Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1298/2020 23.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı Kreditor ASC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdib, MÜƏYYƏN ETDİ: Kreditor ASC Borclu qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 9260,13 (doqquz min iki yüz altmış manat on üç qəpik) manat əsas borc, 2823,47 (iki min səkkiz yüz iyirmi üç manat qırx yeddi qəpik) manat cərimə borcu və 20 (iyirmi) manat dövlət rüsumunun Borclu tutularaq Kreditor ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş Kreditor X1 məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq Kreditor ASC ilə Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 61-LD/15 nömrəli, xx.xx.2017-ci il tarixli 100-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 141-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 203-LD/17 nömrəli və xx.xx.2018-ci il tarixli 226- LD/18 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Borclu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 9260,13 (doqquz min iki yüz altmış manat on üç qəpik) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 2823,47 (iki min səkkiz yüz iyirmi üç manat qırx yeddi qəpik) manat cərimə borcu ödənilməmiş qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Göründüyü kimi, yalnız dəqiq müəyyən edilmiş tələblər üzrə əmr icraatı həyata keçirilə bilər. MPM-nin 276-cı maddəsində göstərilən tələblərdən hər hansı biri mövcud olsa da, həmin tələb bu normada təsbit edilməyən başqa bir tələblə birləşdirilmişdirsə, işə əmr icraatı qaydasında baxıla bilməz. Bu qəbildən olan işlər üzrə isə borc tələbi ilə yanaşı faizlərin və dəbbə pulunun hesablanması və tələb edilməsi qaydaları, ümumiyyətlə lizinq müqaviləsində göstərilmiş şərtlər araşdırılmalıdır. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırkı iş üzrə əsas borcun ödənilməsi ilə yanaşı, cərimə borcunun tutulması tələb olunur. Belə olan halda borcluya qarşı yönəlmiş tələbin aşkar olması və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 279.2.1 və 279.2.2-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, göstərilən səbəblərdən Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor ASC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1298/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1298/2020
23.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver