Məhkəmə qərarları › İş №e-2-2(113)-1307/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1307/2020

29.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1307/2020 29.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, Kreditor "Kreditor" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor ASC Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək Borclu 7367 manat əsas borc, 2622,69 manat cərimə və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizə və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “Kreditor Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq Kreditor ASC ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 893-GL/16 nömrəli və xx.xx.2016-cı il tarixli, 53-GL/17 nömrəli lizinq müqavilələrinə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürülmüş, borcun bir hissəsini əvvəlcədən ödəməklə qalan hissəsinin ödəniş qrafikinə uyğun olaraq ödənilməsi razılaşdırılmışdır. Borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş, onun müqavilə üzrə borcu qalmışdır. Təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, kreditorun tələbinin aşkar olması və həmin tələbin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanması iş materiallarından müəyyən olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar