Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1238/2021 06.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 106.872,38 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 106.872,38 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 4-1/18 saylı müqaviləyə əsasən cavabdeh Salyan rayonu, Kürsəngi kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri görməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini vaxtlı-vaxtında icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir və Salyan rayonu, Kürsəngi kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri icra etməmişdir. İddiaçının cavabdehə ünvanladığı çoxsaylı müraciətlər və yazılı pretenziya məktubu cavabsız və nəticəsiz qaldığına görə məcbur olub məhkəməyə müraciət etmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 23432 və 234433 saylı ödəniş tapşırıqlarından görünür ki, iddiaçı cavabdehin hesabına 52983,12 manat və ƏDV hesabına 9536,96 manat pul ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 29614 və 29615 saylı ödəniş tapşırıqlarından görünür ki, iddiaçı cavabdehin hesabına 37586,70 manat və ƏDV hesabına 6765,60 manat pul ödəmişdir. Bununla da, iddiaçı cavabdehə ƏDV daxil 106872,38 manat pul ödəmişdir. Lakin, buna baxmayaq, cavabdeh heç bir iş görməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən işlərin görülməsi barədə hər hansı bir sübut yoxdur. Eyni zamanda, cavabdehin kifayət qədər vaxtı olmuşdur ki, əgər hər hansı bir sübut olsaydı, məhkəməyə təqdim edərdilər. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli 4-1/18 saylı Podrat müqaviləsinin surətindən müəyyən olunur ki, cavabdeh, iddiaçının təqdim etdiyi tapşırıqlar əsasında layihəyə və smetaya müvafiq olaraq, tərəflər arasında müəyyən edilmiş müddət ərzində Salyan rayonu, Kürsəngi kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri görməyi, iddiaçı isə cavabdehə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşlər. xx xxx 2018-ci il tarixli 23432 saylı və 23433 saylı, xx xxxxxx 2018-ci il tarixli 29614 saylı və 29615 saylı ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən xx xxxxx 2018-ci il tarixli 4-1/18 saylı müqaviləyə əsasən cavabdehin hesabına müvafiq olaraq 52983,12 manat, 9536,96 manat, 37586,70 manat və 6765,60 manat, cəmi 106872,38 manat pul vəsaiti köçürmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2018-ci il tarixli 4-1/18 saylı Podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh, iddiaçının təqdim etdiyi tapşırıqlar əsasında layihəyə və smetaya müvafiq olaraq, tərəflər arasında müəyyən edilmiş müddət ərzində Salyan rayonu, Kürsəngi kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri görməyi, iddiaçı isə cavabdehə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xx xxxxx 2018-ci il tarixli 4-1/18 saylı müqaviləyə əsasən cavabdehin hesabına xx xxx 2018ci il tarixdə 52983,12 manat və 9536,96 manat, xx xxxxxx 2018-ci il tarixdə isə 37586,70 manat və 6765,60 manat, cəmi 106872,38 manat pul vəsaiti köçürülmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış muzdu cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 106872,38 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 106872,38 (yüz altı min səkkiz yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1238/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1238/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver