Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-128/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, alqı-satqı müqaviləsi və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri Nümayəndə, Hayati Culhanın, X3, X5 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 may 2022-ci il tarixli RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinin 10 oktyabr 2022-ci il tarixli, 3 saylı əlavəsinə əsasən qalıq borcu ƏDV daxil olmaqla 33.132,41 manat, əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manat, hüquqi xidmətə görə ödənilmiş 321 manat və ödənilmiş dövlət rüsumu 458 manat ümumilikdə 162.266,47 manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) ilə arasında xx.xx.2022-ci il tarixdə imzalanmış RVY/2022-00112 saylı xidmət müqaviləyə əsasən tərəflər razılığa gəlmişlər ki, cavabdehin sifariş orderi əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətləri göstərilməlidir. Cavabdeh tərəfindən 21 sentyabr 2022-ci il tarixdə, 1№-Lİ Sifariş Orderi əsasında ƏDV (7851.60) daxil olmaqla 51471.60 manat dəyərində, 23 sentyabr 2022-cil tarixdə ƏDV (1141.20) daxil olmaqla 7481.20 manat dəyərində, 10 oktyabr 2022-ci il tarixdə 3№-Lİ Sifariş Orderi əsasında 39.120.66 manat dəyərində, 01 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3 saylı əlavəsinin 2 saylı qoşmasına əsasən 17.073 manat dəyərində, 3 saylı qoşmasına 39.120.66 manat dəyərində, 4 saylı qoşmasına əsasən ƏDV (17826.80) daxil olmaqla 35653.60 manat dəyərində, 5 saylı qoşmasına əsasən 61.767.10 manat dəyərində, 6 saylı qoşmasına əsasən cəmi ƏDV (52234.66) daxil olmaqla, 290.192.56 manat ümumilikdə 342.427.22 manat dəyərində işlərin görülməsi üçün iddiaçıya sifariş verilmişdir. 01 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinin Əlavə 1, 1 saylı qoşmasına əsasən ƏDV (50.487) daxil, 280.486 manat cəmi 330.973.48 manat dəyərində işlərin görülməsi üçün iddiaçıya sifariş verilmişdir. Həmin sifarişlər İddiaçı tərəfindən həyata keçirilmiş və təmir tikinti işləri ilə əlaqədar təhviltəslim Aktı tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Qeyd edilən tikinti təmir işləri Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti 113 ünvanında yerləşən binanda həyata keçirilmişdir. Sonradan əlavə olaraq həmin binada ƏDV (10.775) daxil olmaqla 70.637 manat dəyrində təmir işləri görülmüşdür. Qeyd edilən təmr-tikinti işləri ilə bağlı cavabdehə elektron qaimələr göndərilmişdir. Qaimələr üzrə ödənişlər qismən edilmiş, lakin, 161.488 manat ƏDV daxil borc qalmışdır. Cavabdehə dəfələrlə həmin məbləğin ödənilməsi barədə xəbrdarlıq etməyimə baxmayaraq, cavabdeh 161.488 manat pulun ödənilməsindən imtina edir. İddiaçı elektron qaimələr üzrə Cavabdehnə məxsus sahədə tikinti, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmiş və cavabdehlə təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Həmçinin cavabdehə görülmüş işlərin qaiməsi və hesab-fakturaları elektron qaydada göndərilmişdir. Göründüyü kimi cavabdeh ilə bağlanmış müqaviləyə əsasən iddiaçı öhdəliyini tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini hal-hazıradək yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən müştəri hesab-fakturaları təqdim etdiyi gündən ödəniş edillidir. Hesab-fakturaların, (elektron qaimələrin) təqdim edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ödəniş tam olaraq həyata keçməmişdir.
3. İlkin iddia ərizəsinə dair etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində icra edilmiş kimi göstərilmiş və qarşılığında ödəniş edilmədiyi iddia edilən işlər Ravy Property tərəfindən qəbul edilməmişdir. Bu fakt və bu halın səbəbi iddia ərizəsndə açıqlanmır. İşlərin təhvil-təslim edilmədiyinin səbəbi, daha müfəssəl açıqlansa, ondan ibarət olmuşdur ki, həmin işlər İddiaçının İddia ərizəsində göstərilmiş xx.xx.2022 tarixli RVY/2022- 00050 saylı müqavilə və onun əsasında verilmiş 01-03 saylı Sifariş Orderləri (Müqaviləyə Əlavələr) üzrə müəyyən edilmiş iş həcminə daxil edilməmişdir. Əlavə olaraq, işlər İddiaçı tərəfindən gecikdirildiyi və/və ya keyfiyyətsiz şəkildə yerinə yetirildiyi üçün həmin işlər təhviltəslim edilməmiş, Cavabdeh tərəfindən qəbul edilməmiş və təhvil alınmamışdır. Buna görə də, ödəniş üçün hüquqi əsas əmələ gəlməmişdir. Cavabdeh dəfələrlə İddiaçıya keyfiyyətlə icra edilmiş işlər üzrə, hətta onlar müqavilə üzrə İddiaçının iş həcminə daxil edilməmişdirsə belə, ödəniş etməyə hazır olduğunu bildirmiş, həqiqətən yerinə yetirilmiş iş həcmlərinin müştərək şəkildə müəyyən edilməsinin və qüsurlu işlərdəki qüsurların aradan qaldırılmasının vacibliyini vurğulamışdır. Cavabdehin mövqeyi ona əsaslanmışdır ki, İddiaçı tərəfindən müqaviləyə 1-3 saylı əlavələr ilə razılaşdırılmış və icra edilmiş bütün işlər üzrə 6 ayı keçən gecikmə baş vermişdir, işlərin heç də hamısı yerinə yetirilməmişdir, müəyyən iş həcmləri İddiaçı tərəfindən icra edilmədiyinə görə başqa, üçüncü şəxslərə, verilmiş və həmin 3-cü şəxslər tərəfindən yerinə yetirilmişdir. Buna görə də, İddia ərizəsində guya İddiaçı tərəfindən bütün işlərin yerinə yetirilməsi və Cavabdehə təhvil verilməsi barədə bəyanat həqiqətə uyğun deyil və yanıldıcıdır. Yerinə yetirilməmiş işlər üçün təhvil-təslim aktları təqdim edilmiş, lakin təsdiq edilməmişdir, odur ki, təhvil-təslim aktlarının təsdiq edildiyi barədə İddiaçının bəyanatı da yanlışdır. Cavabdeh tərəfindən İddiaçıya göndərilmiş məktublarda İddiaçının diqqətinə çatdırılmışdır ki, yalnız işlər təhvil-təslim aktları əsasında təhvil-təslim edildikdən və bu yolla yerinə yetirilmiş iş həcmləri Cavabdeh tərəfindən qəbul edildikdən sonra, qəbul edilmiş iş həcmlərinə görə ödənişlər imzalanmış təhvil-təslim aktlarına müvafiq olan hesab-fakturalar əsasında müvafiq ödənişlər edilə bilər. Lakin, İddiaçı məqbul sayıla bilən iş həcmlərinin müəyyən edilməsindən imtina etmişdir və müqavilədə göstərilmiş bütün iş həcmləri üçün ödəniş istəmişdir, baxmayaraq ki, özü də yaxşı bilir ki, bütün iş həcmlərini icra etməmişdir, icra etdiyi işlərin hamısında gecikməyə yol vermişdir, bir sıra işlərin icrasını keyfiyyətsiz yerinə yetirmişdir, buna görə də müvafiq ödənişlərin həyata keçirilməsi mümkün olmamışdır. Hətta İddiaçıya göndərilmiş son pretenziya məktubunda da (pretenziya məktubunun sutəri məhkəməyə təqdim edilmişdir) bu hallar vurğulanmış və İddiaçıya təklif edilmişdir ki, məqbul sayıla biıərək təhvil götürülə bilən işlərin həcmi qarşılıqlı şəkildə müəyyən edilsin. Lakin, İddiaçı yerinə yetirmədiyi və ya keyfiyyətsiz şəkildə Cavabdeh üçün qeyri-məqbul və qeyri-qənaətbəxş olan qüssurlu işlərə görə də ödəniş tələb etməkdə israrlıdır. Əlavə olaraq, iddiaçı iddia ərizəsinə öz tələblərinin əsasını təşkil edə bilən hər hansı bir sənəd əlavə etməmişdir ki, onun tələblərini sübut edə bilsin. Hətta, ödənilməsini tələb etdiyi məbləğlərin hansı qaydada hesablanmış olduğunu göstərən hər hansı bir hesablama da təqdim etməmişdir. Bunun səbəbi onunla izah edilir ki, İddiaçının tələblərinin həcmi dürüst müəyyən edilməmişdir, belə ki, yuxarıda göstərilən yerinə yetirilməmiş və.və ya keyfiyyətsiz yerinə yetirilmiş işlər üçün də İddiaçı tərəfindən ödəniş istənilir ki, bu da tam əsassızdır. İddiaçı tərəfindən əlavə olaraq (Müqaviləyə Əlavə qismində yazılı şəkildə razılaşdırılmamış) iş həcmləri üzrə təqdim edilən tələblər üzrə hesablamalarda ciddi yanlışlıqlar aşkar edilir, belə ki, İddiaçı öz tələbində Cavabdeh tərəfindən İddiaçıya 16 may 2023-cü il RVY–2023/009 Preternziya məktubu vasitəsilə yuxarıda göstərilən müqavillələr üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımi qaydada yerinə yetirilmədiyi barədə bildiriş verilmiş, İddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim aktlarının (Qoşmalar 19 və 24) təsdiq edilməməsi səbəbləri diqqətə çatdırılaraq onların imzalanması şərtləri və tələbləri açıqlanmışdır, lakin, buna baxmayaraq, İddiaçı Cavabdehə qarşı əsassız tələblər irəli sürməkdə davam edərək və yerinə yetirilməmiş yaxud lazımi şəkildə yerinə yetirilməmiş və avans qaydasında dəyəri ödənilmiş təchizat həcmlərinin icrası üçün heç bir tədbir görməmişdir. İddiaçı İddia ərizəsində bildirir ki, guya Cavabdeh elektron qaimələr üzrə tikinti, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Bu bəyanat nəinki uydurma, həm də, tam məntiqsizdir, belə ki, elektron qaimələr öhdəlik yaratmaq vasitəsi deyillər, yalnız vergi orqanı tərəfindən kommersiya subyektlərinin ödənişləri üzərində nəzarət alətidir. E-qaimələr nəinki öhdəlik yaratmaq qabiliyyətində deyillər, onlar müstəqil şəkildə hər hansı təsdiqedici sənəd əhəmiyyətinə də malik deyillər. Belə ki yalnız tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsaslandıqda hüquqi əhəmiyyət kəsb edirlər. İddiaçı tərəfindən Cavabdehə təqdim edilmiş, lakin Cavbdeh tərəfindən təsdiq edilməmiş təhvil-təslim aktları olmadan tərtib və təqdim edilmiş elektron qaimələrin hüquqi qüvvəsi yoxdur və belə elektron qaimələr İddiaçı tərəfindən işlərin görülməsini və İddiaçının Cavabdehə qarşı yönəlmiş tələblərini təsdiq edən sübutlar qismində qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Qaydalar) 2.5.3-cü maddəsinə əsasən “elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər ... əsasında doldurulur”. Belə sənədlərə göstərilən maddə ilə malın və ya xidmətin təqdim edilmiş olduğunu təsdiq edən sənədlər aid edilir və buraya qəbzlər, çeklər, (təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktları daxildir. Qaimənin qeyri-qanuniliyi yuxarıda qeyd olunan Qaydaların 1.3-cü maddəsindən də irəli gəlir, belə ki, həmin maddədə deyilir ki, həmin “Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir”. Bununla bağlı, Cavabdeh tərəfindən təsdiq edilmiş təhvil-təslim aktlarına əsaslanmayan eqaimələr və hesab-fakturalar İddiaçı tərəfindən 1-tərəfli qaydada tərtib edilmiş olmaqla, onun tərəfindən Cavabdehin qəbul etmədiyi işlərin təqdim edilməsinin sübutu olaraq qəbul edilə, və nəticə etibarilə, Cavabdehin tələblərinin həcminin azaldılması üçün əsas ola bilməz. İddiaçının daha bir yalanı ondan ibarətdir ki, guya ödəniş hesab-fakturaların təqdim edildyi gün edilməlidir. Müqavilənin 3.1-ci maddəsi ödəniş şərtləri ilə bağlı Müqaviləyə 1 saylı Əlavəyə iqtibas edir, 1 saylı Əlavədə isə deyilir ki, ödəniş hesab-faktura təqdim edildikdən sonra 30 gün müddətində həyata keçirilməlidir. Hesab-fakturanın təqdim edilməsi üçün əsas isə təhvil-təslim aktı və ya qaimə-fakturadır (malların təhvil təslimi üçün). Odur ki, təhviltəslim aktının imzalanmadığı bir şəraitdə (işlərin gecikdirlməsi, keyfiyyəsiz icrası və ya ümumiyyətlə icra edilməməsi səbəbindən) hesab-faktura və e-qaimə təqdim edilməsi üçün əsas olmur və deməli, Cavabdehdə ödəniş öhdəliyi yaranmır. Odur ki, İddiaçı tərəfindən 161.488 manat ƏDV daxil borc qalması barədə İddiaçının bəyanatı yanlışdır və heç bir sənəd və ya digər sübutla təsdiq olunmur. Buna görə də, Cavabdeh tərəfindən ödəniş öhdəliyinin yerinə yetirilməmsi barədə iddia tam əsassızdır. Əlavə olaraq, İddiaçı müqavilə üzrə iş həcmləri üçün avans ödənişlərini alsa da, təchizat həcmlərini tam şəkildə və keyfiyyətlə yerinə yetirməmişdir. Həmçinin, İddiaçıya bildirilmişdir ki, Əlavələrin 3-cü maddələrinə əsasən qalıq məbləğlərin ödənişləri yalnız nəzərdə tutulmuş təchizat həcmləri Müqavilənin və Əlavələrin şərtlərinə əsasən tam çatdırıldıqdan və quraşdırıldıqdan sonra Cəmiyyət tərəfindən təhvil-təslim aktları əsasında qəbul olunduğu halda təqdim ediləcək hesab-fakturalar üzrə aparıla bilər. Cavabdeh tərəfindən Müqavilə üzrə heç bir öhdəliyin pozulmaması İddiaçının iddia tələblərinin əsassız olduğunu və İddiaçıda ümumiyyətlə İddia verilməsi üçün subyektiv hüququn əmələ gəlmədiyini göstərir. Belə ki, İddiaçı tərəfindən həqiqətən yerinə yetirilmiş və Cavabdeh üçün məqbul olan işlərin müəyyənləşdirilməsi və təhvil-təslim aktı əsasında təhvil verilməsi İddiaçıya dəfələrlə təklif edilmişdir. İddiaçı tərəfindən bu təkliflər qəbul edilməmi. Və rədd edilmişdir. Nəticədə, Cavdehin ödəniş etməsi üçün heç bir sənədli əsas olmamışdır. Göstərilənlərə əsasən, (ı) İddiaçı tərəfindən 161 488 AZN məbləğdə iş görülmədiyini, bu əsasla İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığı nəzərə alınaraq, cavabdeh İddiaçının nəfinə Cavabdehdən 161.488 (bir yüz altmış bir min dörd yüz səksən səkkiz) manat əsas tələb, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat və 458 (dörd yüz əlli səkkiz) manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə iddia əsassız olduğu üçün rədd edilməlidir.
4. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra edilməmiş təchizat həcmləri üçün iddiaçıya ödənilmiş 42976 manat məbləğində avans ödənişi, iddiaçı tərəfindən icra edilməsindən imtina edilmiş təchizat həcmlərinin yerinə yetirilməsi üçün digər şəxslərə ödənilmiş 10200 manat məbləğin və 24980,77 manat cərimə məbləği, cəmi ümumilikdə 78.157,37 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə imzalanmış RVY/2022-00050 saylı müqaviləyə əsasən tərəflər razılığa gəlmişlər ki, cavabdehin sifariş orderləri (müqaviləyə əlavələr və/yaxud həmin əlavələrə qoşmalar) əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq mallar tədarük edilir və həmin malları həmin sifariş orderlərində göstərilən müddətlərdə Cavabdehin Bakı şəh. Xətai r-nu, 8 Noyabr prospekti 113 ünvanında yerləşən Baku Bay qülləsinin yuxarıda göstərilən müqaviləyə əlavələrlə müəyyənləşdirilən sahələrində quraşdıraraq Cavabdehə təhvil verir. Müqaviləyə əlavələr (Sifariş orderləri) nəzərdə tutur ki, müvafiq Sifariş orderləri əsasında avans ödənişləri müvafiq sifariş orderinin dəyərinin 50% və ya 70% həcmində) həyata keçirildikdən sonra təchizat və quraşdırma müvafiq sifariş orderi ilə nəzərdə tutulan müddətdə (30 və ya 60 gün) icra edilir. Sifariş ilə nəzərdə tutulan malların təchizatı və quraşdırılması yekunlaşdıqdan sonra tərəflər arasında həmin malların təhvil-təslimi akt əsasında rəsmiləşdirilir və yalnız bundan sonra iddiaçı tərəfindən təqdim edilməli hesabfaktura və elektron qaimə əsasında müvafiq sifariş orderi dəyərinin qalan hissəsinin ödənişi həyata keçirilir. Müqavilə şərtləri aşağıdakılarla səciyyələnir: Maddə 7. 1: öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə qarşı tərəfə vurulan zərərin əvəzini ödəməyə borcludurlar. Maddələr 7.4 və 7.5: cərimə - icranın gecikdirildiyi hər təqvim günü üçün Sifariş Orderi qiymətinin 0,1 %–i, lakin ləngidilmiş təchizatın dəyərinin 5%-dən (beş faizindən) çox olmamaqla, ıks halda Müqaviləni ləğv etmək hüququ. Maddı 6.6: Mallar qüsurlu olduqda iddiaçı bütün xərcləri çəkməklə borcludur: (a) əlavə ödəniş almadan Malları təmir etmək; (b) əlavə ödəniş almadan qüsurlu Malları qüsursuz Mallar ilə əvəz eetmək; və ya (c) qüsurlu Mallar üçün ödənilmiş məbləğləri qaytarır. Müvafiq sifariş orderləri ilə nəzərdə tutulan tənzimləmə və təchizat elementləri aşağıda təsvir edilir: Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (i) 50% – avans, (ii) 50% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab—faktura əsasında, hesabfakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. Çatdırılma quraşdırma – avansdan sonra 60 gün Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – İddiaçının üzərində Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (iii) 50% – avans, (iv) 50% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab—faktura əsasında, hesabfakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. Çatdırılma quraşdırma – avansdan sonra 30 gün Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – İddiaçının üzərində Əlavə 3. 3 saylı əlavə ilə bir neçə təchizat həcmləri nəzərdə tutulmuşdur. Əlavə 3 üzrə Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (v) 70% – avans, (vi) 30% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab—faktura əsasında, hesabfakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. • Çatdırılma quraşdırma – avansdan sonra 60 gün • Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – İddiaçının üzərində 1. Yuxarıdakı göstərilən müqavilədən əlavə olaraq tərəfllər arasında xx.xx.2022-ci il tarixdə RVY/2022- 00112 saylı daha bir müqavilə imzlalanmışdır ki, həmin müqavilə də onun əlavələrində (Sifariş orderlərində) göstərilən xidmətlərin iddiaçı tərəfindən təchizatını nəzərdə tutur. Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (i) 50% – avans, (ii) 50% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab—faktura əsasında, hesabfakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. Çatdırılma quraşdırma – avansdan sonra 30 gün • Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – İddiaçının üzərində. İddiaçı yuxarıda göstərilən təchizat həcmləri üçün avans ödənişlərini alsa da, təchizat həcmlərini tam şəkildə və keyfiyyətlə yerinə yetirməmişdir. Yerinə yetirilməmiş təchizat, habelə, keyfiyyətsiz şəkildə yerinə yetirilmiş təchizat həcmlərinə uyğun gələn avans məbləğləri, buna görə də, İddiaçı tərəfindən geri ödənilməlidir. Müqavilənin 6.6-cı maddəsinin (c) bəndinə, 7.5-ci maddəsinin 2-ci və 3-cü cümlələrinə əsasən Cavabdeh yuxarıda göstərilən təchizat həcmlərinin yerinə yetirilməməsinə (və ya lazımi şəkildə yerinə yetirmədiyinə) görə İddiaçıya avans olaraq ödənilmiş məbləğlərin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Bu məbləğlər, həmçinin, İddiaçı tərəfindən Cavabdehə yetirilmiş ziyan hesab edilməlidir, belə ki, Cavabdeh real olaraq itkiyə malik qalmışdır, çünki, ödəmiş olduğu məbləğlərin qarşılığında heç nə əldə etməmişdir, deməli real itkiyə, yəni ziyana məruz qalmışdır. Əlavə olaraq, göstərilən məbləğlərin İddiaçı tərəfindən geri ödənilməməsi İddiaçı üçün əsassız varlanma halı əmələ gətirir ki, bu halda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 439.4-cü, 1091 – 1095-ci maddələrinə əsasən Cavabdeh İddiaçıdan ona ödənilmiş və qarşılığı verilməmiş yaxud lazımi şəkildə verilməmiş məbləğləri geri ödənilməsini tələb etmək hüquqna malik olur. Beləliklə də, yuxarıdakı müqavilə və Sifariş Orderləri əsasında İddiaçıya ödənişlər avans şəkilində həyata keçirildiyi üçün (ı) icra edilməmiş və (ıı) lazımi şəkildə icra edilməmiş təchizat həcmləri üzrə yerinə yetirilməmiş işlərə müvafiq olan ödəniş həcmləri ümumilikdə 42,976 AZN (artıq ödəmə) təşkil edilmişdir ki, həmin məbləğlər Cavabdehə qaytarılmalıdır. Bu məbləğlərin qaytarılması İddiaçıdan xx.xx.2023 və xx.xx.2024 tarixlərdə pretenziya qaydasında (xx.xx.2023 tarixli RVY-2023-008 saylı və xx.xx.2024 tarixli 1 saylı pretenziya məktublarının surətləri 4 və 5-ci Qoşmalar qismində bu ərizəyə qoşulmuşdur) tələb edilsə də, İddiaçı pretenziya məktubunu cavabsız qoymuşdur. Cavabdeh tərəfindən İddiaçıya 16 may 2023-cü il RVY–2023/009 Pretenziya məktubu vasitəsilə yuxarıda göstərilən müqavillələr üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımi qaydada yerinə yetirilmədiyi barədə bildiriş verilmiş, İddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının (Qoşmalar 19 və 24) təsdiq edilməməsi səbəbləri diqqətə çatdırılaraq onların imzalanması şərtləri və tələbləri açıqlanmışdır, lakin, buna baxmayaraq, İddiaçı Cavabdehə qarşı əsassız tələblər irəli sürməkdə davam edərək və yerinə yetirilməmiş yaxud lazımi şəkildə yerinə yetirilməmiş və avans qaydasında dəyəri ödənilmiş təchizat həcmlərinin icrası üçün heç bir tədbir görməmişdir. Həmin Preternziya məktubunda, xüsusilə qeyd edilmişdir ki, 01 may 2022–ci il tarixli RVY/2022–00050 saylı Alqı-satqı Müqaviləsinə 01-03 saylı Əlavələr və bu Əlavələrin Qoşmaları ilə nəzərdə tutulmuş təchizat üçün aşağıdakı kimi ödənişlər həyata keçirilmişdir: ₋ 1 saylı Əlavəsinin 3–cü maddəsinə əsasən 01 iyul 2022-ci il tarixində təchizatın ümumi dəyərinin 50%–i (əlli faizi), yəni l40,243.00 AZN (yüz qırx min iki yüz qırx üç manat. 00 qəpik) məbləğində avans ödənişi, ₋ 16 fevral 2023-cü il tarixində 40,055.50 AZN (qırx min əlli beş manat 50 qəpik) məbləğində qalıq məbləğin qismən ödənişi, ₋ Müqavilənin 3 saylı Əlavəsinin 3.1–ci bəndinə əsasən 19 oktyabr 2022–ci il tarixində təchizatın ümumi qiymətinin 70%-i (yetmiş faizi), yəni 203,134.79 AZN (iki yüz üç min yüz otuz dörd manat.79 qəpik) məbləğində avans ödənişi. Beləliklə, ümumilikdə 383,433.29 AZN (üç yüz səksən üç min dörd yüz otuz üç manat 29 qəpik) məbləğində avans ödənişi. Həmçinin, İddiaçıya bildirilmişdir ki, Əlavələrin 3-cü maddələrinə əsasən qalıq məbləğlərin ödənişləri yalnız nəzərdə tutulmuş təchizat həcmləri Müqavilənin və Əlavələrin şərtlərinə əsasən tam çatdırıldıqdan və quraşdırıldıqdan sonra Cəmiyyət tərəfindən təhvil-təslim aktları əsasında qəbul olunduğu halda təqdim ediləcək hesab-fakturalar üzrə aparıla bilər. Lakin, İddiaçı, buna baxmayaraq öhdəliklərini Müqavilə və əlavələr üzrə razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirməmişdir ki, bu səbəbdən də, artıq 16 may 2023-cü il tarixinə mövcud olan vəziyyət etibarilə bildirilmişdir ki, təchizat tamamlanmadığı üçün, mövcud vəziyyət nəzərə alınaraq, təhvil-təslim aktlarının imzalanması mümkün olmamışdır. İddiaçı, müqavilə və Əlavələrlə nəzərdə tutulan təchizatı tamamlamaq əvəzinə birtərəfli qaydada müqavilənin icrasını dayandıraraq öhdəliklərinin icrasından imtina etmişdir. Yuxarıda göstərildiyi kimi, işlərin bir qismi başqa şəxslər tərəfindən yerinə yetirilmişdir. Dəyəri İddiaçıya avans qismində ödənilərək sonrada başqa şəxslər tərəfindən icra edilmiş təchizat həcmlərinin dəyəri Cavabdeh üçün əlavə xərc yaratmışdır ki, bu xərclərin də cəmi məbləği 10,200 AZN təşkil edir. Bu məbləğ Cavabdehə İddiaçı tərəfindən MM-nin 451-ci maddəsinə əsasən ödənilməli olur. 5. Həmçinin, İddiaçı tərəfindən təchizat həcmlərinin vaxtında təhvil verilməməsi və keyfiyyəsiz yerinə yetirilməsi ilə bağlı yuxarıda göstərilən müqaqvilələr və Sifariş orderləri əsasında tətbiq edilmiş cərimələrin məbləği 24,980.77 AZN təşkil edir. Bu məbləğlər Cavabdehə İddiaçı tərəfindən RVY2022-00050 saylı xx.xx.2022 tarixli müqavilənin 7.4 və 7.5 maddələrinə əsasən ödənilməli olur. 6. İddiaçı tərəfindən Cavabdehə təqdim edilmiş, lakin Cavbdeh tərəfindən təsdiq edilməmiş təhvil-təslim aktları olmadan tərtib və təqdim edilmiş elektron qaimələrin hüquqi qüvvəsi yoxdur və belə elektron qaimələr İddiaçı tərəfindən işlərin görülməsini və İddiaçının Cavabdehə qarşı yönəlmiş tələblərini təsdiq edən sübutlar qismində qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Qaydalar) 2.5.3-cü maddəsinə əsasən “elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər ... əsasında doldurulur”. Belə sənədlərə göstərilən maddə ilə malın və ya xidmətin təqdim edilmiş olduğunu təsdiq edən sənədlər aid edilir və buraya qəbzlər, çeklər, (təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktları daxildir. Qaimənin qeyriqanuniliyi yuxarıda qeyd olunan Qaydaların 1.3-cü maddəsindən də irəli gəlir, belə ki, həmin maddədə deyilir ki, həmin “Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir”. Bununla bağlı, Cavabdeh tərəfindən təsdiq edilmiş təhviltəslim aktlarına əsaslanmayan eqaimələr və hesab-fakturalar İddiaçı tərəfindən 1-tərəfli qaydada tərtib edilmiş olmaqla, onun tərəfindən Cavabdehin qəbul etmədiyi işlərin təqdim edilməsinin sübutu olaraq qəbul edilə, və nəticə etibarilə, Cavabdehin tələblərinin həcminin azaldılması üçün əsas ola bilməz. 7. Beləliklə, İddiaçı tərəfindən Cavabdehə ödənlməli cəmi məbləğ 78,157.37 AZN təşkil edir ki, həmin məbləğin ödənilməsi pretenziya qaydasında xahiş edilmiş, lakin İddiaçı tərəfindən laqeydliklə qarşılanmışdır. 8. Cavabdehin mübahisənin danışıqlar yolu ilə həll edilməsi barədə pretenziya məktubunda ifadə edilmiş müraciəti İddiaçı tərəfindən qulaqardına vurulmuşdur.
6. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən qarşılıqlı iddia ilə tələb edilən 78,157.37 manat məbləğə əlavə olaraq 324.47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78,481.84 manat məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində iddia tələbinə əlavə təqdim edərək, qarşılıqlı İddia üzrə cavabdeh "xxxx" MMC-dən Qarşılıqlı iddia ilə tələb edilən 85,682.24 manat məbləğə əlavə olaraq 235,726.00 manat məbləğində K-Proje tərəfindən işlərin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın, cəmi 321,408.24 manat məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. 14.12.2024-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia təlbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “K-Proje Mobilya MMC şirkətindən cəmi 322019.65 manat məbləğin ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nəfinə tutulması və sonuncuya (yəni Ravy Property MMC-yə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 'Pavy Property” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul" tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “pul tələbinə” dair qarşşılıqlı iddia ərizəsi üzrə dair mülki iş vardır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim qarşı iddia tələbini qəbul etmirik. İddia tələbinə etirazla bağlı məhkəməyə bildirirəm ki, “Ravy Property" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tikinti təmir quraşdırma işlərini sifariş vermişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilik və materiallar birlikdə həmin sifarişləri həyata keçirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərfindən görülmüş işlərlə bağlı ətrəflər arasında heç bir qüsur aktı tərtib edilməmiş və bu barədə ümumiyətiə tərəflər arasında hər hansı sənədləşmə aparılmamışdır. Bundan əlavə tikinti təmir müqavilərində işlərin təhvil verilmə müddəti göstərilməmişdir. Buna baxmayaraq, tikinti işləri təhvil verilmiş və ödəniş qaimələrə göndərilmiş, qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Qarşılqlı iddia ərizəsi və ona əlavə olunmuş ərizələr məhkəmə icraatı dövründə tərtib edilərək təqdim edilməsində görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişində yayınması halı yaradır. Çünki, qarşılıqlı iddia ərizəsində qeyd edilən icarə münasibətlərinin hazırki mülki işə heç bir aidiyyəti yoxdur. Tikinti təmir müqaviləsində qarşılıqlı iddia ərizəsində göstərilənlərə dair hər hansı məlumatlar olmamışdır. Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin heç birinin hüquqi əsası və dəlili olmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi qarşılıqlı iddia ərizəsində qeyd edilənlər işin faktiki hallı uyğun gəlməmişdir.
10. Qarşılıqlı iddiaçının nümayəndəsinin etiraza münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı tamamilə əsassız olaraq bildirir ki, guya (a) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh tərəfindən verilmiş sifarişləri işçilik və materiallar birlikdə guya tam həyata keçirmiş və (b) "K-Proje Mobilya” Məhdud Məsüliyyətli Cəmiyyəti tərəfindən görülmüş işlərlə bağlı tərəflər arasında heç bir qüsur aktı tərtib edilməmiş və bu barədə ümumiyətlə tərəflər arasında hər hansı sənədləşmə aparılmamışdır. Göstərilən iddiaların həqiqətlə heç bir uyarlığı yoxdur və bu əsassız bəyanlar iş üzrə toplanmış heç bir sənəd və digər materiallar ilə təsdiq edilmir. Etiraz müəllifi əsassız bəyanlarını təsdiq edə bilən heç bir sübut və ya dəlil təqdim etmir və əsassız bəyanlar verməklə kifayətlənməli olur. Halbuki, K- Poje tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının imzalanmaması, habelə, işlərin yekunlaşması və ödənişlərlə əlaqədar olan yazışma (yazışma sənədləri məhkəməyə təqdim edilmişdir) aşkar şəkildə göstərir ki, L-Proje tərəfindən yekunlaşdırılmış olduğu iddia edilən işlər və K-Proje tərəfindən yerinə yetirilmiş kimi təqdim edilən iş həcmləri barədə bəyanlar səhih deyil və qüsurludur. Yazışma sənədləri və təhvil təslim aktları elektron məhkəmə portalına yüklənmişdir və aşağıdakı nömrələr altında tapıla bilir: 43, 44, 53 - 55, 56 - 58, 68 – 80, 89, 90, 91 – 96, 97 – 126, 128. Bu sənədlərddən görünür ki, işlərin təhvil-təslimi proseduru K-Projenin nümayəndəsinin (Ulvi adlı şəxs) iştirakı ilə aparılmış, bu zaman qüsurlu işlərin fotoçəkilləri çəkilmiş, iş həcmləri yerində yoxlanılmış və müəyyənləşdirilmiş, K-Proje tərəfindən faktiki yerinə yetirilmiş iş həcmlərindən artıq göstərilən işlər (başqa sozlə, faktiki yerinə yetirilmiş və K-Proje tərəfindən yerinə yetirildiyi bildirilən iş həcmləri arasındakı fərqlər) barədə K-Proje MMC-nin rəhbərlyi məlumatlandırılmışdır. K-Proje tərəfindən tərtib edilmiş və imzalanması yuxarıda göstərilən səbəblərdən Ravy Property tərəfindən rədd edilmiş təhvil-təslim aktlarında düzəlişlər aparılması və yenidən təqdim edilməsi K-Proje rəhbərliyinə təklif edilmişdir. Bu sənədlər aşkar şəkildə Etiraz müəllifinin bəyanlarının əsassızlığını ortaya qoyur. Etiraz müəllifinin daha bir əsassız iddiası guya tikinti-təmir müqavilərində işlərin təhvil verilmə müddətinin göstərilmədiyi ilə əlaqədardır. Bu iddia onu göstərir ki iddia müəllifi nəinki iş materiallar, hətta, mübahisənin əsasını təşkil edən müqavilələr ilə də kifayət qədər tanış olmamışdır və K-Proje tərəfindən götürülmüş öhdəliklərdən bixəbərdir. Halbuki, konkret işlər, onların təsviri, qiyməti və həcmləri, yerinə yetirilməsi müddətləri tərəflər arasında imzalanmış RVY2022-0050 saylı müqavilənin əlavələri olan 01 və 03 saylı Əlavələr (Sifariş Orderləri) ilə 60 təqvim günü olaraq müəyyən edilmişdir. Həm müqavilə, həm də 01 və 03 saylı Əlavələr (Sifariş Orderləri) məhkəmə portalında iş səhifəsinə yüklənmişdir. Etiraz müəllifi, daha bir əsassız mülahizə ilə çıxış edir və bildirir ki, guya “tikinti işləri təhvil verilmiş və ödəniş qaimələri öhdəliklərini vaxtında yerinə yetirməmiş və işləri 8 ay gec təhvil verilmişdir. Bu isə icarə haqqını avans olaraq ödəmiş icarədarda avans ödənişlərinin geri qaytarılmasını tələb etmək öhdəliyi əmələ gətirmişdir. Məhkəməyə təqdim edilmiş müqavilələr, habelə Türkiyənin UHB şirkətinin təhlili (sənəd No 150) təmir-tikinti işləri ilə icarə arasında əlaqəni aydın şəkildə ortaya qoyur, əgər K-Proje və ya onun nümayəndəsi bu əlaqəni görməzdən gəlirlərsə, bu onların qərəzli mövqelərinin bariz göstəricisidir. Podrat müqaviləsinə icra müqaviləsi barədə məlumat daxil edilməli olduğu barədə Etiraz müəllifinin fikri, yenə də, həm hüquqi, həm də məntiqi cəhətdən qüsurludur. Qanunvericiliyin heç bir norması podrat müqaviləində hər hansı digər bir müqavilə barədə məlumat daxil edilməsi zorumluluğu barədə müddəa nəzərdə tutmur. Müqavilə, bilindiyi kimi, tərəflərin qarşılıqlı hüquq və öhdəliklərini müəyyən edir və tərəflərin qarşılıqlı münasibətlərinə aidiyyatı olmayan hər hansı bir müddəanın müqaviləyə daxil edilməsi tələb edilmir. Belə müddəanın olmaması müqavilənin hüquqi qüvvəsinə və tərəflər üçün məcburiliyinə xələl gətirmir. Etiraz müəllifi bunları bilmirsə nə yazıq, və ya bilərəkdən məsələlərə qarışıqlıq gətirirsə, o zaman məhkəmə onun bu hərəkətinə, düşünərək, müvafiq hüquqi qiymət verməlidir. Və nəhayət, Etiraz müəllifi yuxarıdakı bəlağət incilərini belə bir fikirlə tamamlayır ki, guya “Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin heç birinin hüquqi əsası və dəlili olmamışdır”. Bununla əlaqədar məhkəməyə qarşılıqlı iddia ərizəsi və iddia məbləğinin artırılması barədə ərizədəki tələbləri təsdiq edən kifayət qədər sübut və dəlil təqdim edilmişdir (müqavilələr, pretenziya məktubları, yazışma sənədləri, aktlar, fotoşəkillər, cədvəllər və s.) Amma, etiraz müəllifi özü öz yazdıqlarını sübut və ya təsdiq edən heç bir sübut və dəlil təqdim edə bilmir. Yalnız məntiqdən uzaq əsassız bəyanlarla kifayətlənməli olur. Etiraz müəllifinin Etirazda daha sonra istinad etdiyi qanun müddəaları onun mövqeini yox, daha çox Cavabdehin mövqeini dəstəkləyir, xüsusən də, MM-nin • 390.1-ci maddəsi (müqavilə azadlığı – göstərir ki, podrat müqaviləsinin tərəfləri müqaviləyə icarə ilə əlaqədar hər hansı bir müddəa daxil etmək məcburiyyətində olmamışlar), • 752.1-ci maddəsi (podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürmüş, lakin tam icra etməmişdir, icra olunmuş işlərin muzdunun ödənilməsindən Cavabdeh qaçmır, lakin bu şərtlə ki, iddiaçı da, Cavabdehə yetirdiyi zərəri tam həcmdə ödəsin. 752.2–ci maddəsinə istinad yersiz görünür və onun tətbiqi barədə etiraz müəllifi açıqlama vermir. 753.1-ci və 769-cu maddələrinə istinadın məqsəd və məramı anlaşılmır və etiraz müəllifi heç bir açıqlama təqdim etmir. Yalnız onu demək olar ki, şərtləşdirilmiş muzdun ödənilməsi işin qənaətbəxş şəkildə yekunlaşdırılaraq təhvil verilməsi ilə şərtləndirilir, qanun nəzərdə tutur ki, natamam iş üçün ya natamam muzd ödənilməli, ya da ümumiyyətlə ödənilməməlidir. 770-ci maddəyə istinad da yersiz görünür, belə ki, orada muzd ödənilməsi işin məqbulluği ilə şərtləndirilir, baxılan halda isə yerinə yetirilən iş həcm və keyfiyyət cəhətlərindən qeyrməqbul olmuşdur və deməli muzd ödənilməsi öhdəliyi əmələ gəlməmişdir. Və nəhayət etirazın yekunlaşdırıcı cümləsi də məntiqi cəhətdən qüsurludur, belə ki, deyilir ki, “Qanunvericiliyin tələblərindən göründüyü kimi qarşılıqlı iddia ərizəsində qeyd edilənlər işin faktiki haİına uyğun gəlməmişdir”. Lakin, işin faktiki halı qanunvericiliyin tələbləri ilə müəyyən edilə bilməz, əksinə müəyyən edilmiş faktiki hallara uyğun qanunvericilik müddəaları müəyyən və tətbiq edilməlidir. Qanunvericilik tələbləri həmişə mövcuddur və onlar faktiki halların mövcud olub-olmamasını müəyyənləşdirmirlər. Məs. öhdəlik pozulmasına görə məsuliyyət haqqında müddəa öhdəliyin faktiki olaraq pozulubpozulmadığını müəyyən edə bilməz. Göründüyü kimi, bu bəyanda məntiqi qüsuruna görə məntiqi təhlilə gəlmir.
II. Tərəflərin mövqeləri:
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə tələbləri 10 oktyabr 2022-ci il tarixli, 3 saylı əlavəsinə əsasən qalıq borcu ƏDV daxil olmaqla 33.132,41 manat, əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manatın tutulmasından ibarətdir.
12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdein/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri qarşılıqlı iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin Əlavə işlərin dəyərinə münasibətdə qismən qəbul etdiklərini, qalan hissədə ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, bir neçə dəfə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verməklə nəticə etibarı ilə tələbləri: alqı-satqı müqaviləsi üzrə Sifariş orderi 1 və 3 üzrə icra edilməmiş və lazımi şəkildə icra edilməmiş təchizat həcmləri ilə bağlı yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə müvafiq olan ödəniş həcmləri ümumilikdə 50,177 manat artıq ödəmənin geri qaytarılması, müqavilə ilə nəzərdə tutulan, lakin KP tərəfindən yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə görə başqa şirkətə ödədikləri 10,200 manat pulun, Sifariş orderi 1 və 3-də göstərilən işlərin vaxtında təhvil verilməməsinə görə 24,980.77 manat cərimə məbləğin, təmir işlərini qarşılıqlı iddia üzrə iddiaçı vaxtında təhvil vermədiyi və nəticədə Cavabdeh MMC-nin bağladığı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini Nobel Oil Şirkətinə vaxtında təqdim etmədiyi üçün Nobel Oil tərəfindən Raviyə tətbiq etdiyi cərimə məbləği 235726 manatın zərər formasında və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasından ibarətdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinə əsasən:
15. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş malları və xidmətləri (bundan sonra “Mallar” adlanacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malları və xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı tərəfindən Alıcıya göndəriləcək Malın və xidmətin adı. siyahısı, təsviri, çatdırılma müddəti və həmin Malın satış qiyməti Alıcı tərəfindən verilən və Satıcı tərəfindən təsdiq edilən, bu Müqaviləyə əlavə olunacaq Sifariş Orderində təsbit edilir. Sifariş Orderi bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən qaydada tərtib olunur.
17. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə ödəniş Satıcının təqdim etdiyi Hesab-faktura əsasında aparılır. Bu Müqavilə üzrə ödəniş şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə müəyyən edilir.
18. Müqavilənin 3.2-ci bəndinə əsasən mallar və xidmətlər təhvil verilərkən. X7-faktura təqdim edir.
19. Müqavilənin 3.3-cü bəndinə əsasən mallar Alıcıya təhvil verildikdən sonra Tərəflərin Qaimə-fakturanın imzaladığı tarix Malların təchiz tarixi hesab olunur. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ X4 təchizi tarixində keçir.
20. Müqavilənin 3.4-cü bəndinə əsasən bu Müqavilə üzrə hər hansı vergi ödənişi Sifariş Orderində göstərilən məbləğlərə daxil edilir.
21. Müqavilənin 4.1-ci bəndinə əsasən Mallar Alıcı tərəfindən Sifariş Orderində göstərilən müddət ərzində Satıcı tərəfindən Alıcının əvvəlcədən göstərdiyi ünvana çatdırılacaqdır. Malların çatdırılması Sifariş Orderində qeyd olunan Malların qiymətinə daxildir və Satıcının hesabına həyata keçirilir.
22. Müqavilənin 4.2-ci bəndinə əsasən malların təchizatı müəyyən edildiyi müddətdən gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam gün üçün 7.4-cü maddəsində göstərilmiş qaydada cərimə oluna bilər.
23. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcının vəzifələri:
24. Müqavilənin 5.2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun malları qaiməfaktura əsasında satıcıdan qəbul etmək;
25. Müqavilənin 5.2.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə Malların keyfiyyətini yoxladıqdan sonra onların dəyərini Müqavilə və Sifariş Orderində göstərilən müddətdə və məbləğdə Satıcıya ödəmək.
26. Müqavilənin 5.3-cü bəndinə əsasən satıcının hüquqları:
27. Müqavilənin 5.3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə alınması nəzərdə tutulan Malların razılaşdırılmış qiy mətinin Alıcı tərəfindən müqavilə və onun ayrılmaz tərkib hissələrində göstərilmiş vaxtda və miqdarda ödənilməsini tələb etmək.
28. Müqavilənin 5.4-cü bəndinə əsasən satıcının vəzifələri:
29. Müqavilənin 5.4.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq malları vaxtında alıcıya çatdıraraq onları qaimə-faktura əsasında təhvil vermək.
30. Müqavilənin 7.4-cü bəndinə əsasən satıcı bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icranın gecikdirildiyi hər təqvim günü üçün bu sifariş orderində göstərilən malların qiymətinin 0.1%-i həddində cərimə olunur.
31. 01 may 2022-ci il tarixli, RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinin 1 saylı əlavəsi olan 1 saylı sifariş orderinə əsasən mallar alıcıya məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., 113 ünvanında yerləşən binaya çatdırılacağı və quraşdırılacağı, o cümlədən 280486 manatlıq (ƏDV daxil 330973,48 manat) sifariş orderi üzrə malların çatdırılması və qurşadırılması avans ödənişi edildikdən sonra 60 gün ərzində yerinə yetiriləcəyi qeyd olunmuşdur.
32. 01 may 2022-ci il tarixli, RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2022-ci il tarixli 3 saylı sifariş orderinə əsasən mallar alıcıya məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., 113 ünvanında yerləşən binanın 24-cü mərtəbəbəsinə çatdırılacağı və quraşdırılacağı, o cümlədən 290192,56 manatlıq (ƏDV daxil 342427,22 manat) sifariş orderi üzrə malların çatdırılması və qurşadırılması avans ödənişi edildikdən sonra 60 gün ərzində yerinə yetiriləcəyi qeyd olunmuşdur.
33. 01 may 2022-ci il tarixli, RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə 1 saylı qoşmasına əsasən cəmi məbləğ 280486 manat müəyyən edilmişdir.
34. 01 may 2022-ci il tarixli, RVY/2022-00050 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavəsinə 1 saylı qomasına əsasən cəmi məbləğ 12518 manat, 2 saylı qoşmaya əsasən 17073,20 manat, 3 saylı qoşmasına əsasən 39120,66 manat, 4 saylı qoşmasına əsasən 35653,60 manat, 5 saylı qoşmasına əsasən 61767,10 manat, 6 saylı qoşmasına əsasən 290192,56 manat müəyyən edilmişdir.
35. İddiaçı MMC xx.xx.2022-ci il tarixi müqavilə üzrə 212.752,23 manatlıq xidmətə dair xx.xx.2023-cü il tarixli EBCP029633 saylı, 6340 manatlıq xidmətə dair xx.xx.2023-cü il tarixli EBCP032689 saylı, 118.221,25 manatlıq xidmətə dair xx.xx.2025-ci il tarixli EBDG126325 saylı, 342427,22 manatlıq xidmətə dair xx.xx.2023-cü il tarixli EBDG129332 saylı, 100187,50 manatlıq xidmətə dair EBDG126325 saylı və Əlavə işlər üzrə 128345,06 manatlıq xidmətə dair xx.xx.2023-cü il tarixli EBDS294017 saylı e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
36. xx.xx.2022-xx.xx.2023-cü il tarixli Cavabdeh və İddiaçı MMC arasında hesablaşma üzrə təqdim edilmiş qaimələr üzrə cəmi ƏDV daxil 33142,41 manat borc və cəmi cəmi 699211,09 manat ödənildiyi qeyd olunmuşdur.
37. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RVY/2022-00112 saylı xidmət müqaviləsinə əsasən:
38. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə icraçı bu Müqavilə ilə müəyyən olunmuş qaydada Tərəflər arasında imzalanmış Sifariş Orderi əsasında qeyd olunmuş müvafiq xidmətləri göstərməyi sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür.
39. Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən icraçı tərəfindən Sifarişçiyə göstəriləcək Xidmətlərin acı, siyahısı, təsviri, göstərilmə müddəti və həmin Xidmətin qiyməti Sifarişçi tərəfindən verilən və Sancı tərəf näswı təsdiq edi.ən, bu Müqaviləyə əlavə olunacaq Sifariş Orderində təsbit edilir.
40. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçının təqdim etdiyi hesab-faktura əsasında aparılır. Bu Müqavilə üzrə ödəniş şərtləri müvafiq Sifariş Orderində müəyyən edilir.
41. Müqavilənin 2.2-ci bəndinə əsasən Sifariş orderində qeyd olunmuş ödənişin edilməsi üçün icraçı Sifarişçiyə hesab-fakturanı təqdim edir. Sifarişçi hesab-fakturanı aldıqda, ödəniş hesab-fakturanı aldığı tarixdən 10 təqvim günü ərzində həyata keçirir. Müqavilə üzrə hər yeni bir xidmətlər yerinə yetirildikdən sonra Tərəflər arasında təhviltəslim aktı imzalanır.
42. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlər Sifarişçi tərəfindən Sifariş Orderi imzalandıqdan sonra Sifariş orderində müəyyən olunmuş müddət ərzində icraçı tərəfindən yerinə yetirilməlidir.
43. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçinin hüquqları:
44. Müqavilənin 5.1.6-cı bəndinə əsasən icraçı xidmətlərin göstərilməsində və ya göstərilmiş xidməltərin nəticələrini sifarişçiyə verməkdən imtina etdikdə bu müqavilənin icrasından imtina etmək və ödənişləri və xərcləri geri tələb etmək;
45. Müqavilənin 5.1.9-cu bəndinə əsasən sifarişçi xidmətlərin icrası zamanı qüsurlar baş verdikdə icraçının hesaına həmin qüsurun aradan qaldırılmasını tələb etmək.
46. Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı MMC tərəfindən əlavə işlər üzrə 1 saylı cədvələ əsasən görülmüş və Cavabdeh MMC tərəfindən qəbul edilən işlərin məbləği 53.816 manat, 2 saylı cədvələ əsasən - görülmüş və Cavabdeh MMC tərəfindən qəbul edilən işlərin məbləği 8470 manat və 3 saylı cədvələ əsasən - görülmüş və Cavabdeh MMC tərəfindən qəbul edilən işlərin məbləği 7000 manat müəyyən edilmişdir.
47. xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 3 saylı əlavə əsasən ƏDV daxil 239699,05 manat məbəğində 70% avans ödənişi, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən ƏDV daxil 47265,49 manat məbəğində qismən ödəniş, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin xx.xx.2022-ci il tarixli 3 saylı əlavəsinə əsasən ƏDV daxil 102728,17 manat məbəğində, 1 saylı əlavəsinə əsasən 118221,25 manat məbləğində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən ƏDV daxil 165486,74 manat olmaqla 50% avans ödənişi Cavabdeh MMC tərəfindən tam ödəmə həyata keçirilmişdir.
48. xx.xx.2022-ci il tarixli 292 saylı ödəniş tapşırığına əsasən 140243 manat məbəğində 50%-lik avans ödənişi, xx.xx.2022-ci il tarixli 522 saylı ödəniş tapşırığına əsasən alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli HF-yə əsasən 203134,79 manat məbləğində 70% avans ödənişi, xx.xx.2023-cü il trixli, 10 saylı ödəniş tapşırığına əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə elave 2, 0622 saylı xx.xx.2022-ci il tarixli HF-yə əsasən 3170 manat məbləğində 50% avans ödənişi, xx.xx.2023-cü il tarixli, 71 saylı ödəniş tapşırığına əsasən EBCP0029633 saylı e-qaimə üzrə 40055,50 manat məbəğində, xx.xx.2023-cü il tarixli 223 saylı ödəniş tapşırığına əsasən EBDG126352 və EBDG129332 saylı e-qaiməyə əsasən 159158,48 manat məblğində pul vəsaiti Ravy property MMC tərəfindən ödənilmişdir.
49. Köçürülmənin aparılması haqqında xx.xx.2023-cü il tarixli bildirişə əsasən alqı-satqı müqaviləsi üzrə EBCP ******* saylı e-qaiməyı əsasən 7209.99 manat qalıq məbləğin qismən ƏDV ödənişi, xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən BDG126325 saylı, EBDG129332 saylı e-qaimələr üzrə 28648, 53 manat məbləğində qismi ƏVD ödənişi, Ravy property MMC tərəfindən yerinə yetirilmişdir.
50. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2020-ci il tarixli hesab faktura üzrə 154000 manat məbləğində, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 500.000 manat Nobel Oil LTD Şirkətinin AR Filialı tərəfindən Cavabdeh MMC-yə ödənişlər edilmişdir.
51. Görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə nömrə 1 qoşma 1 üzrə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 113 ünvanında yerləşən binada görülən işlərin cəmi məbləği 118221,25 manat müəyyən edilmiş və akt bir tərəfli qaydada imzalanmışdır.
52. Koray Gurbuzun əlavə görülən işlər üzrə xx.xx.2023-cü il tarixli ünvanladığı elektron məktubda görüləcək işlərin açıqlaması və işlərə münasibət yazışmada öz əksini tapmışdır.
53. İddiaçı MMC tərəfindən tərtib edilmiş görülmüş “Əlavə işlər” cədvəlinə əsasən işlərin həcmi (ədv-siz) 108767 manat məbləğində müəyyən edilmişdir.
54. İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC ilə aralarında olan hesablaşmaya dair maliyyə arayışına əsasən müqavilələr üzrə təqdim edilmiş elektron qaimə fakturalara görə cəmi ƏDV daxil 732353,50 manat, cəmi ödənilən məlbəğ ƏDV daxil 699211,09 manat, xx.xx.2022-ci il tarili RVY/2022-00050 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 3 saylı əlavəsinə əsasən qaimələr üzrə qalıq borc ƏV daxiil 33142,41 manat, əlavə işlər üzrə təqdim edilmiş elektron qaimə fakturalara görə ƏDV daxil 99671,06 manat, layihələrin hazırlanması üzrə ƏDV daxil 28674 manat, əlavə işlərə və layihələrin hazırlanması üzrə qalıq borc ƏDV daxil 128345,06 manat müəyyən edilmişdir.
55. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2022-ci il tarixli RVY\2022-00065 saylı icarə müqaviləsinə 1 saylı xx.xx.2023-cü il tarixli Əlavə razılaşmaya əsasən müqavilənin “öhdəliklərin pozulması” adlanan 10-cu bəndinə yeni məzmundə 10.3cü yarımnənd əlavə edilmiş və “İcarəyə verən bu müqavilənin 8.2.1-ci bəndində nəzərə utulmuş icarəyə verilən əmlakın təhvil verilməsinə dair öhdəliyini 15 avqust 2023-cü il tarixinədək yerinə yetirməzsə, icarəçi tərəfindən icarəyə verənə təhvil-təslimin gecikdirildiyi hər ay üçün aylıq icarə haqqı məbləği qədər, yəni 29464,50 manat (ƏDV xaric) məbləğində cərimə tətbiq olunacaqdır”.
56. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-2(113)-1974/2024 saylı qərardadı iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113 ünvanında yerləşən qeyri-yaşayış sahəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş “Əlavə işlər” cədvəlində göstərilən mətbəx divarları üçün keramoqranit alınması; keramoqranitlərin divara vurulması işçilik; mövcud layihəyə uyğun olaraq yapışdırıcı malzemelər; reseption üçün desk yığılması; reseption için desk üzerine keramoqranit yığılması; aluminyum profillerin alınması; tavan müdahale kapakları alınması adlı işlərin "xxxx" MMC tərəfindən faktiki görülmüş həcmlərinin, "xxxx" MMC tərəfindən tərtib olunmuş “Əlavə işlər” cədvəlində göstərilən “Proje hazırlanması” işin orta bazar qiymətinin və "xxxx" MMC tərəfindən tərtib olunmuş “Əlavə işlər” cədvəlində göstərilən “Otaq qapıları üçün qapı dəstəyi, magnitli zamok, özəl gizli petle alınması və montajının yapılması” adlı iş icra edilmişdir mi? İcra edilmişdirsə həmin işin həcmi və orta bazar dəyəri nəqədər təşkil etməsinə dair suallar qoyulmuşdur.
57. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2024-cü il tarixli, 10/4724 saylı rəyində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mətbəx tikilisinin divarlarının 54.0 kv.m. hissəsinə keramoqranit vurulduğu, uzunluğu 3,4 m olan “qəbul masası (reception desk)” yığılaraq üzərinə keramoqranit vurulduğu, qeyri-yaşayış sahəsinin işıqlandırılması üçün quraşdırılmış spot lampaların ümumi uzunluğu 45,0 m olan aliminium profillərlə tavana bərkildiyi, ümumilikdə 47 ədəd tavan müdaxilə qapaqlarının qurşdırıldığı müəyyən edildiyi, "xxxx" MMC tərəfindən tərtib olunmuş “Əlavə işlər cədvəlində” göstərilən “Proje hazırlanması” işin orta bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi “tikinti-texniki oyektlərin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadığı və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ümumilikdə 17 ədəd qapı quraşdırıldığı, bu qapıların hər birində qapı dəstəyi, magnitli kilid (zamok), özəlgizli petlələrin olduğu müəyyən edildiyi, quraşdırılan qapı və aksesuarların qiymətinə dair tikinti bazarında, eləcə də internet saytlarında məlumat olmadığından bazar qiymətinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur.
58. İşdən göründüyü kimi hazırkı mübahisənin əsasını iki müqavilə yəni alqı-satqı və podrat (xidmət) müqavilələri təşkil etmiş və məhkəmə də hüquqi qiymətləndirməni Mülki qanunvericilikdə həmin müqavilələr üzrə tənzimləməni həyata keçirən normalar əsasında dəyərləndirilməsini əsaslı hesab edir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
60. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
61. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
62. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
63. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
64. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
65. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
66. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
67. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
68. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
69. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
70. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
71. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
72. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
73. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
74. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
75. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
76. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
77. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
78. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
79. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
80. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
81. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir.
82. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ilə arasında alqı-satqı və xidmət (podrat) müqavilələri bağlanılmış. Cavabdeh MMC-nin sifariş orderlərinə əsasən icraçı İddiaçı MMC malları təchiz etməklə qeyri-yaşayış sahəsini təmir edib işləri sifarişçiyə təhvil verməli idi. Müqavilələrin bağlanması, işlərin və hətta əlavə işlərin bəzilərinin görülməsi, müvafiq ödənişlərin edilməsi işin mübahisə edilməyən halıdır.
83. İlkin iddiaçı məhkəməyə müraciət edərək əsas işlərə görə (xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3 saylı əlavəsinə-Sifariş orderinə əsasən ƏDV daxil 342.427,22 manat) ödənilməmiş qalmış ƏDV daxil olmaqla 33.132,41 manatın və ümumiyyətlə ödənilməmiş əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manatın ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş edir.
84. İlkin iddianın - 33.132,41 manata dair hissədə məhkəmə aşağıdakıları qeyd edir.
85. İlkin iddia üzrə cavabdeh bu tələbə etiraz edərək bildirir ki, iddiaçının birinci tələbi (33.132,41 manat) əsassızdır, belə ki, qarşılıqlı iddia verməklə bildirir ki, Sifariş Orderləri 1 və 3 üzrə artıq ödənilmiş və icraçı tərəfindən icra edilməmiş və lazımi şəkildə icra edilməmiş təchizat həcmləri ilə bağlı yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə görə 50,177 manat artıq ödəmənin geri qaytarılması tələb edir.
86. Məhkəmə ilkin iddianın bu hissəsini əsaslı, cavabdehin arqumentlərini əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3 saylı xx.xx.2022-ci il tarixli Sifariş orderinə əsasən iddiaçı tərəfindən cavabdehə 290.192,56 manatlıq (ədv daxil 342427,22 manat) EBDG129332 saylı xx.xx.2023-cü il tarixli işlərin görülməsinə dair eqaimə göndərilmişdir. Həmin qaimə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 0423 saylı hesab-faktura təqdim edərək 3 saylı Sifariş orderinə (Əlavəyə) əsasən tam ödəmə qeyd edilsə də, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli 223 saylı ödəniş tapşırığına əsasən 159.158,48 manatlıq ödənişin təyinatlarında başqa e-qaimələrlə yanaşı EBDG129332 saylı e-qaimə üzrə qismən ödəniş göstərərək ödənişi həyata keçirmişdir. Yəni, baxmayaraq ki, 3 saylı Sifariş orderinə əsasən görülən işlərin təhvil-təslimə dair akt cavabdeh tərəfinən imzalanmasa da, məhz həmin işlərə dair göndərilən e-qaimə düzəliş (məbləğdə, işlərin həcmində) üçün geri qaytarılmamış, əksinə həmin e-qaimə üzrə müəyyən ödənişlər belə edilmişdir. Beləliklə də, məhkəmə tərəfindən Sifariş Orderi-3 üzrə işlərin tam görülməsi və cavabdeh tərəfindən qəbul edilməsi kimi giymətləndirərək, hesab edir ki, ilkin iddia 33.132,41 manata dair hissədə təmin edilməlidir.
87. İlkin iddianın digər hissəsi - Əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manatın cavabdehdən tutulması təşkil edir. Bu hissədə məhkəmə iddianı qismən əsaslı hesab edir.
88. Belə ki, müqavilədən və sifariş orderlərində göstərilmiş işlərdən başqa Əlavə işlərin görülməsini hər iki tərəf təsdiq və qəbul edir. Lakin, ilkin iddia üzrə cavabdeh Əlavə işlərə qismən etiraz edərək bildirmişdir ki, iddiaçı əlavə işlərin cədvəlini e-mail vasitəsi ilə göndərilən zaman görüləcək Əlavə işlərin bəzilərinin qiymətlərini daha az məbləğdə göstərsə və onlarla razılaşdırsa da, lakin sonradan tələb olunan məbləği süni şəkildə artırmaq məqsədi ilə məhkəməyə təqdim etdiyi Əlavə-işlər cədvəlində işlərin giymətini daha baha göstərmişdir. Belə ki, məhkəməyə təqdim olunan Əlavə-işlər cədvəlində GENEL WC Moydadır (corian materialdan yığılma) adlı işin qiyməti 2350 manat qeyd edilsə də, cavabdehə göndərilən Əlavə-işlər cədvəldə həmin işin dəyəri 1950 manat olaraq (cəmi dəyəri 3900 manat), Otaq 1də lustur və raylı sportların, rozetka və led isiqların... – 5550 manat göstərilsə də, cavabdehə 3250 manat olaraq (cəmi dəyər 3250 manat) və Genel WC cerciveli guzgu (hər iki tərəf bu işin əslində “plintus” işi olduğunu qeyd etdilər) – 29 manatla qeyd edilsə də, cavabdehə 26 manat (cəmi dəyəri 6760 manat) olaraq təklif edilmişdir və cavabdeh qeyd edilən işləri məhz həmin dəyərdə qəbul edərək razılıq vermişdir. Məhkəmə hesab edir ki, həmin işlərin görülməsi cavabdeh tərəfindən mübahisələndirmədiyi üçün, işlər görülmüş hesab edilməli, lakin işlərin dəyəri məhkəməyə təqdim edildiyi cədvəldə göstərilən giymətlə deyil, ilkin olaraq iddiaçı tərəfindən cavabdehə göndərilən təklifdə müəyyən edilən məbləğdə müəyyən edilməlidir.
89. Bundan əlavə, tərəflər arasında Əlavə işlərə dair mail üzərindən aparılmış razılaşma zamanı iddiaçı əlavə iş kimi “Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat) göstərsə də, lakin, cavabdeh tərəf həmiş işlərin qarşısında “0” qeyd edərək geri qaytarmışdır cədvəli.
90. Məhkəmə qedişatı zamanı ilkin iddia üzrə cavabdeh Əlavə işlərdən “Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat) ümumiyyətlə qəbul etməmişdir. Çünki cavabdeh proekti başqa şirkətə sifariş verərək işin görülməsi üçün hazır proekti ilkin iddia üzrə iddiaçıya təqdim edib, iddiaçı isə həmin proektə müəyyən düzəliş edərək yeni layihə tərtib edərək əlavə olaraq 24300 manat pul tələb edir. Qapı aksessuarlarına gəldikdə isə cavabdeh qeyd edir ki, ayrıca aksesuarlar iddiaçıya sifariş verilməmişdir, çünki qapı quraşdırılması deyəndə aksesuarlar daxil nəzərdə tutulmuşdur və giymətlər də razılaşdırılmışdır. Məhkəmə qedişatı zamanı ilkin iddia üzrə iddiaçı “Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat) adlı işlərin cavabdeh tərəfindən sifariş verilməsinə və tərəflər arasında razılaşdırılmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, əksinə cavabdeh tərəf mail vasitəsi ilə Əlavə işlər razılaşdırılan zaman onlara etiraz edərək qarşılarında “0” qeyd edərək qeri qaytarmışdır. Ona görə də məhkəmə hesab edir ki, Əlavə işlərə görə tələb olunan məbləğdən 24.300 manat və 9.775 manat təmin edilə bilməz.
91. Bundan əlavə ilkin iddia üzrə cavabdeh Əlavə işlərin bəzilərinin giymətini deyil, ölçülərini mübahisələndirmişdir. Məhz mübahisələndirilən işlərin faktiki görülmüş ölçülərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və rəy alınmışdır. Rəydən də göründüyü kimi, bəzi işlər Əlavə-işlər cədvəlində qeyd edilən ölçüdə deyil, daha az ölçüdə görülmüşdür. Bu hissədə də məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən faktiki ölçülər götürülməklə Cədvəldə qeyd edilən işlərin dəyərinə vurulmaqla, həmin işlərə görə borc məbləği müəyyən edilməlidir. Yəni, Mövcud layihəyə uyğun olaraq mətbəx divarları üçün Keramoqranit alınması Əlavədə göstərilən 62 kv.m və ya cavabdehin bildirdiyi kimi 52 kv.m yox, ekspert rəyində göstərilən faktiki 54 kv.m, Keramoqranitlərin divara vurulması işçilik Əlavədə göstərilən 62 kv.m və ya cavabdehin bildirdiyi kimi 52 kv.m yox, ekspert rəyində göstərilən faktiki 54 kv.m, Mövcud layihəyə uyğun olaraq Reseption için Desk yığılması və Reseption için Desk uzerinə keramoqranit yığılması - Əlavədə göstərilən 3,5 kv.m yox, cavabdehin bildirdi və ekspert rəyində göstərilən faktiki 3,4 kv.m, Aluminyum profillərin alınması - Əlavədə göstərilən 50 kv.m və ya cavabdehin bildirdiyi kimi 44,2 kv.m yox, ekspert rəyində göstərilən faktiki 45 kv.m, Tavan müdahale kapakları alınması Əlavədə göstərilən 51 ədəd və ya cavabdehin bildirdiyi kimi 45 ədəd yox, ekspert rəyində göstərilən faktiki 47 ədəd əsas götürülməklə və həmin işlərə görə cavabdehin mübahisələndirmədiyi giymətlərlə hesablayaraq müəyyən edilməlidir (diqər qeyd edilmələn işlər və işlərin dəyərləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir).
92. Beləliklə, Əlavə işlərlə bağlı bütün mübahisəli hallar araşdırılaraq, məhkəmə hesab edir ki, Əlavə işlərin dəyəri olaraq tələb edilən məbləğdən cavabdehlə razılaşdırılması və cavabdehin sifariş verilməsi müəyyən edilməyən (“Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat)) işlərin dəyəri çıxılmalı, yuxarıda qeyd edilən giymət fərqləri ilə bağlı icraçı tərəfindən sifarişçi ilə email vasitəsi ilə razılaşdırdığı (təklifdə göndərildiyi) məbləğlər əsas götürülməli və görülmüş işlərin həcmi ilə bağlı mövcüd olan fəqlərə dair ekspert rəyində göstərilən ölçülər əsas götürülməklə işlərin giymətlərinə vurulmaqla yekun olaraq 69.185 manat borc məbləğ + 12.453,3 manat ƏDV məbləği olmaqla cəmi 81.638,3 manat Əlavə işlərə görə borc məbləği ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
93. Qarşılıqlı iddia tələbinə dair hüquqi qiymətləndirmə:
94. Qarşılıqlı iddia ərizəsi bir neçə tələbdən ibarətdir. Birincisi, 50.177 manat artıq ödəmənin geri qaytarılması tələbidir. Qarşılıqlı iddiaçı iddia edir ki, Sifariş Orderi 1 və 3 üzrə edilmiş ödənişlər müqabilində icraçı 50,177 manat dəyərində bəzi işləri görməmiş və bəzilərini qüsurlu icra etmişdir, ona görə də həmin məbləğin geri qaytarılmasını tələb edir. Məhkəmə bu tələbi əsassız hesab edir.
95. Belə ki, Sifariş Orderi 1 üzrə cəmi görülməli işlərin dəyəri tərəflər arasında qarşılıqlı olaraq 330.973,48 manat (ƏDV-siz məbləğ 280.486 manat) müəyyən edilməklə icarçı tərəfindən sifarişçiyə həmin işlərə görə iki e-qaimə (xx.xx.2023-cü il tarixli EBCP029633 saylı 212752,23 manat və xx.xx.2023-cü il tarixli EBDG126325 saylı 118221,25 manat) göndərilmişdir, Sifariş Orderi 3 üzrə tərəflər cəmi görülməli işlərin dəyərini 342.427,22 manat (ƏDV-siz məbləğ 290.192,56 manat) müəyyən etməklə icraçı tərəfindən sifarişçiyə bir e-qaimə (xx.xx.2023-cü il tarixli EBDG123332 saylı) göndərilmişdir. Və ödəniş tapşırıqlarından da göründüyü kimi həmin qaimələr düzəliş üçün geri qaytarılmadan sifarişçi tərəfindən təyinatları məhz həmin Sifariş orderi və həmin e-qaimələr göstərilməklə ödənişlər edilmişdir. Beləliklə də, məhkəmə tərəfindən Sifariş Orderləri 1 və 3 üzrə işlərin tam görülməsi və sifarişçi tərəfindən qəbul edilməsi kimi giymətləndirərək və qətnamənin 86 paraqrafında yazılanları da əsas götürərək qarşılıqlı iddia tələbinin bu hissədə rədd edlməli qənayətinə gəlir.
96. Qarşılıqlı iddia tələbinin digər hissəsini - müqavilə ilə nəzərdə tutulan, lakin İddiaçı MMC tərəfindən yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə görə başqa şirkətə ödədikləri 10,200 manat pulun tutulması tələbini məhkəmə əsassız hesab edir. Belə ki, qarşılıqlı iddianın birinci tələbinin məntiqi davamı olaraq, məhkəmə qarşılıqlı iddiaçının qeyd etdiyi kimi bəzi işlərin görülməməsi və ya qüsurlu görülməsini (qətnamənin 94 və 95 paraqrafları) əsaslı hesab etmədiyi üçün, başqa şirkətlərə ödənilən xərc (zərər) kimi bu tələb də təmin edilə bilməz. Məhkəmə bu hissədə əlavə olaraq onu da qeyd edir ki, qarşılıqlı iddiaçının bu tələbə dair təqdim etdiyi sübutlardan digər üçüncü şirkətlə bağlanmış müqavilə üzrə görülən işlərin məhz qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən görülməli, lakin görülməmiş və ya qüsurlu görülmüş iş olduğu müəyyən edilmir.
97. Qarşılıqlı iddia üzrə digər tələb - Sifariş orderi 1 və 3-də göstərilən işlərin vaxtında təhvil verilməməsinə görə 24,980.77 manat cərimə məbləğinin cavabdehdən tutulmasını məhkəmə əsaslı hesab edir.
98. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 7.4-cü bəndinə əsasən satıcı bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icranın gecikdirildiyi hər təqvim günü üçün bu sifariş orderində göstərilən malların qiymətinin 0.1%-i həddində cərimə olunur.
99. Sifariş Orderi 1 (cəmi görülməli işlərin dəyəri 280.486 manat) və Sifariş Orderi 3 (cəmi görülməli işlərin dəyəri 290.192,56 manat) əsasən avans ödənişi edildikdən sonra 60 gün ərzində işlər təhvil verilməli idi. Lakin, Sifariş Orderi 1 üzrə avans ödənişi qarşılıqlı iddia üzrə cavabdehin xx.xx.2022-ci il tarixli 0122 saylı hesab-fakturasına əsasən iddiaçı xx.xx.2022-ci il tarixində ödəniş etmiş olsa da və beləliklə işlər ən geci xx.xx.2022-ci il tarixində təhvil verilməli olduğu halda, həmin Sifariş orderi üzrə təhvil-təslim aktı mövcüd deyil, həmin işlər üzrə e-qaimələr isə xx.xx.2023 və xx.xx.2023-cü il tarixində, yəni təxminən 4 və 6 aydan artıq müddət sonra sifarişçiyə göndərilmişdir. Sifariş Orderi 3 üzrə avans ödənişi edilib xx.xx.2022-ci il tarixində, deməli işlər ən geci xx.xx.2022-ci il tarixinə kimi təhvil verilməli olduğu halda həmin Sifariş orderi üzrə təhvil-təslim aktı mövcüd deyil, həmin işlər üzrə e-qaimələr isə xx.xx.2023-cü il tarixində, yəni təxminən 5 aydan artıq müddət sonra sifarişçiyə göndərilmişdir.
100. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, icraçı (qarşılıqlı iddia üzrə cavabdeh) işləri gecikdirmiş, belə olan halda Müqavilə şərtinə əsasən iddiaçı cavabdehdən dəbbə pulunun tələb edilməsində haqlı olmuşdur.
101. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
102. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
103. Belə olan halda məhkəmə gecikdirilən işlərin məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, tələb olunan 24.980,77 manat dəbbə pulu qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
104. Qarşılıqlı iddia ərizəsi üzrə sonuncu tələb - təmir işlərini qarşılıqlı iddia üzrə iddiaçı vaxtında təhvil vermədiyi və nəticədə Cavabdeh MMC-nin bağladığı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini Nobel Oil Şirkətinə vaxtında təqdim etmədiyi üçün Nobel Oil tərəfindən Raviyə tətbiq etdiyi cərimə məbləği 235726 manatın zərər formasında qarşılıqlı cavabdehdən tutulması hissəsində tələbi məhkəmə əsaslı hesab etmir və həmin hissədə iddia rədd edilməlidir.
105. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
106. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).
107. Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 6.1-ci bəndinə və Alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə əsasən Tərəflər bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini (vasitəli və ya dolayı zərər yaxud itki, əldən çıxmış fayda və ya gəlir, hasilat, məhsul itkisi istisna olmaqla) ödəməyə borcludur. Xidmət müqavilənin 5.1.6-ci bəndinə əsasən sifarişçi İcraçı Xidmətlərin göstərilməsindən və ya göstərilmiş Xidmətlərin nəticələrini Sifarişçiyə verməkdən imtina etdikdə bu Müqavilənin icrasından imtina etmək və ödənişləri və xərcləri geri tələb etmək hüququna malikdir.
108. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə vurulmuş zərərin ödənilməsi nəzərdə tutulsa da, vasitəli və ya dolayı zərər yaxud itki istisna edilmişdir. İcarə müqaviləsi üzrə icarəçiyə qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsi nəticəsində vurulmuş zərər məhkəmə tərəfindən dolayı zərər kimi giymətləndirilir və tərəflər arasında bağlanmış müqavilələrdə həmin zərərin tələb edilməsi istisna edilmişdir. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı üçüncü şirkət (icarəçi Nobel Oil Şirkəti) tərəfindən onlara cərimələrin tətbiq edilməsi və həmin 235.726 manat məbləğində cərimələrin onlar tərəfindən ödənilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh MMC ilə “Nobel Oil LTD” şirkəti ilə icarə münasibətləri xx.xx.2020-ci il tarixindən etibarən başlanılmış və hər il davam etmiş, hazırki tərəflər arasında bağlanmış müqavilələr isə 2022-ci il tarixinə aiddir. Və cərimələrlə bağlı sübut qismində təqdim edilən Cavabdeh MMC ilə “Nobel Oil LTD” şirkəti arasında imzalanmış (hər ay üçün 29464,50 manat cərimənin tətbiq ediləcəyi barədə İcarə müqaviləsinə 1 saylı Əlavə Razılaşma) icarə müqaviləsinə 1 saylı Əlavə xx.xx.2023-cu il tarixində imzalanmış və həmin tarixdən qüvvəyə minmişdir. Lakin, qətnamənin yuxarıdakı paraqraflarında məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, hazırkı iş üzrə işlər ən geci may 2023-cü ildə (yəni Nobel Oil LTD şirkətinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə cərimələrin tətbiq edilməsi üçün müqavilə əsasının yaranmasından 3 ay əvvəl) e-qaimələr əsasında "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş və qismi ödənişlər də həyata keçirilmişdir. Əlavə işlər isə tərəflərin razılaşmasına əsasən görülmüş və həmin işlərin təhvil verilməsində hər-hansı vaxt məhdudiyyəti müəyyən edilməmişdir.
109. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
110. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
111. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
112. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
113. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
114. Məhkəmə xərclərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
115. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
117. Məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş pul vəsaitlərin əvəzi qismində təmin edilmiş iddia tələblərinə münasibətdə (dövlət rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 405 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən və 165 manat məbləğində dövlət rüsumunun əvəzi isə qarşılıqlı iddia üzrə cavabdehdən qarşı tərəfin xeyrinə tutulmalıdır.
118. Eyni zamanda məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitindən 50 manatı İddiaçı MMC-dən, 50 manatı isə Cavabdeh MMC-dən tutularaq ekspertiza mərkəzinə ödənilməlidir.
119. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbləri qismən təmin edildiyindən həmin xərclər tərəflərin özünə aid edilməlidir.
V. Nəticə:
120. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli RVY/2022-00050 saylı alqısatqı müqaviləsinin 10 oktyabr 2022-ci il tarixli 3 saylı Əlavəsinə əsasən ədv daxil 33.132,41 manat, Əlavə işlərə görə ədv daxil 81.638,3 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 405 manat tutularq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilsin. İlkin iddia üzrə ödənilən qalan hissədə dövlət rüsumunu və vəkil xərci ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli RVY/2022-00050 saylı alqı-satqı müqaviləsi üzrə Sifariş Orderi 1 və Sifariş Orderi 3 üzrə işlərin icrasının gecikdirilməsinə görə 24.980,77 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 165 manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilən qalan hissədə dövlət rüsumunu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitini 50 manatı İddiaçı MMC-dən, 50 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova