Məhkəmə qərarları › İş №e-2-2(113)-1221/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1221/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1221/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Rövşən qızının sədrliyi ilə, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul ttələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “VAZ 21214” markalı ** VT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Captiva” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. “İş materiallarına əlavə edilmiş 063619 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı ** VT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş 106562 saylı “X2” MMC-nin təqdim etdiyi İnvoysa əsasənhadisə zamanı “Chevrolet Captiva” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1014.80 AZN (min on dörd manat səksən qəpik) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC görə dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 2778 nömrəli ödəniş tapşırığına əsasən 860 AZN (səkkiz yüz altmış manat) sığorta ödənişi, 2779 nömrəli ödəniş tapşırığına əsasən 154.80 AZN (yüz əlli dörd manat səksən qəpik) sığorta ödənişi üzrə əlavə dəyər vergisi, ümumilikdə 1014.80 AZN (min on dörd manat səksən qəpik) məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, Yasamal rayon DYPŞ tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokolundan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Didarov X1 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Mövcud hadisə ilə bağlı iddia ərizəsi yazılaraq Cavabdeh qeydiiyat yerinin yerləşdiyi məhkəmə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edilmiş, lakin mövcud məhkəmə Cavabdeh vergi ödəyicisi olduğunu və hadisə zamanı taksi fəaliyyəti ilə məşğul olduğu üçün subyektiv tərkibin nəzərə alınması şərtilə bildirmiş ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Mövcud məsələləri xx.xx.2024-cü il tarixli e-2(004)-5954/2024 saylı çıxarmış və qüvvəyə minmiş qərardadında əks olunmuşdur. Bu səbəbdən hesab edirik ki, 1014.80 AZN (min on dörd manat səksən qəpik) pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Hazırkı işin materiallarından isə görünür ki, Cavabdeh fərdi sahibkar statusu olsa da, hazırkı mübahisə onun fərdi sahibkar kimi həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir, həmçinin tərəflər arasımda olan hüquq münasibəti onların ayrılıqda və ya birlikdə həyata keçirdiyi sahibkarlıq fəaliyy\tindən irəli gəlmir. Belə ki, hazırki iddia tələbinin hüquqi əsası, cavabdehin təqsirli hərəkət nəticəsindədəymiş zərərlə bağlı “İcbari sığorta haqqında” Qanunun 63-cü maddəsinə əsasən yaranan subroqasiya hüququdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə , mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından iş Kommersiya məhkəməsi aidiyyətinə dail, ümumi məhkəmə aidiyyətinə aiddir. Belə ki, işin mübahisəsiz hallarına əsasən YNH nəticəsində zərər vurulmuşdur, sığorta hadisəsi baş vermiş, iddiaçı tərəfindən sığortalıya ödəniş edilmiş və iddiaçının subroqasiya hüququ yaranmış, zərər vuran şəxs bəlli olmaqla, barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, məhkəmə yuxarıda qeyd olunan hallara dair sənədlərin (inzibati xəta haqqında protokol, qərar və s.) sadalanmasını zəruri hesab etmir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalıya sığorta ödənişi edilmiş və nəticədə Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Belə olan halda isə hazırkı mübahisənin kökündə duran hüquq münasibətinin Cavabdeh sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən edilmir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin yönəldiyi Cavabdeh qeydiyyatda olduğu ünvan Bakı şəhəri Yasamal rayonu olduğuna görə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar