Məhkəmə qərarları › İş №e-2-2(113)-1252/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1252/2020

22.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1252/2020 22.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtinabarədə) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Kreditor ASC Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək Borclu 6.606,00 manat əsas borc, 1.333,35 manat cərimə və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş Kreditor Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq Kreditor ASC ilə Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli2838-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 1102-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 575-LD/17 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürmüşdür. Borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 6.606.00 (altı min altı yüz altı) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 1.333,35 (bir min üç yüz otuz üç manat 35 qəpik) manat borcu qalmışdır. Məhkəmə, təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Göründüyü kimi, yalnız dəqiq müəyyən edilmiş tələblər üzrə əmr icraatı həyata keçirilə bilər. AR MPM-nin 276-cı maddəsində göstərilən tələblərdən hər hansı biri mövcud olsa da, həmin tələb bu normada təsbit edilməyən başqa bir tələblə birləşdirilmişdirsə, işə əmr icraatı qaydasında baxıla bilməz. Bu qəbildən olan işlər üzrə isə borc tələbi ilə yanaşı faizlərin və dəbbə pulunun hesablanması və tələb edilməsi qaydaları, ümumiyyətlə lizinq müqaviləsində göstərilmiş şərtlər araşdırılmalıdır. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırkı iş üzrə isə əsas borcun ödənilməsi ilə yanaşı, cərimə borcunun tutulması tələb olunur. Belə olan halda borcluya qarşı yönəlmiş tələbin aşkar olması və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.2.1 və 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələb həmin Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, göstərilən səbəblərdən Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Kreditor ASC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar