Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1290/2020 29.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı 7185.00 (yeddi min bir yüz səksən beş) manat əsas borc, 1630.00 (bir min altı yüz otuz) manat cərimə borcu və 20 (iyirmi) manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ Kreditor borcluya qarşı 7185.00 (yeddi min bir yüz səksən beş) manat əsas borc, 1630.00 (bir min altı yüz otuz) manat cərimə borcu və 20 (iyirmi) manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələbin həmin Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmaması məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina üçün əsasdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, x xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş 29 iyun 2018-ci il tarixli 1223-VQD nömrəli Qanunla “Notariat haqqında” Qanunun 76-cı maddəsinin mətni yeni redaksiyada verilmiş, təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və həmin maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda borcludan pul məbləğlərini tutmaq üçün borclunun olduğu yer üzrə notariusun borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalı olması müəyyən edilmiş, icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslərin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilmək imkanı nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin3.1, 263,276.2.2 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı 7185.00 (yeddi min bir yüz səksən beş) manat əsas borc, 1630.00 (bir min altı yüz otuz) manat cərimə borcu və 20 (iyirmi) manat dövlət rüsumunun Borclu tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən-Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1290/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1290/2020
29.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver