Məhkəmə qərarları › İş №e-2-2(113)-1299/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1299/2020

05.05.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1299/2020 05.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyətinin Muxtarov Vüqar Şahhüseyn oğluna qarşı borc məbləğinin və hesablanmış cərimənin ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor ASC ərizə ilə məhkəməyə müraciət edərək Muxtarov Vüqar Şahhüseyn oğlundan 19481,07 manat əsas borc, 5324,57 manat cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. - 276.2 və 276.2.2-ci maddəsinə əsasən ələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Qeyd olunan normada kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri istisna kimi nəzərdə tutulsa da, lizinq müqavilələri qeyd olunmamışdır. Lakin borcun hansı hissəsinin ödənilməsi və cərimənin hansı qaydada hesablanması ilə bağlı sənədlər ərizəyə əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarıldığına görə tələbin aşkar olması yalnız ona əlavə olunmuş sənədlərdə öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb həmin Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Buna görə də hesab edirəm ki, kreditorun tələbi aşkar deyildir və məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Kreditor Açıq Səhmdar Cəmiyyətinin Muxtarov Vüqar Şahhüseyn oğluna qarşı borc məbləğinin və hesablanmış cərimənin ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar