansı əlavələr bu müqavilə-nin ayrılmaz hissəsini təşkil etməlidir. - 3-cü bəndinə əsasən Müqavilə ilə nəzərdə tutulmuş görüləcək işlərin həcmi, yerinə yetirilmiş işlərin dəyəri tərəflər arasında tərtib olunmuş 2 Saylı Forma aktına əsasən mərhələ-mərhələ ödənilir.Ödəniş hesab-faktura əsasında bank köçürmə yolu ilə 50 (əlli) iş günündən gec olmayaraq həyata keçirilməlidir.Gələcəkdə malmaterialların, ya enerji daşıyıcılarının və ya hər hansı digər səbəblərdən qiymətlərin dəyişməsi ilə əlaqədar müqavilə qiymətlərə tərəflərin razılığı ilə yenidən baxılacaq və indeksasiya ediləcəkdir. - 4-cü bəndinə əsasən sahədə podratçı tərəfindən görüləcək işlər sifarişçi tərəfindən təsdiq edilmiş spesifikasiyaya uyğun həyata keçiriləcək.. - 5-ci bəndinə əsasən xidmətlər-in yerinə yetirilməsi ərzində sifarişçi xidmətlər-in ya keyfiyyətinə, ya da kəmiyyətinə müəyyən dəyişikliklər edilməsi yazılı şəkildə tələb etmək hüququna malikdir. podratçi isə bu halda belə tələbləri ödəməyə hazır olduğunu bildirir.Sifarişçi tərəfindən tələb olunan belə dəyişikliklər podratçi tərəfindən ödəniləcək xərclərin artması, yaxud azalması ilə nəticələnərsə, qiymət(!ər)ə belə dəyişikliklər edilməsi və xidmətlər-in bu müqavilə-yə düzəliş etmək yolu ilə, müqavilə-nin şərtlərinə və müddəalarına müvafiq qaydada tərəflər arasında razılaşdırılmalıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, İTM-TECHNİCON FZCO - xx/xx/2022 saylı İş sahəsində xidmətlərin göstərilməsinə dair 2 saylı Müqaviləyə Əlavədə qiymətlər, ödəmə şərtləri və digər şərtlər razılaşdırılmışdır.

12. xx.xx.2022-ci il tarixli, İTM-TECHNİCON FZCO - xx/xx/2022 saylı İş sahəsində xidmətlərin göstərilməsinə dair 3 saylı Müqaviləyə Əlavədə qiymətlər, ödəmə şərtləri və digər şərtlər razılaşdırılmışdır.

13. İddiaçı tərəfindən cavabdehə EBDO 777406 saylı xx.xx.2023-cü il tarixli 198923.40 manat, EBDS 557881 saylı xx.xx.2023-cü il tarixli 165628.27 manat, EBDK 897006 saylı xx.xx.2023-cü il tarixli 119679.52 manat, EBDJ 828650 saylı xx.xx.2023-cü il tarixli 390486.61 manat, EBDD 211761 saylı xx.xx.2023-cü il tarixli 755193.91 manat, EBDH 975776 saylı xx.xx.2023-cü il tarixli 298051.43 manat, EBDM 674353 saylı xx.xx.2023-cü il tarixli 288483.67 manat məbləğində elektron qaimələr göndərilmişdir.

14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 25 iyul 2025-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanda Heydər Əliyev adına X8 yenidənqurma və modernizasya layihəsi çərçivəsində podratçı "xxxx" şirkəti tərəfindən inşa olunmuş (Paket B) Qurğu 71 ərazisində dizel, benzin və təyyarə yanacağı çənlərinə Agentlik tərəfindən 05 avqust 2024-cü il tarixli D/006630 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “İstismara hazırlıq aktı” müraciətdə göstərdiyiniz ayrı-ayrı görülən işlərə deyil, ümumilikdə obyektə yəni, 71 saylı qurğuya verilir.

15. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 3.331.526,90 manat məbləğində ödəniş edilmişdir.

16. 31.01.2023-cü il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 16 iyun 2022-ci il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyəri 76666.40 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. 28.02.2023-cü il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 16 iyun 2022-ci il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyəri 332349.20 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. 31.03.2023-cü il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 16 iyun 2022-ci il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyəri 639994.84 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. İddiaçı tərəfin təmin olunmuş vəsatəti əsasında məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iddiaçı müəssisədə layihə rəhbəri vəzifəsində fəaliyyət göstərmiş, texniki nəzarət mərhələsində isə tikinti rəhbəri kimi məsuliyyət daşımışdır. Onun fəaliyyəti əsasən yol tikintisi layihələri ilə əlaqədar olmuş, tikinti prosesinə nəzarəti həyata keçirmişdir. İşlər 2021–2022-ci illərdə başlamış və təxminən iki il davam etmişdir. Görülən işlər yalnız asfalt örtüyünün hazırlanmasından ibarət olmayıb, əsasən yolun hazırlıq işlərini əhatə etmişdir. Layihə üzrə işlər qarşı tərəfin işçiləri vasitəsilə icra edilmiş və təhvil-təslim aktları ilə rəsmi şəkildə sənədləşdirilmişdir. Həmin şəxs təhvil-təslim prosesində, o cümlədən, aylıq, rüblük və illik təhvil-təslim prosedurlarını izləyərək təsdiqləmə mərhələsində iştirak etmişdir. Aylıq həcm üzrə görülən işlər əvvəlcə tikinti və layihə rəhbərləri tərəfindən təsdiqlənmiş, daha sonra qaimələr təqdim olunaraq ödənişlər həyata keçirilmişdir. Yekun mərhələdə ümumi məbləğ hesablanaraq imzalanmış, bu mərhələdə həm o, həm də müəssisənin rəhbəri iştirak etmiş, qarşı tərəfi icraçı direktor təmsil etmişdir. Aylıq təhvil sayları kifayət qədər çox olmuş, ödənişlərin gecikməsi və maaşlarda gecikmələr barədə məlumatı olmuşdur. Görülən işlərlə bağlı F-1 və F-2 formaları tərtib olunmuş, lakin həmin formalar mühasibatlıq tərəfindən şəxsə təqdim edilməmişdir. İş prosesində F-1 və F-2 formalarına imza edilmişdir. Bütün yol çəkilişi tamamlanmış və təhvil verilmiş, görülən işlərin ümumi dəyəri 4 milyon 400 min manat təşkil etmişdir. Qarşı tərəf sənədlərin göndərildiyini bildirilsə də, həmin sənədlər iddiaçı tərəfə təqdim edilməmişdir.

20. İş materiallarında olan iddiaçı və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Grand Total F2” adlanan sənədin məzmunundan görünür ki, 4,416057 (ədv-siz məbləğ)manat məbləğində iş görülmüşdür.

V. Tətbiq edilən hüquq:

21. AR Mülki Məcəlləsinin: - - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

24. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

26. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar ilə müəyyən olunur ki, "xxxx" MMC ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2022-ci il tarixli 06/16 nömrəli xidmət müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır.Müqavilənin şərtlərini və tərəflər arasında yaranmış münasibətlərin xarakterinə baxdıqda görünür ki, iddiaçı ilə cavabdeh arasında subpodrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

27. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı subpodrat müqaviləsi üzrə ünvan 1 ünvanda Heydər Əliyev adına X8 yenidənqurma və modernizasya layihəsi çərçivəsində xidmətlər göstərməyi öz üzərinə götürmüş,cavabdeh isə həmin xidmətlərə görə müqavilə və ona uyğun imzalanmış Əlavələr əsasən haqq ödəməyi öhdəliyinə götürmüşdür.

28. Müqaviləyə əsasən İddiaçı Cavabdehə ƏDV daxil 5.210.947,22 manat (ƏDV-siz 4.416.056,97 manat) dəyərdə aşağıdakı 15 elektron-qaimə faktura (bundan sonra – “e-qaimə”) təqdim etmişdir: ƏDV-li 175.397,97 manat dəyərdə EBCC seriyalı 369957 nömrəli xx.xx.2022-ci il tarixli e-qaimə; ƏDV-li 680.297,78 manat dəyərdə EBCD seriyalı 829676 nömrəli xx.xx.2022-ci il tarixli e-qaimə; ƏDV-li 700.120,43 manat dəyərdə EBCİ seriyalı 138010 nömrəli xx.xx.2022-ci il tarixli e-qaimə; ƏDV-li 496.048,99 manat dəyərdə EBCK seriyalı 460021 nömrəli xx.xx.2022-ci il tarixli eqaimə; ƏDV-li 392.172,06 manat dəyərdə EBDB seriyalı 327828 nömrəli xx.xx.2023cü il tarixli e-qaimə; ƏDV-li 90.466,35 manat dəyərdə EBDB seriyalı 327628 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 755.193,91 manat dəyərdə EBDD seriyalı 211761 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 298.051,43 manat dəyərdə EBDH seriyalı 975776 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 390.486,61 manat dəyərdə EBDJ seriyalı 828650 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 119.679,52 manat dəyərdə EBDK seriyalı 897006 nömrəli xx.xx.2023-cü il tarixli eqaimə; ƏDV-li 288.483,67 manat dəyərdə EBDM seriyalı 674353 nömrəli xx.xx.2023cü il tarixli e-qaimə; ƏDV-li 198.923,40 manat dəyərdə EBDO seriyalı 777406 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 165.628,27 manat dəyərdə EBDS seriyalı 557881 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 227.740,12 manat dəyərdə EBDV seriyalı 409585 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə; ƏDV-li 237.815,43 manat dəyərdə EBDV seriyalı 902729 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə.

29. QD2402 seriyalı 00367775 nömrəli xx.xx.2024-cü il tarixli dəqiqləşdirmə barədə olan e-qaimə ilə yuxarıda təsvir edilən 14-cü e-qaimə (ƏDV-li 227.740,12 manat dəyərdə olan EBDV seriyalı 409585 nömrəli xx.xx.2023-cü il tarixli e-qaimə) üzrə qiymət 5.558,685 manat azaldılmışdır.

30. Cavabdeh qeyd edilən e-qaimələr üzrə cəmi 3.331.526,90 manat ödəniş etmişdir. Hal-hazırda iddiaçı 1.879.420,32 manat (5.210.947,22-3.331.526,90 =1.879.420,32) borcutələb edir. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən eqaimələrdən 8ci e-qaimə üzrə cəmi 41.829,41 manat ödənilmiş, 9-15-ci e-qaimələr üzrə isə heç bir ödəniş həyata keçirilməmişdir.

31. İşin hallarından və işdə olan iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi forma 2 aktlarından göründüyü kimi iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş işləri görmüş və buna dair tərtib edilmiş aktları cavabdeh cəmiyyətə təqdim etmişdir. Müqavilənin bəndindən də nəzərdə tutulduğu kimi cavabdeh tərəfindən həmin aktlar imza möhürlə təsdiq edilmiş, iddiaçıya müəyyən ödənişlər edilmişdir.

32. Müqaviləyə əsasən İddiaçı Cavabdehə ƏDV daxil 5.210.947,22 manat (ƏDV-siz 4.416.056,97 manat) dəyərdə 15 elektron-qaimə faktura təqdim etmişdir. Cavabdeh qeyd edilən e-qaimələr üzrə cəmi 3.331.526,90 manat ödəniş etmişdir. Beləliklə, eqaimələr üzrə cavabdehin iddiaçıya 1.879.420,32 manat (5.210.947,22-3.331.526,90 =1.879.420,32) borcu vardır.

33. İş materialları əsasında, habelə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 25 iyul 2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanda Heydər Əliyev adına X8 yenidənqurma və modernizasya layihəsi çərçivəsində podratçı "xxxx" şirkəti tərəfindən inşa olunmuş (Paket B) Qurğu 71 ərazisində dizel, benzin və təyyarə yanacağı çənlərinə Agentlik tərəfindən 05 avqust 2024-cü il tarixli D/006630 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir.

34. Məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı və Cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktından aydın olur ki, 4.416.056,97 manat (ƏDV xaric) dəyərində xidmət Cavabdehə təhvil verilmişdir (hansı ki, 3 ədəd möhür və imza ilə təsdiq edilməmiş e-qaimənin də daxil olduğu yuxarıda qeyd edilən 15 ədəd e-qaimənin ƏDV-siz dəyəri həmin məbləğə (4.416.056,97 manata) uyğundur. Qeyd edilən təhvil-təslim aktı xx.xx.2024-cü il tarixdə Cavabdehin səlahiyyətli nüməyəndələri olan Sercan Demir, Hüdaverdi Erdinç və İddiaçının səlahiyyətli nümayəndələri Əli Ələkbərov və Famil Nəbiyev tərəfindən imzalanmışdır. Hüdaverdi Erdinç Cavabdehin, Famil Nəbiyev isə İddiaçının qanuni təmsilçisidir. Həmçinin 15 ədəd e-qaimədə, işlərin cavabdehə təhvil verilməsi faktını İddiaçının işçisi (Layihə rəhbəri) olan şahid X5 ifadəsində təsdiq etmişdir.

35. Bununla yanaşı, qeyd edilməlidir ki, "X2" MMC-dən (VÖEN: **********) əldə edilmiş F- 2 formalı aktın və elektron qaimə-fakturalardan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının podratçı, iddiaçının isə subpodratçı rolunda çıxış etdiyi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ərazisində 2023-cü ilin iyundekabr aylarında görülən daxili yolların yenidən qurulması və bərpası işləri (asfalt, dolğu və digər əlaqəli işləri) TECHNİCON Şirkəti tərəfindən X3 şirkətinə təhvil vermişdir. İş matriallarından görünür ki, həmin işlər isə TECHNİCON Şirkəti İTM Şirkətindən təhvil almışdır. "X2" MMC-yə işlərin təhvil verilməsi İddiaçı tərəfindən Cavabdehə işlərin təhvil verildiyini təsdiq edir.

36. Odur ki, İddiaçı MMC-nin cavabdehlər "xxxx" Şirkəti, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.

37. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 1730 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

38. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1730 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər "xxxx" Şirkəti və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından müştərək qaydada 1879420.32 (bir milyon səkkiz yüz min yetmiş doqquz min dörd yüz iyirmi manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. 1730 (min yeddi yüz otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər "xxxx" Şirkəti və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar