Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1271/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2202,3 manat məbləğində sığorta ödənişinin və 42.3 manat məbləğində dövlət rüsumunun, cəmi 2244,6 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə X3 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Seat Leon” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, KYP 044853 nömrəli inzibati xəta haqqında protokola əsasən “Mercedes Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Seat Leon” markalı, 90RO139 markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxılmaqla 50 (əlli manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bütün yuxarıda göstərilənlər nəzərə alınaraq və Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 50 (əlli manat) manat sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ASC-yə geri ödənilməsi üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/0843 saylı məktubla müraciət edilmiş və həmin məktub xx.xx.2023-cü il tarixdə şirkətinizə daxil olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 7 (yeddi) iş günü ərzində şirkət tərəfindən sığorta ödənişinin edilməsi təmin edilməmişdir. Yuxarıda göstərilən qaydada hesablama aparıldıqda gecikdirilmiş günlərin sayı 569 (beş yüz altmış doqquz) gün, dəbbə pulunun məbləği isə 28,45 (iyirmi səkkiz manat qırx beş qəpik) manat təşkil edir. Odur ki, qeyd edilən sığorta hadisəsi üzrə 50 (əlli manat) manat sığorta ödənişi və Mülki Məcəllənin 934.2-ci maddəsinə müvafiq olaraq (ödənilmiş məbləğin 0.1 %-i 0,05 manat) gecikdirilmiş 569 (beş yüz altmış doqquz) gün üçün 28,45 (iyirmi səkkiz manat qırx beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 78,45 (yetmiş səkkiz manat qırx beş qəpik) manat məbləğində pulun ASC-yə ödənilməsi təmin edilməlidir. Cavabdeh tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 tərəfindən xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Changan Uni-T” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən “X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Changan Uni-T” markalı, ** PR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 250 (iki yüz əlli manat) manat azadolma məbləği çıxılmaqla 921 (doqquz yüz iyirmi bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bütün yuxarıda göstərilənlər nəzərə alınaraq və Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 921 (doqquz yüz iyirmi bir) manat sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, BS-S-24/1339 saylı məktubla müraciət etsə də bu günə qədər müraciətə cavab verilməmişdir. Odur ki, qeyd edilən sığora hadisəsi üzrə 921 (doqquz yüz iyirmi bir) manat sığorta ödənişi və Mülki Məcəllənin 934.2-ci maddəsinə müvafiq olaraq (ödənilmiş məbləğin 0,1%-i 0,921 manat) gecikdirilmiş 100 (yüz) gün üçün 93 (doxsan üç) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1014 (min on dörd) manat məbləğində pulun ASCyə ödənilməsi təmin edilməlidir. Cavabdeh tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Elantra minik” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Esra Özçelik tərəfindən xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “Hyundai Elantra minik” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Esra Özçelik yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “X5 minik” markalı, 004D073 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği ilə bağlı tərəfimizdən 1050 (bir min əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bütün yuxarıda göstərilənlər nəzərə alınaraq və Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 1050 (bir min əlli) manat sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ASC-yə ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, BS-S-24/1560 saylı məktubla müraciət edilsə də, bu günə qədər müraciətə cavab verilməmişdir. Odur ki, qeyd edilən sığora hadisəsi üzrə 1050 (bir min əlli) manat sığorta ödənişi və Mülki Məcəllənin 934.2-ci maddəsinə müvafiq olaraq (ödənilmiş məbləğin 0.1 %-i 1.05 manat) gecikdirilmiş 57 (əlli yeddi) gün üçün 59,85 (əlli doqquz manat səksən beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1109,85 (min yüz doqquz manat səksən beş qəpik) manat məbləğində pulun ASC-yə ödənilməsi təmin edilməlidir. xx.xx.2015-ci il tarixli sığorta hadisəsi üzrə tələbin əsaslı olduğu təsdiq edən sübutlar aşağıdakılardır: xx.xx.2015-ci il tarixli, MİP-7342/15 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Seat Leon” markalı, 90RO139 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır; Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, KYP 044853 nömrəli inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan” müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə “Mercedes Benz” markalı, 90XP303 dövlət qeydiyyat nişanlı avtomobil və “Seat Leon” markalı, 90RO139 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, “Mercedes Benz” markalı, 90XP303 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir; www.isb.az saytından çıxarışdan göründüyü kimi yol-nəqliyyat hadisəsi baş verən vaxt “Mercedes Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. xx.xx.2015-ci il tarixli, 953/15 saylı sığorta aktı və xx.xx.2015-ci il tarixli zərər aktından müəyyən olunur ki, “Seat Leon” markalı, 90RO139 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 150 (yüz əlli) manat müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli, 953/15 saylı sığorta aktından müəyyən olunur ki, 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxılmaqla 50 (əlli manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; xx.xx.2023-cü il tarixli, BS-S- 23/0843 saylı və xx.xx.2023-cü il tarixli, BS-S-23/2894 saylı pretenziya məktublarından və həmin məktubların cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamələrdən müəyyən olunur ki, cavabdehdən 50 (əlli manat) manat sığorta ödənişinin və xx.xx.2023-cü il tarixə hesablanmış 12,5 (on iki manat, əlli qəpik) manat məbləğində dəbbə pulunun ödənilməsi tələb edilmişdir. B) xx.xx.2024-cü il tarixli sığorta hadisəsi üzrə tələbin əsaslı olduğunu təsdiq edən sübutlar aşağıdakılardır: xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Changan Uni-T” markalı, ** PR *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır; Bakı şəhəri, DYPİtərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan” müəyyən olunur ki, xx.xx.2024- cü il tarixdə “X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı və “Changan Uni-T” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş,“X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir; www.isb.azsaytından çıxarışdan göründüyü kimi yolnəqliyyat hadisəsi baş verən vaxt “X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta ” DSKŞ tərəfindən sığortalanmışdır; xx.xx.2024-cü il tarixli, CM016/24 saylı sığorta aktı və Azərbaycan Avtomobil Evi tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair aktdan müəyyən olunur “Changan Uni-T” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1171 (min yüz yetmiş bir) manat müəyyən edilmişdir; xx.xx.2024-cü il tarixli, CM016/24 saylı sığorta aktı və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Changan Uni-T” markalı, 77 PR 8 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 (iki yüz əlli manat) manat azadolma məbləği çıxılmaqla 921,00 (doqquz yüz iyirmi bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; xx.xx.2024-cü il tarixli, BS-S-24/1339 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehdən 921 (doqquz yüz iyirmi bir) manat sığorta ödənişinin ödənilməsi tələb edilmiş, məktub xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. C) xx.xx.2024-cü il tarixli sığorta hadisəsi üzrə tələbin əsaslı olduğunu təsdiq edən sübutlar aşağıdakılardır: xx.xx.2024-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır; Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan” müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə “Hyundai Elantra” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı və “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi törədilmiş, “Hyundai Elantra” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Esra Özçelik yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir; www.isb.az saytından çıxarışdan göründüyü kimi yol-nəqliyyat hadisəsi baş verən vaxt “Hyundai Elantra” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır; xx.xx.2024-cü il tarixli, CM257/24 saylı sığorta aktı və xx.xx.2024-cü il tarixli zərər aktından müəyyən olunur ki, “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1050 (min əlli) manat məbləğində müəyyən edilmişdir; xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “X5 minik” markalı, avtomobilə dəymiş zərərə görə 1050 (min əlli manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/1560 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehdən 1050 (min əlli manat) manat məbləğində sığorta ödənişinin ödənilməsi tələb edilmiş, məktub xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş “onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, cavabdehə ASC tərəfindən hər üç tələblər üzrə xx.xx.2024-cü il tarixli, BS-S-24/1937 saylı pretenziya məktubu və iddia ərizəsinin surəti göndərilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 214,11 manat dəbbə pulu və 42,3 manat məbləğində dövlət rüsumunun, cəmi 256,41 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırımışdır ki, cavabdeh tərəfindən “elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş ödəniş tapşırıqlarına əsasən: xx.xx.2025-ci il tarixli, 87585 saylı ödəniş tapşırığından göründüyü kimi, iddia ərizəsinin İ bölməsində qeyd edilən hadisə üzrə tələb edilən sığorta ödənişi məbləği, yəni 921 (doqquz yüz iyirmi bir) manat cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində ödənilmişdir. Halbuki, cavabdeh tərəfindən 50 (əlli) manat məbləğində sığorta ödənişi xx.xx.2023-cü il tarixli tələb məktubuna əsasən 7 (yeddi) iş günü ərzində, yəni xx.xx.2023-cü il tarixinədək ödənilməli idi. xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 664 gün gecikdirilib. Dəbbə məbləği (50/100*0.1=0,05, 664*0,05=33,20) 33,20 (otuz üç manat iyirmi qəpik) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 85566 saylı ödəniş tapşırığından göründüyü kimi, iddia ərizəsinin İİ bölməsində qeyd edilən hadisə üzrə tələb edilən sığorta ödənişi məbləği, yəni 921 (doqquz yüz iyirmi bir) manat cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində ödənilmişdir. Halbuki, cavabdeh tərəfindən 921 (doqquz yüz iyirmi bir) manat məbləğində sığorta ödənişi xx.xx.2024-cü (məktubda olan imzadan göründüyü kimi məktub cavabdehə xx.xx.2024-cü il tarixdə təqdim edilib) il tarixli tələb məktubuna əsasən 7 (yeddi) iş günü ərzində, yəni xx.xx.2024-cü il tarixinədək ödənilməli idi. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 22 gün gecikdirilib. Dəbbə məbləği (921/100*0.1=0.921, 22*0.921=20.26) 20,26 (iyirmi manat iyirmi altı qəpik) manat təşkil edir. xx.xx.2025-ci il tarixli, 87583 saylı ödəniş tapşırığından göründüyü kimi, iddia ərizəsinin İİİ bölməsində qeyd edilən hadisə üzrə tələb edilən sığorta ödənişi məbləği, yəni 1050 (bir min əlli) manat cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində ödənilmişdir. Halbuki, cavabdeh tərəfindən 1050 (bir min əlli) manat məbləğində sığorta ödənişi xx.xx.2024-cü (məktubda olan imzadan göründüyü kimi məktub cavabdehə xx.xx.2024-cü il tarixdə təqdim edilib) il tarixli tələb məktubuna əsasən 7 (yeddi) iş günü ərzində, yəni xx.xx.2024-cü il tarixinədək ödənilməli idi. xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 153 gün gecikdirilib. Dəbbə məbləği (1050/100*0.1=1.05, 153*1.05=160.65) 160.65 (bir yüz altmış manat, altmış beş qəpik) manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq iclasın iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2024-cü il tarixli, AZ240827005 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X2 1050 manat məbləğində sığorta ödənişi edilmişdir.
9. xx.xx.2022-ci il tarixli avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi və ona əlavədən görünür ki, “Changan Uni-T” markalı, ** PR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortalanmışdır.
10. xx.xx.2015-ci il tarixli, 953/15 saylı sığorta aktından görünür ki, “Seat Leon” markalı 90RO139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin məbləği 150 manat məbləğində müəyyən edilmiş, 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxılmaqla sığorta ödənişinin məbləği 50 (əlli manat) manat məbləğində müəyyən edilmişdir.
11. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 921 manat məbləğində ödəniş edilmişdir.
12. xx.xx.2015-ci il tarixli, MİP-7342/15 saylı sığorta şəhadətnaməsindən müəyyən olunur ki, “Seat Leon” markalı, 90RO139 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortalanmışdır.
13. Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, KYP 044853 nömrəli inzibati xəta haqqında protokola əsasən “Mercedes Benz” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək AR İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsindən görünür ki, “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortalanmışdır.
15. Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən “X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
16. xx.xx.2024-cü il tarixli, CM257/24 saylı sığorta aktı və xx.xx.2024-cü il tarixli zərər aktından görünür ki, “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1050 (min əlli) manat məbləğində müəyyən edilmişdir.
17. Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “Hyundai Elantra minik” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Esra Özçelik yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
18. xx.xx.2024-cü il tarixli, CM016/24 saylı sığorta aktı və "xxxx" MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair aktdan müəyyən olunur “Changan Uni-T” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1171 (min yüz yetmiş bir) manat müəyyən edilmişdir.
19. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan” müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə “Mercedes Benz” markalı, 90XP303 dövlət qeydiyyat nişanlı avtomobil və “Seat Leon” markalı, 90RO139 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmişdir.
20. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan” müəyyən olunur ki, xx.xx.2024- cü il tarixdə “X8 Prado” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı və “Changan Uni-T” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi törədilmişdir.
21. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan” müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə “Hyundai Elantra” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı və “X5 minik” markalı, 004 D 073 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi törədilmişdir.
22. xx.xx.2024-cü il tarixli, 85566 nömrəli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 921 manat, xx.xx.2025-ci il tarixli, 87583 nömrəli ödəniş tapşırığına görə 1050 manat məbləğində, xx.xx.2025-ci il tarixli, 87585 nömrəli ödəniş tapşırığına görə 50 manat məbləğində ödəniş edilmişdir.
23. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
26. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
27. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
28. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
29. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
30. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
31. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
32. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
33. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
34. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
35. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
37. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
38. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
39. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən sığorta ödənişləri qanunla müəyyən edilmiş 7 (yeddi) iş günü ərzində deyil, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərdə ödənilmişdir.
40. Məhkəmə hesab edir ki, cavabdehin sığorta ödənişlərinin ödəməsini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda sığorta ödənişinin ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
41. İddiaçı sığorta ödənişinin ödənilməsinin gecikdirilməsinə görə 214,11 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.
42. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12,30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 100 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 130 (bir yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 12,30 (on iki manat otuz qəpik) manat dövlət rüsumu iddiaçı LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova