Məhkəmə qərarları › İş №e-2-2(113)-1256/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1256/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1256/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx”xxxx“X3 "nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh “X3 ”nin xxxxxxxxxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərini vaxtında icra etməməyə görə hesablanmış 104899,29 manat (yüz dörd min səkkiz yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində cərimə məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, müqavilə öhdəliklərini vaxtında icra etməməyə görə hesablanmış 104899,29 (yüz dörd min səkkiz yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə məbləğinin “X3 ”xxxx“X3 ”nin xxxxxxxxxxxnin idarəetməsində olan əmlakına və bank hesablarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 ”nin xxxxxxxxxxx ilə “xxxx” MMC arasında bağlanmış 032/16-C saylı, xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən icraçı sifarişçi üçün SOCAR Polymer zavodunun tikintisi layhəsinin icrası ilə bağlı qaynaq tikişlərinin diaqnostikasını yerinə yetirib müvafiq rəy verilməsi işlərini görmüşdür. Tərəflər arasında imzalanmış Müqavilənin 8.3-cü bəndinə əsasən hər təqvim ayının sonunda tərəflərin imzaladığı AKT dəyərindən 10% həcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günü müddəti ərzindən gec olmamaq şərti ilə icraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim günü üçün 0,1% cərimə hesablanır. Cavabdeh “X4 ”nin xxxxxxxxxxx 2016-cı ilin dekabr ayından başlayaraq, görülmüş işlərin dəyərini müqavilə şərtlərinə əsasən görülmüş işlər barədə akt imzalandığı gündən 60 təqvim günü ərzində ödəməli olduğu halda, hər dəfə kifayət qədər uzunmüddətli gecikmələrlə ödəmişdir. Görülmüş işlərin 2018-ci ilin iyun - 2019-cu ilin yanvar ayınadək olan dövrlər üzrə təsdiqlənmiş akt əsasında olan dəyərini təşkil edən 121060,03 AZN (18% ƏDV daxil) məbləğ isə sifarişçi tərəfindən yalnız 2019-cu ilin 31 iyul tarixində ödənilmişdir. İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayından başlayaraq cavabdehin sifarişləri üzrə müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış Razılaşdırma Aktları ilə təsdiq olunur. Görülmüş işlərin dəyərinin ödənilməsi cavabdeh tərəfindən mütəmadi olaraq gecikdirildiyindən, cavabdehə müqavilənin 8.3-cü bəndinin tələblərinə uyğun olaraq ümumilikdə 104899 (yüz dörd min səkkiz yüz doxsan doqquzmanat iyirmi doqquz qəpik) məbləğində cərimə hesablanmış və bu barədə akt tərtib olunaraq tərəflərindən imzalanmış və imzalanaraq təsdiq edilməsi üçün cavabdehə təqdim edilmiş, lakin cavabdeh tərəfindən imzalanmamışdır. Həmçinin iddiaçı ilə cavabdehin nümayəndələri arasında borcun ödənilməsi ilə bağlı elektron poçt vasitəsi ilə yazışmalar aparılmış, bir neçə dəfə görüş olmuş, lakin cavabdehin nümayəndələri həm elektron yazışmalarda, həm də görüşlər zamanı borcu ödəyəcəyini bildirsə də, bügünkü günədək borcu ödəməmişlər. Cavabdehə borcun ödənilməsi barədə 083-L-20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziya məktubuna da cavab verilməmişdir. “X4 ”nin xxxxxxxxxxx öz Nizamnaməsinə əsasən Türkiyə Respublikasında yerləşən ana şirkəti olan “X4 ”nin adından hərəkət etdiyi və müqaviləni həmin şirkətin adından imzaladığı üçün Türkiyə Respublikasının hüquqi şəxsi olan “X4 ” əsas cavabdeh qismində qeyd edilən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyır. İddiaçının nümayəndələri məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Şirkətin hazırda maliyyə imkanları da yaxşı deyil. İddia tələbi əsassızdır. Qeyd olunanalara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - “X4 ”nin xxxxxxxxxxx ilə “xxxx” MMC arasında 032/16-C saylı, xx xxxx 2016-cı il tarixli xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçi üçün “” zavodunun tikintisində təqdim etdiyi, müqaviləyə əlavə olunan qarşılıqlı razılaşma əsasında tərtib edilən qiymət protokolunda göstərilən qaynaq tikişlərinin diaqnostikası işlərini yerinə yetirib müvafiq rəy verilməsini öz üzərinə götürür. - 2018-ci ilin iyun - 2019-cu ilin yanvar ayınadək olan dövrlər üzrə təsdiqlənmiş akt əsasında dəyərini 121060,03 AZN (18% ƏDV daxil) təşkil edən məbləğ sifarişçi tərəfindən yalnız 2019-cu ilin 31 iyul tarixində ödənilmiş, hesab fakturalar əsasında cavabdeh tərəfindən edilən ödənişlərdə gecikmələr olmuşdur. - İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayından başlayaraq cavabdehin sifarişləri üzrə müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış Razılaşdırma aktları ilə təsdiq olunur. - İddiaçı 083-L-20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 104899,29 (yüz dörd min səkkiz yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində cərimənin 7 iş günü müddətində ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. - “X4 ”nin xxxxxxxxxxxnin Əsasnaməsinin 4-cü bəndində qeyd olunur ki, şirkət Nümayəndəliyin öhdəliklərinə görə tam məsuliyyət daşıyır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə tərəflər üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilə üzrə görülmüş işlərə görə cavabdeh tərəfindən ödənişlərin tam edilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh görülmüş işlərin dəyərini vaxtında ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə nəzərdə tutulmuş işlərin görülməsi üçün edilməli olan ödənişləri gecikdirməsi səbəbindən iddiaçı geçikdirilmiş ödənişlərə görə cərimə borcu hesablamışdır. İddia tələbininin bir hissəsini borcun gecikdirilməsinə görə 104899,29 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 032/16-C saylı müqavilənin 8.3cü bəndinə əsasən hər təqvim ayının sonunda tərəflərin imzaladığı AKT dəyərindən 10% həcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günü müddəti ərzindən gec olmamaq şərti ilə İcraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim günü üçün 0,1% cərimə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini vaxtında icra etməməsi, icranın gecikdirildiyi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin digər hissəsini tutmanın cavabdeh “X3 ”nin xxxxxxxxxxxnin idarəetməsində olan əmlakına və bank hesablarına yönəldilərək pulun tutulması təşkil edir. Qeyd olunan tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən alınmalı borcun cavabdeh “X3 ”nin xxxxxxxxxxxnin idarəetməsində olan əmlaklarına və bank hesablarına yönəldilməsi xahiş edilsə də, əmlaklar, onların dəyəri barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə iddia tələbini həmin hissədə əsassız sayaraq belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X3 ”ndən 5000 (beş min) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar