Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1284/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 588,85 manat məbləğində sığorta ödənişi, 40 manat mediasiya xərci və 0,2 (iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 629,05 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 məxsus olan Cavabdeh1 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də icbari sığorta qaydasında sığortalanmış **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobil və X3 idarə etdiyi, **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, PBA********** saylı sığorta müqaviləsindən müəyyən olunur ki, **- SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 MMC-tərəfindən **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobilin idarə edilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibarnamə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbehin verilməsi haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 məxsus olan, Cavabdeh1 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh2 idarə etdiyi, **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobil və X3 idarə etdiyi, **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə 830 (səkkiz yüz otuz) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə dəymiş zərərə görə 830 (səkkiz yüz otuz) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən "xxxx" ASC tərəfindən **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə dəymiş zərərə görə 588,85 (beş yüz səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1970 saylı və xx.xx.2023-cü il tarixli, BS-S-23/1984 saylı geriyə tələb məktublarından və həmin məktubların cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün "xxxx" ASC tərəfindən onlara müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 6 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/6-0782 saylı arayışından müəyyən olunur ki, mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 52-1.1, 63.1, Azərbaycan Respublikası Mərkəzi X7 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydaların müvafiq maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 936.5, 1096, 1097, 1099.1, 1108.1, 1108.2, 1114-cü maddələrinə istinad olunmuşdur.
4. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddia tələbinə etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə bağlanmış PBA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı qismində Cavabdeh3 Kia K5 markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-xx.xx.2023-cü il tarixədək sığortaçı qismində "xxxx" ASC-də icbari qaydada sığortalamışdır.
7. Cavabdeh1 MMC tərəfindən təqdim edilən etibarnamədən görünür ki, “Kia Optima” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün verilmişdir.
8. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 19:00 dəqiqədə Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma qeyd edilmişdir. Təqsirli olan şəxs (şəxslər) barədə məlumat bölməsində Kia K5 minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – Cavabdeh3, hadisə baş verdiyi anda sürücü – Cavabdeh2, zərərçəkən şəxs (şəxslər) bölməsində isə X5 yük markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçi – X4 yazılmışdır.
9. Müstəqil ekspert X1 xx.xx.2023-cü il tarixli, 070601ADS nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2007-ci il buraxılış ili olan, “X5 yük” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 830 (səkkiz yüz otuz) manat zərər dəydiyi müəyyən edilmişdir.
10. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 12547/2023 nömrəli ödəniş aktından görünür ki, zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkən X2 830 manat məbləğində ödəniş edilmişdir.
11. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən "xxxx" ASC tərəfindən **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə dəymiş zərərə görə 588,85 (beş yüz səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir.
12. "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yolnəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1-ci maddəsinə əsasən zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52–1.3-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Mərkəzi X7 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş“Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın: 2.1.9-cu bəndinə əsasən iştirakçıların göndərdiyi və aldığı subroqasiya tələblərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsi nettinq adlanır. 4.1-ci və 4.2-ci bəndlərinə əsasən sığorta ödənişinin verilməsi ilə bağlısığorta tələbizərərçəkənin sığortaçısına verilir. Sığorta tələbi barədə müraciət daxil olduğu gün zərərçəkənin sığortaçısı tərəfindən həmin tələb Büronun elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə qeydiyyata alınır. 5.1-ci, 5.2-ci, 5.3 və 5.4-cü bəndlərinə əsasən zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir. 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin sonuncusu iddia faylına daxil edildikdən sonra zərərçəkənin sığortaçısı informasiya sistemi üzərindən zərərvuranın sığortaçısına qarşı subroqasiya tələbi yaradır və informasiya sistemi vasitəsilə Büroya təqdim edir. 6.1. və 6.2-ci bəndlərinə əsasən İcbari Sığorta Bürosu subroqasiya tələblərini həftəlik əsasda (bazar ertəsindən bazar gününədək) toplayır və onların əsasında bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq hər iştirakçının öhdəliyini hesablayaraq nettinqi həyata keçirir. 6.2-ci bəndə əsasən subroqasiya tələbləri və nettinqin nəticəsi bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada hər bir iştirakçı üzrə formalaşdırılan subroqasiya tələblərinin reyestrində əks olunur. 7.1 və 7.2-ci maddələrinə əsasən zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir. Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçı qarşısında öhdəliklərinin məbləği zərərçəkənin sığortaçısı tərəfindən zərərvuranın sığortaçısına qarşı irəli sürülmüş bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabərdir. Orta məbləğlərin hesablanması qaydası Büronun üzvü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası növü üzrə fəaliyyət göstərmək hüququna malik sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən olunur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 məxsus olan Cavabdeh1 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də icbari sığorta qaydasında sığortalanmış **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobil və X3 idarə etdiyi, **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli, PBA********** saylı sığorta müqaviləsindən müəyyən olunur ki, **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Cavabdeh1 MMC-tərəfindən **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobilin idarə edilməsi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbehin verilməsi haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 məxsus olan, Cavabdeh1 MMC-nin istifadəsinə verilmiş və Cavabdeh2 idarə etdiyi **-SV- *** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobil və X3 idarə etdiyi, **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə 830 (səkkiz yüz otuz) manat məbləğində ziyan dəymiş, yol-nəqliyyat hadisəsi nəticəsində **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə dəymiş zərərə görə 830 (səkkiz yüz otuz) manat məbləğində sığorta ödənişi edilmişdir. Subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən "xxxx" ASC tərəfindən **-OK-*** dövlət nömrə nişanlı, “X5 yük” markalı avtomobilə dəymiş zərərə görə 588,85 (beş yüz səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir.
19. İddia tələbi cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 588,85 manat məbləğində sığorta ödənişinin tutulmasından ibarətdir.
20. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir.
21. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 588,85 manat (beş yüz səksən səkkiz manat səksən beş qəpik) sığorta ödənişi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia Cavabdeh1nə və Cavabdeh3 münasibətdə təmin edilməməlidir.
22. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, işin faktiki hallarından göründüyü kimi, sığorta hadisəsi baş verən zaman **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia K5 minik” markalı avtomobilin sürücüsü Cavabdeh2 olmuş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir, yəni əmlaka zərərin vurulması Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Ona görə də faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, məsuliyyət daşımalı olan şəxs Cavabdeh2 olduğundan iddia tələbi ona münasibətdə təmin edilməli, Cavabdeh2 588,85 manat (beş yüz səksən səkkiz manat səksən beş qəpik) pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia digər cavabdehlərə münasibətdə təmin olunmamalıdır.
23. Eləcə də, iddiaçı 40 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
25. Həmçinin iddiaçının 0,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə münasibətdə qeyd olunur ki, iddiaçının hazırkı tələblə bağlı ödəməli olduğu dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Lakin iddiaçı tərəfindən 40 manat məbləğində mediasiya xərci ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən artıq ödənilmiş 0,20 manat dövlət rüsumu cavabdehdən tutulmalı deyil.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 588,85 manat (beş yüz səksən səkkiz manat səksən beş qəpik) sığorta ödənişi, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 628,85 manat (altı yüz iyirmi səkkiz manat səksən beş qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia Cavabdeh1nə və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova