Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1273/2025 29.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xalid qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 4882,35 (dörd min səkkiz yüz səksən iki manat otuz beş qəpik) manat sığorta ödənişi, 69 (altmış doqquz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı olmaqla, cəmi 4952,35 (dörd min doqquz yüz əlli iki manat otuz beş qəpik) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMCnin balansında olan “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində idarə olunan zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) "xxxx" qaydasında sığortalanmış, “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sabunçu RPİ DYPŞ-nin polis X1nun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirkar bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 327.1-ci maddəsinə əsasən barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Müstəqi ekspert X6 xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 8300 (səkkiz min üç yüz) manat məbləğində müəyyən edilmişdir. Hadisə baş verən anda “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Bu əsasla ASC tərəfindən xx.xx.2024-cü il tarixli, BS-C-24/1745 saylı tələb məktubu ilə "xxxx" ASC-yə müraciət edilərək, ödənilmiş sığorta ödənişinin 5000 (beş min) manat məbləğində olan hissəsinin geri ödənilməsi tələb edilmişdir. Lakin hadisə nəticəsində Cavabdeh2 tərəfindən bir neçə əmlaka zərər vurduğu və ASC tərəfindən sığortalanmış əmlakın sığorta müqaviləsi üzrə razılaşdırılmış azadolma məbləği nəzərə alınmaqla, "xxxx" ASC tərəfidnən xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən zərərlə bağlı ASC-nin hesabına yalnız 4782,35 (dörd min yeddi səksən iki manat otuz beş qəpik) manat məbləğində sığorta ödənişi geri ödənilmişdir. Beləliklə, ödənilmiş 8200 (səkkiz min iki yüz) manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən ödənilmiş 4782,35 (dörd min yeddi yüz səksən iki manat otuz beş qəpik) manat hissəsi çıxılmaqla, 3417,65 (üç min dörd yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində hissəsini ASC cavabdehlərdən tələb etmək hüququna yiyələnmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********4 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-PS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı avtomobilin "xxxx" sığorta sinifi üzrə ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Sabunçu RPİ DYPŞ-nin polis X1nun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan (Forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Khazar LX minik” markalı, **-PE-*** markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər vurmuş “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş müstəqil ekspert X6 xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 8300 (səkkiz min üç yüz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından göründüyü kimi, “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 8300 (səkkiz min üç yüz) manat məbləğində müəyyən edilmiş və zərər çəkən şəxsin üzərində qalan azadolma məbləği olan 200 (iki yüz) manat məbləği nəzərə alınmaqla, 8300 manat zərər məbləğinin 5000 manata nisbətdə 97.65% hissəsi olan 4882,35 (dörd min səkkiz yüz səksən iki manat otuz beş qəpik) manat məbləğində sığorta ödənişi ASC-yə geri ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS- S-24/1990 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. Eyni məzmunlu məktub və iddia ərizəsi cavabdehlərə “online karguzarlıq” vasitəsi ilə də göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 459.1, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1, 1108.2, 1114-cü maddələrinə istinad olunmuşdur.
4. İddiaçı tərəfindən əlavə cavabdehin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh3 (şəxsiyyət vəsiqəsinin nömrəsi: AA*******; FİN kodu: xxxxxxx) da əlavə cavabdeh kimi cəlb edilməsini və iddia tələbinin “cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 4882,35 (dörd min səkkiz yüz səksən iki manat, otuz beş qəpik) manat sığorta ödənişi, 69 (altmış doqquz) manat dövlət rüsumu və 1.00 (bir) manat xidmət haqqı olmaqla, cəmi 4952,35 (dörd min doqquz yüz əlli iki manat, otuz beş qəpik) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsi haqqında qərar qəbul edəsiniz.” kimi oxunmasını xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol qərarı ilə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 4882,35 (dörd min səkkiz yüz səksən iki manat otuz beş qəpik) manat sığorta ödənişi, 76 (yetmiş altı) manat dövlət rüsumu və 1.00 (bir) manat xidmət haqqının, 300 (üç yüz) manat məbləğində qiymətləndirici təşkilatın xidmət haqqı, 325 (üç yüz iyirmi beş) manat vəkil xərci olmaqla, cəmi 5584,35 (beş min beş yüz səksən dörd manat otuz beş qəpik) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh1 MMC tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 4882,35 manat məbləğində sığorta ödənişi, 69 manat dövlət rüsumu və 1 manat xidmət haqqı olmaqla, ümumilikdə 4952,35 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 idarə etdiyi “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai Accent” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmaqla yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Biz aşağıda göstərilənlərə əsasən iddiaçının Cavabdeh1 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edirlər. Nəzərə çatdırılır ki, 04 may 2023-cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında MAS-4493 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Həmçinin Cavabdeh3 və onun xahişi əsasında avtomobilin idarə olunmasına dair Cavabdeh2 etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. “İcbari sığorta haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən bu qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranm) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərv uranm) təqsiri aiddir. Qeyd edilənlərə əsasən Cavabdeh1 MMC-nin törədilmiş yol-nəqliyyat hadisəsinə hər hansı aidiyyatının olmaması müyyən edilir. Bununla da, Cavabdeh1 MMC-nin hadisə törədilən vaxt avtomobilin mülkiyyətçisi kimi qeydə alınması faktı onun məsuliyyətinin yaranması nəticəsinə gəlməyə əsas verə bilməz. Belə ki, Cavabdeh1 MMC avtomobili lizinq müqaviləsi üzrə Cavabdeh3 müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və “Azərmaş“ MMC-dən ümumilikdə 4952,35 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsi məhkəmədən xahiş edilir.
7. Digər cavabdehlər tərəfindən iddia tələbinə yazılı etiraz daxil olmamışdır.
8. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı və Cavabdeh1 MMC “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
9. Məhkəmə iclasında iştirak edən zaman iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh1 nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh2 izahat verərək bildirmişdir ki, hadisə zamanı nəqliyyat vasitəsini o, idarə etmiş və maşın onun istifadəsində olmuşdur. Maşını həm o, həm də Osmalı Elçin istifadə edirdi. Maşını Elçin özü üçün götürmüş və ona sürməyə vermişdi. Həm qazanc əldə etmək üçün verirdi, həm də Elçinin başqa işi var idi. Günah ondadırsa, ödəyəcəkdir, lakin hazırda işləmədiyindən maddi imkanı yoxdur.
12. **********4 saylı avtomobillərin tam sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən "xxxx" MMC-yə məxsus, «Hyundai minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 15000 manat məbləğində sığorta edilmiş (1 saylı cədvələ əsasən), 100 manat şərtsiz azadolma, nəqliyyat vasitəsi icarəyə verilərsə şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AZ241002006 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 8200 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi **********4 nömrəli müqavilə üzrə “Hyundai Accent” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün sığorta ödənişi qeyd edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, CM270/24 nömrəli sığorta aktından görünür ki, 8300 manat məbləğində sığorta ödənişi zərərçəkənə könüllü sığorta üzrə ödənildiyindən mütənasib hesablanmış 4882,35 manatdan 100 manat azadolma məbləği çıxılmaqla 4782,35 manat subroqasiya hüququ əsasında "xxxx" ASC-nin təqdim etdiyi hesaba köçürülür.
15. Sabunçu rayon DYPŞ Polis X1 tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2024-cü il tarixdə saat 00:30-da Sabunçu rayonunda yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2, mülkiyyətçisi Cavabdeh1 MMC-dir.
16. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati xəta haqqında protokoldan görünür ki, “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
17. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaların əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddəyə əsasən 40 manat məbləğində cərimə edilmişdir.
18. Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, № POA********** nömrəli etibarnamədən müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyəti ilə etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdə daxil olmaqla etibarlıdır.
19. Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, № POA********** nömrəli etibarnamədən müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyəti ilə etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdə daxil olmaqla etibarlıdır.
20. Lizinq verən qismində Cavabdeh1 MMC ilə lizinq alan qismində X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4493 nömrəli daxili lizinq müqaviləsi və eyni tarixli 1 saylı əlavəsindən müəyyən edilir ki, “Khazar LX minik” markalı, rəngi ağ, ümumi dəyəri 14950 manat olan nəqliyyat vasitəsi lizinq verən tərəfindən lizinq alana verilmişdir.
21. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX minik” markalı, rəngi ağ olan nəqliyyat vasitəsi lizinq verən tərəfindən lizinq alana təhvil verilmiş, lizinq alan tərəfindən də öz növbəsində təhvil alınmışdır.
22. Şirkət qismində Azərmaş” MMC, öhdəlikləri ötürən qismində X3, öhdəlikləri qəbul edən qismində X13 arasında xx.xx.2022-ci il tarixli, MAS-4493 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS- 4493 saylı Daxili lizinq müqaviləsi (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” İsə bu öhdəlikləri “Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC-nln qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
23. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, X3 və X13, X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini apardılar.
24. Şirkət qismində Azərmaş” MMC, öhdəlikləri ötürən qismində X13, öhdəlikləri qəbul edən qismində X14 arasında xx.xx.2022-ci il tarixli, MAS-4493 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS- 4493 saylı Daxili lizinq müqaviləsi (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” İsə bu öhdəlikləri “Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC-nln qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
25. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, X13 və X14, X7 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini apardılar.
26. Şirkət qismində Azərmaş” MMC, öhdəlikləri ötürən qismində X14, öhdəlikləri qəbul edən qismində Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, MAS-4493 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4493 saylı Daxili lizinq müqaviləsi (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” İsə bu öhdəlikləri “Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC-nln qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
27. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, X14 və Cavabdeh3, X8 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini apardılar.
28. Şirkət qismində Azərmaş” MMC, öhdəlikləri ötürən qismində Cavabdeh3, öhdəlikləri qəbul edən qismində X4 arasında xx.xx.2024-cü il tarixli, MAS-4493 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4493 saylı Daxili lizinq müqaviləsi (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” İsə bu öhdəlikləri “Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC-nln qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
29. İddiaçı tərəfindən iş materiallarına baş vermiş qəza və nəqliyyat vasitələrinə dəymiş ziyanı təsdiq edən fotoşəkillər əlavə edilmişdir.
30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, AZ********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, AZ********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən De Fendo Vəkil Bürosunun bank hesabına 325 manat məbləğində ödəniş edilmişdir.
32. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, pul vəsaitin 5 (beş) gün müddətində 3417,65 (üç min dörd yüz on yeddi manat, altmış beş qəpik) manat məbləğində sığorta ödənişini "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
33. Müstəqil ekspert X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 260901BS nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2018-ci buraxılış ili olan, “Hyundai minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 8300 (səkkiz min üç yüz) manat zərər dəydiyi müəyyən edilmişdir.
34. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, CVN/S 24-315/25 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8045 manat (ehtiyat hissələrinin cəmi – 6635 manat və əmək haqqı cəmi – 1410 manat) təşkil edir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
37. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonunda baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 MMC-nin mülkiyyətində olan, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, № POA********** nömrəli etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC-də "xxxx" qaydasında sığortalanmış “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Sabunçu rayon DYPŞ Polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaların əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmiş və barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq olunmuşdur.
38. "xxxx" MMC ilə "xxxx" АSC arasında **********4 saylı sığorta şəhadətnaməsi imzalanmış, həmin şəhadətnamə və ona əlavə olunan cədvəl 1-ə əsasən "xxxx" MMC-yə məxsus, «Hyundai minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır.
39. Müstəqil ekspert tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 260901BS nömrəli ekspert rəyi ilə 2018-ci buraxılış ili olan, “Hyundai minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 8300 (səkkiz min üç yüz) manat zərərin dəydiyi müəyyən edilmişdir.
40. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 8200 manat məbləğində ödəniş edilmişdir.
41. Hadisə baş verən zaman “Khazar LX minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Bu əsasla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, BS-C-24/1745 saylı tələb məktubu ilə "xxxx" ASC-yə müraciət edilərək, ödənilmiş sığorta ödənişinin 5000 (beş min) manat məbləğində olan hissəsinin geri ödənilməsi tələb edilmişdir. Lakin hadisə nəticəsində Cavabdeh2 tərəfindən bir neçə əmlaka zərər vurduğu və ASC tərəfindən sığortalanmış əmlakın sığorta müqaviləsi üzrə razılaşdırılmış azadolma məbləği nəzərə alınmaqla, "xxxx" ASC tərəfidnən xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən zərərlə bağlı iddiaçının hesabına yalnız 4782,35 (dörd min yeddi səksən iki manat otuz beş qəpik) manat məbləğində sığorta ödənişi geri ödənilmişdir.
42. İddia tələbi cavabdehlərdən müştərək qaydada 4882,35 (dörd min səkkiz yüz səksən iki manat otuz beş qəpik) manat sığorta ödənişinin tutulmasından ibarətdir.
43. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında pulun ödənilməsini tələb etmək hüququna malikdir.
44. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını və xx.xx.2025-ci il tarixli, CVN/S 24-315/25 saylı mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, zəzər vuran şəxs olan Cavabdeh2 3162,65 manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə və digər cavabdehlərə münasibətdə əsassız olduğundan təmin edilməməlidir.
45. Belə ki, əvvəla, iddiaçı 4882,35 manat sığorta ödənişinin tutulmasını xahiş etsə də, iddia ərizəsində qeyd etmişdir ki, hadisə nəticəsində Cavabdeh2 tərəfindən bir neçə əmlaka zərər vurulduğu və ASC tərəfindən sığortalanmış əmlakın sığorta müqaviləsi üzrə razılaşdırılmış azadolma məbləği nəzərə alınmaqla, "xxxx" ASC tərəfidnən xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən zərərlə bağlı ASC-nin hesabına yalnız 4782,35 (dörd min yeddi səksən iki manat otuz beş qəpik) manat məbləğində sığorta ödənişi geri ödənilmişdir. Beləliklə, ödənilmiş 8200 (səkkiz min iki yüz) manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən ödənilmiş 4782,35 (dörd min yeddi yüz səksən iki manat otuz beş qəpik) manat hissəsi çıxılmaqla, 3417,65 (üç min dörd yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində hissəsini ASC cavabdehlərdən tələb etmək hüququna yiyələnmişdir. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda da 5 gün müddətində 3417,65 (üç min dörd yüz on yeddi manat, altmış beş qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
46. İddiaçı tərəfindən ödənilmiş 8200 (səkkiz min iki yüz) manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən iddiaçının hesabına ödənilmiş 4782,35 manat (dörd min yeddi yüz səksən iki manat otuz beş qəpik) çıxıldıqda, 3417,65 manat (8200- 4782,35=3417,65) qalır.
47. Beləliklə, məhkəmə hazırkı qənaətə gələrkən onu nəzərə almışdır ki, “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC-də sığorta edilmiş, 100 manat şərtsiz azadolma məbləği müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, CM270/24 nömrəli sığorta aktı ilə 8200 manat məbləğində sığorta ödənişi zərərçəkənə könüllü sığorta üzrə ödənildiyindən mütənasib hesablanmış 4882,35 manatdan 100 manat azadolma məbləği çıxılmaqla 4782,35 manat "xxxx" ASC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, xx.xx.2025-ci il tarixli, CVN/S 24-315/25 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8045 manat (ehtiyat hissələrinin cəmi – 6635 manat və əmək haqqı cəmi – 1410 manat) təşkil edir. Beləliklə, işdə olan, müstəqil ekspert tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 260901BS nömrəli ekspert rəyi ilə “Hyundai minik” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8300 (səkkiz min üç yüz) manat, məhkəmə tərədindən əldə olunan xx.xx.2025-ci il tarixli, CVN/S 24-315/25 saylı mütəxəssis rəyi ilə dəymiş ziyanın məbləği 8045 manat müəyyən edilmişdir (həmçnini qeyd olunmalıdır ki, məhkəmə iclasında iştirak edən zaman Cavabdeh2 dəymiş zərərin məbləğini mübahisələndirmişdir). Ziyanın məbləği ilə bağlı mötəbər sübut qismində xx.xx.2025-ci il tarixli, CVN/S 24-315/25 saylı mütəxəssis rəyi əsas götürülmüşdür. Beləliklə, iddiaçının xeyrinə tutulmalı olan məbləğ 3162,65 manat (8045-100-4782,35=3162,65) məbləğində müəyyən edilməlidir.
48. Eləcə də, Cavabdeh1 MMC-nin etirazı əsaslı sayılmalı və ona münasibətdə iddia təmin edilməməlidir.
49. Eləcə də, iddiaçı 76 (yetmiş altı) manat dövlət rüsumu və 1.00 (bir) manat xidmət haqqının, 300 (üç yüz) manat məbləğində qiymətləndirici təşkilatın xidmət haqqı, 325 (üç yüz iyirmi beş) manat vəkil xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
50. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə 49 manat (iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq), 0,65 manat bank xidmət haqqı, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci, qiymətləndirici təşkilata ödənilmiş xidmət haqqının əvəzi olaraq 194,30 manat tutularaq iddiaçıya ödənilməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3162,65 sığorta ödənişi, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 49 manat, 0,65 manat (doxsan beş qəpik) bank xidmət haqqı, qiymətləndirici təşkilata ödənilmiş xidmət haqqının əvəzi olaraq 194,30 manat olmaqla, ümumilikdə 3731,6 manat (üç min yeddi yüz otuz bir manat altmış qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova