Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1248/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 ilə, iddiaçının qanuni təmsilçisi X5, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış CPSX122/65 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə İddiaçı MMC tərəfindən avans kimi ödənilmiş 41.423,85 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, pandemiya dövründə əsassız məhkəmə iddiaları ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə vurduğu maddi ziyanın 10.000 manat dəyərində müəyyən edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e- 2-2(113)-384/2021 saylı kommersiya mübahisəsi vardır. Sözügedən iş üzrə iddianın obyektini tərəflər arasında bağlanmış CPSX122/65 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə xidmət haqqı tələbi təşkil edir. MPM-in: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iş üzrə icraatın birləşdirilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə icraatın birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-384/2021 saylı iş eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədəmüvafiqdir. Belə olan halda hazırkı iş İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-384/2021 saylı işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı pul tələbinə dair e-2-2(113)-1248/21 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-384/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X3 icraatına verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1248/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1248/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver