Məhkəmə qərarları › İş №e-2-2(113)-1331/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1331/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1331/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı «qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qeyri-yaşayış sahəsi, podrat müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X10 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan, İddiaçı cavabdeh X7 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31) qarşı «qeyriyaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”inin 7-ci mərtəbəsinin bütünlüklə onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması, bu mümkün olmadıqda isə dəymiş zərərin əvəzi kimi ******* manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 iyun 2011-ci il tarixində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh X7 ******* manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə də yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”in 7-ci mərtəbəsini bütünlüklə verilməsi barədə müqavilə imzalanmışdır. Məbləğin 840000 manatını müqavilə bağlanan zaman, yəni 02 iyun 2011-ci il tarixində, qalan 200000 manatı isə hissələrlə 03 avqust 2016-cı il tarixində 50000 manat, 23 avqust 2016cı il tarixində 50000 manat, 05 sentyabr 2016-cı il tarixində 25000 manat, 28 sentyabr 2016-cı il tarixində 50000 manat, 06 oktyabr 2016-cı il tarixində 25000 manat olmaqla ödəmişdir. Müqavilənin şərtlərinə əsasən obyekt bir il ərzində təhvil verilməli olduğu halda tikinti işləri ləng getdiyindən binanın tikintisi 2016-cı ildə başa çatdırıldı. Bundan sonra obyektin təhvil verilməsini dəfələrlə cavabdehdən tələb edilsə də, Siracəddin Əfəndiyev hər dəfə bir bəhanə ilə təhvil-təslimdən yayınırdı. Son olaraq tezliklə binanın istismara qəbul aktı tərtib olunacaq, bundan sonra o binaya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınması üçün aidiyyatı qurumlara müraciət edəcəkdir. X8 əlavə olaraq bildirdi ki, Reyestrdən Çıxarışın əldə edilməsi üçün 200000 manat pul tələb ediblər, onun isə hal-hazırda belə maddi imkanı yoxdur və bildirdi ki, əgər reyestrdən çıxarışın tez əldə olunmasını istəyirsə 200000 manatı ona borc olaraq verilsin, həmin pulu çıxarış əldə olunduqdan sonra qaytaracaqdır. İddiaçı həmin məbləği hissə-hissə olmaqla ona vermiş və bundan sonra Əfəndiyev Siracəddindən hər dəfə çıxarış nə zaman alınacaq deyə soruşduqda, hər dəfə bir bəhanə ilə guya binanın təhvil təslim aktının gecikdiyini bildirirdi. İddiaçı uzun illər Rusiya Federasiyasında yaşayır və bu səbəbdən də tez-tez Azərbaycana gələ bilmir. 2022-ci ilin aprel ayının sonlarında ona məlum olmuşdur ki, cavabdeh X8 2018-ci ildə həmin binaya reyestrdən çıxarış əldə edib və binanı hissələrlə satmağa başlayıb. İddiaçı cavabdeh X8 tərəfindən aldadıldığını başa düşüdükdən sonra vəkilə müraciət etmişdir. Vəkil sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilən cavabdan məlum olmuşdur ki, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m təşkil edən qeyri yaşayış sahəsi X8, X35, X25, X27, X28 və "xxxx" MMC-nin adına qeydiyyata alınmaqla hazırda onların mülkiyyətindədir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməklə yanaşı, bu illər ərzində dəfələrlə aldatmaqla ******* manat zərər vurmuşdur. 05 sentyabr 2022-ci il tarixində cavabdeh X7 dəymiş zərərin ödənilməsi barədə Pretenziya məktubu göndərilsə də,cavabdeh pulu ödəməkdən imtina edir. Halbuki, cavabdeh X8 ilə, İddiaçı arasında imzalanmış Obyektin tikintisi haqqında fərdi Müqavilənin tərəflərin məsuliyyətini nəzərədə tutan 4.2.4-cü maddəsinə əsasən Podratçı Sifarişçidən götürülən məbləği geri qaytardıqdan sonra müqaviləyə xitam verilir. Yəni, cavabdeh öhdəliyini icra etmədiyinə görə müqavilə hələ də qüvvədədir.

3. İdddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması, sonradan 200000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun X2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaya əsasən məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”inin 7ci mərtəbəsinin bütünlüklə onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması, bu mümkün olmadıqda isə dəymiş zərərin əvəzi kimi ******* manatın cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edəsini məhkəmədən xahiş edilmişdir. Hal-hazırda iddia ərizəsinin predmetində dəqiqləşdirilmənin aparılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə əssasən, 02 iyun 2011-ci il tarixində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh X7 840000 manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən “Biznes Mərkəz”in 7-ci mərtəbəsinin İddiaçı satılması barədə müqavilə imzalanmışdır. Sonradan cavabdeh həmin binaya reyestrdən çıxarış alınması üçün İddiaçı əlavə 200000 manatı hissəvi şəkildə borc olaraq almışdır. Bundan sonra cavabdeh X11 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair çıxarış əldə etmiş, İddiaçı bildirmədən binanın mərtəbələrini hissə-hissə satmağa başlamışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman qeyd edilən binanın 7-ci mərtəbəsinin hal-hazırda kimə məxsus olması barədə dəqiq məlumat olmadığından, məlumatın əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu ilə müraciət edilmişdir. Vəkil sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilən cavabdan məlum olmuşdur ki, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m təşkil edən qeyriyaşayış sahəsi X11, X35, X25, X27, X28 və "xxxx" MMC-nin adına qeydiyyata alınmaqla hazırda onların mülkiyyətindədir. Məktubun məzmunundan da aydın görünür ki, sorğuya verilən cavab ümumi xarakterli olmaqla mərtəbələrin xüsusən də 7-ci mərtəbənin ümumiyyətlə hansısa şəxsin mülkiyyətində olub-olmaması məlum deyildir. xx.xx.2023-cü il tarixində X31 məhkəməyə ərizə ilə müraciət edərək onun iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və ərizəyə iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyriyaşayış binasınm ümumilikdə 862,30 kvadrat metr olan 7-ci mərtəbəsinə dair 2023-cü ilin yanvar ayında onunla X8 arasında bağlanmış iki alqı-satqı müqavilələrini əlavə etmişdir. Məhz bundan sonra məlum olmuşdur ki, X8 İddiaçı ümumilikdə ******* manat alıb Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən 13077,6 kv.m olan qeyriyaşayış binasının 7-ci mərtəbəsinə dair onunla müqavilə imzalasa da, hal-hazırda qeyd edilən binanın 7-ci mərtəbəsini təkrar X5. Belə olan halda iddia ərizəsinin predmetində dəqiqləşdirlmə aparıması zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması” dedikdə mübahisəli əmlaka mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasını nəzərdə tuturlar. İddia ərizəsində də AR MM-nin 452.1-ci maddəsinə istinad edilmişdir. Belə ki həmin maddəyə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Yəni 3-cü şəxsə mülkiyyət hüququ hələ verilməyib, daşınmaz əmlak dövlət reyestrində onun adına qeydiyyatda alınmayıb və buna görə də birinci alıcı kimi iddiaçının həmin əmlaka üstünlük hüququ daha çoxdur. Hazırda həmin əmlakın mülkiyyətçisi nə iddiaçı, nə də ki 3-cü şəxsdir, mülkiyyətçi müəyyən olunmayıb. AR MM-nin 452.1-ci maddəsinə əsasən isə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Yəni hazırda söhbət kredidor borclu barədə gedir. İddiaçı kreditor tərəfindən üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmişdir. Qarşı tərəfin üzərinə götürdüyü öhdəliyinin yerinə yetirməsini yəni ödənilən məbləğin müqabilində həmin əmlakın verilməsini iddiaçı tələb edir. Əmlakın dəyəri 840.000 manat təşkil edir, 200.000 manat bu məbləğə daxil deyil. 200.000 manat məbləğində pul borc olaraq cavabdehə sonradan verilmişdir. 200.000 manat pul cavabdehə 2016-cı ildə hissə-hissə verilmişdir. Cavabdeh həmin pulun müəyyən sənədləşdirmə işlərinin aparılması, təmir işləri üçün bizdən borc kimi istəmişdir. Sonda iddiaçının nümayəndəsi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması, sonradan 200 000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun X2 alınaraq İddiaçı ödənilməsi barədə qətamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi. İzahatında qeyd etdi ki, iddia tələbinin dəqiq olmadığını, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında məbləğ görsənsə belə, həmin məbləğ real olaraq ödənilməmişdir. Həmin qeyri-yaşayış sahəsini qardaşı almışdır. Hazırda mübahisəli obyekti Fikrət adlı şəxsləri danışıqları aparmış və almağa cəhd etmişdir. Buna görə Fikrət adlı şəxs həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Real alqı-satqı baş tutmamışdır. Maliyyə arayışı iddiaçının adına verilməsi tərəflər arasında yaranmış inamla bağlı olmuşdur. İddiaçının qardaşı bildirir ki, o pulu Fikrətə verib, Fikrətdə həmin məbləği Əfəndiyev Siracəddinə ödəməli idi. X41 bildirir ki, həmin məbləğ ona təqdim edilməmişdir. 478000 manat məbləğ müqavilə bağlanmamışdan əvvəl ödənilmişdir. Maliyyə arayışında qeyd edilənləri qətiyyən qəbul etmirlər. İddiada göstərilən məbləğ deyil, cəmi 478.000 manat ödənilmişdir. Əgər iddia ərizəsində göstərilən bütün məbləğ ödənilmiş olsaydi, mədaxil qəbzi verilərdi.

7. Məhkəmə hazırlıq iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahatında bildirdi ki, X8 ilə onun arasında notarial qaydada alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”inin 7-ci mərtəbəsi bütünlüklə onun ona satılmışdır. Həmin əmlaka cəmi 800.000 manat ödəniş etmişdir. Müqavilə bağlanarkən notariusda həmin əmlakın üzərində yüklülüyün olub-olmaması yoxlanılmış və yüklülüyün, həbsin olmadığı müəyyən olunmuşdur, hətta daşınmaz əmlakının qeydiyyatını aparan orqanın mühəndisi də gəlib əmlaka baxış keçirmişdir. İddiaçı ilə cavabdeh arasında bu cür mübahisənin olmasından ümumiyyətlə xəbəri olmayıb, əgər bilsə idi heç həmin əmlaka dair alqı-satqı müqaviləsini bağlanmazdı. Özünün vicdanlı alıcı olduğunu qeyd edir. Sadəcə həmin əmlaka çıxarış almağa gedəndə ona bildiriblər ki, məhkəmə tərəfindən artıq əmlakın üzərinə həbs qoyulub, hələ ki, çıxarışın verilməsi qeyrimümkündür. Məhkəmədən xahiş edir ki, aldığı əmlakın üzərindən həbs götürülsün ki, çıxarışı ala bilsin. Qeyri-yaşayış sahəsinin rəsmi qaydada ona satıldığını və əmlakın ona təhvil verildiyini və artıq təmirə başlamaq fikrində olduğunu qeyd etdi. Əlavə olaraq bildirdi ki, həmin Biznes Mərkəzinin 9-10-cü mərtəbələri boşdur və 7-ci mərtəbə ilə eyni ölçüdədir, iddiaçı cavabdehlə razılaşaraq həmin mərtəbələri ala bilər.

8. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməməklərin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

9. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə “cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Obyektin tikintisi haqqında fərdi” müqaviləyə əsasən:

12. 1.1. Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, “Podratçı” Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbənin təhvil verilməsini öz öhdəsinə götürür və bu mərtəbə bütövlükdə “Sifarişçi”yə məxsusdur.

13. 2.1. Podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib 1 il müddətində sifarişçiyə obyekti, daxili naxış qapılar olmamaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürür, vergi öhdəliklərini çıxmaq şərti ilə.

14. 4.1.Sifarişçi

15. 4.1.1. Müqavilədə göstərilən ödəmə haqqını vaxtında ödəmək.

16. 4.2. Podratçı

17. 4.2.2. Müqavilədə göstərilən öhdəlikləri vaxtında və keyfiyyətli yerinə yetirmək.

18. 4.2.3. Obyektin tikintisi qurtardıqda bütün aşkar olunmuş defektlər, görülməyən işlər podratçının öz hesabına düzəldilməlidir.

19. 4.2.4. Podratçı Sifarişçidən götürülən məbləği geri qaytardıqdan sonra müqaviləyə xitam verilir.

20. Müqavilə hər iki tərəfin imzası və X4 möhürü ilə təsdiq edilmişdir.

21. X3 imza və möhürü ilə təsdiq olunmuş Arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 20-ci sahədə 15 mərtəbəli biznes mərkəzinin 7-ci mərtəbəsinin tikintisi üçün ödənilməli olan 840.000 manat məbləğin sifarişçi İddiaçı tərəfindən tam ödənildiyi və xx.xx.2011-ci il tarixə borcun olmadığı qeyd edilmişdir.

22. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş sənədin surətindən göründüyü kimi İddiaçı tərəfindən X7 7-ci mərtəbəyə görə xx.xx.2016cı il tarixində 50.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 25.000 manat məbləğində, xx.xx.2016-cı il tarixində 50.000 manat məbləğində və xx.xx.2016-cı il tarixində isə 25.000 manat məbləğində (cəmi 200.000 manat) ödəniş edildiyi və həmin məbləğin verilməsi və onun alınması X4 imza və möhürü ilə təsdiq edilmişdir.

23. İşdə olan X8 ilə alıcı X31 arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyriyaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyriyaşayış binasının 7-ci mərtəbəsində yerləşən 431.15 kv.m. hissəsini X8 alıcı X22 mülkiyyətinə vermişdir.

24. İşdə olan X8 ilə alıcı X31 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 431.15 kv.m. hissəsini X8 alıcı X22 mülkiyyətinə vermişdir.

25. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 13077,6 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m X18, qalan hissə (11451.8 kv.m) - X4 adına qeydiyyata alınmışdır.

26. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 420 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. təşkil edən qeyri-yaşayış binası X29 (3-cü mərtəbədən 280.0 kv.m. və 139.9 kv.m.; texniki mərtəbə 422.0 kv.m., 12-ci mərtəbə 418.7 kv.m., 2-ci mərtəbədən 419.9 kv.m və 893.7 kv.m), X19 (1300.0 kv.m), X21 (29.6 kv.m), X4 (6452.8 kv.m), X20 (945.2 kv.m), "xxxx" MMC-nin (150.0 kv.m və 1-ci mərtəbədən 782.2 kv.m., yarımzirzəmidən 843.6 kv.m) adlarına qeydiyyata alındığını və hazırda mülkiyyətində olduğunu bildirmişdir.

27. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X26 ünvanlandığı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Kommersiya Məhkməsinin e-16(113)-32/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə qeyd olunan ünvanda yerləşən qeyriyaşayış binasının 6452,8 kv.m. hissəsi üzərinə həbs qoyulduğu və bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrası tərəflərindən mümkün olmamışdır.

28. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 462 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair xx.xx.2022-ci il tarixdən sonra başqa şəxslərə satılması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxıldığı və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının 29.6 kv.m sahəsi Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 4Ə-537 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 9 saylı DNKnın 4Ə-931 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 945.2 kv.m sahəsi X20 adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-490 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 4cü mərtəbəsində 862.3 kv.m sahəsi X16 adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-1546 reyestr nömrəli 23.11 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 8-ci mərtəbəsində 862.3 kv.m sahəsi X13 adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, Bakı şəhəri 11 saylı DNK-nın 4Ə-928, 4Ə-929 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən sözügedən qeyri-yaşayış binasının 5-ci mərtəbəsində 862.3 kv.m sahəsi X14 adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, Bakı şəhəri 11 saylı DNK-nın 3M-131 reyestr nömrəli xx.xx.2023-cü il tarixli ləğvinə dair sazişə əsasən Bakı şəhəri 9 saylı DNK-da bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-537 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edildiyi, sözügedən qeyri-yaşayış binasının 7-ci mərtəbəsində 862.3 kv.m sahəsinə dair X22 adına Bakı şəhəri 11 saylı DNK-da 4Ə-46, 4Ə-47 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələr bağlandığı, lakin həmin müqavilələrin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyi, Bakı şəhəri 11 saylı DNK-nın 4Ə-48, 4Ə-49 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən sözügedən qeyri-yaşayış binasının 6-cı mərtəbəsində 862.3 kv.m sahəsi "xxxx" QSC-nin adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu və xx.xx.2023-cü il tarixdə X1 daşınmaz əmlakın qalan hissəsinə (2170.9 kv.m) dair ********** qeydiyyat nömrəsi ilə çıxarış aldığı bildirilmişdir.

29. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda Bakı şəhəri, Səbail rayonu, ünvan 4 qeyri-yaşayış binasının 7-ci mərtəbədən 862,3 kv.m. olan hissəsi X4 adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri, 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-47, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 4 qeyriyaşayış binasının 7-ci mərtəbədən 862.3 kv.m. olan hissəsi X22 adına özgəninkiləşdirilmiş, lakin sözügedən müqavilə dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

30. X8 ilə X32 arasında “borcun etirafı haqqında” bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə ilə X23 X7 xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 118500 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 59250 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 59250 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2011-ci il tarixdə 23700 manat, xx.xx.2012-ci il tarixdə 23700 manat, xx.xx.2011-ci il tarixdə 39500 manat, xx.xx.2012-ci il tarixdə 63200 manat, xx.xx.2012-ci il tarixdə 50560 manat, xx.xx.2012-ci il tarixdə 47400 manat borcu olduğu etiraf edilmişdir.

31. xx.xx.2011-ci il tarixli əlyazma qeydinə əsasən X32 Bakı şəhəri, 20-ci sahədə yerləşən və İddiaçı tərəfindən əldə edilmiş biznes mərkəzinin 7-ci mərtəbəsinə dair vəsaitin (600000) ödənilməsini öz öhdəsinə götürdüyünü bildirmişdir. Həmçinin bina satıldığı təqdirdə o 240000 manatı X7 verəcəyini və o da 900000 manatı İddiaçı qaytaracağını qeyd olunmuşdur.

32. xx.xx.2011-ci il tarixli qeydə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Səlyan şossei 20-ci sahədə yerləşən 15 mərtəbəli biznes mərkəsindən Əfəndiyev Siracəddindən 840.000 manata əldə etdiyi 7-ci mərtəbəli bina tam satılacağı təqdirdə 900.000 manata geri qaytarmağa razı olduğunu və razılaşmanın 1 il qüvvədə olduğu qeyd olunmuşdur.

33. X12 ünvanlanmış pretenziya məktubunda Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznes Mərkəzi”nin 7-ci mərtəbəsinin bütünlükdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilməsi və ya iddiaçıdan aldığı ******* manatı geri qaytarması əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

34. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

35. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 ilə İddiaçı arasında obyektin tikintisi barədə xx.xx.2011-ci il tarixli 3 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbənin iddiaçıya təhvil verilməsini cavabdeh öz öhdəsinə götürmüş və bu mərtəbə bütövlükdə iddiaçıya məxsus olması nəzərdə tutulmuşdur. Həmçinin işin mübahisəsiz hallarından o da məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ümumi sahəsi 13077,6 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m X18, qalan hissə (11451.8 kv.m) - X4 adına qeydə alınmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli iki ******* və ******* saylı alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsini satıcı X8 alıcı X22 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür və nəticə etibarı ilə mübahisəli qeyri-yaşayış sahəsi 3-cü şəxs X26 təhvil verilmiş və o da, bildirdiyi kimi, qeyri-yaşayış sahəsinin təmirinə başlamışdır.

36. Beləliklə, X8 ilə İddiaçı arasında obyektin tikintisinə dair öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəlik (840.000 manat pulun ödənilməsi) tam icra edilsə də, X8 tərəfindən öhdəlik icra edilməmiş qalmış və bugünə kimi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsi iddiaçıya təhvil verilməmişdir, iddiaçı da məcbur qalaraq məhkəməyə müraciət etmişdr.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır.

39. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.

40. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür.

41. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

42. 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

43. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

44. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

45. Məhkəmə iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsinin hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə mövcud olub-olmamasını araşdırmaq məqsədilə qeydiyyat orqanına müvafiq sorğular göndərmişdir. Həmin sorğu nəticəsində xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* və ******* saylı alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 3865,9 kv.m. olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsini X8 alıcı X9. Bununla əlaqədar X31 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və həmin şəxs məhkəmə prosesində iştirakı zamanı mübahisəli mərtəbəni notariusda alqı-satqı müqaviləsi ilə aldığını və müqavilə bağlanan zaman əmlakın yüklü olmadığını qeyd etmişdir. Çıxarış alması üçün qeydiyyat orqanına müraciət etdikdə məhkəmənin qərarı ilə əmlaka həbs qoyulduğu ona bildirilmiş. Həmin sahə ilə bağlı mübahisə olduğunu bilməmişdir, ona görə də vicdanlı alıcıdır.

46. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında məbləğ 840.000 manat göstərilsə belə, həmin məbləğ real olaraq ödənilməmiş, həmin sahəni iddiaçının qardaşı almışdır. Hazırda mübahisəli obyekti Fikrət adlı şəxslə danışıqlar aparmış və almağa cəhd edilmişdir. Buna görə Fikrət adlı şəxs həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Real alqı-satqı baş tutmamışdır. Maliyyə arayışı iddiaçının adına verilməsi tərəflər arasında yaranmış inamlı münasibətlə bağlı olmuşdur. İddiaçının qardaşı bildirmişdir ki, pulu Fikrətə vermiş, Fikrət də həmin məbləği Əfəndiyev Siracəddinə ödəməli idi. Lakin həmin məbləğ ona təqdim edilməmişdir. 278000 manat məbləğ müqavilə bağlanmamışdan əvvəl ödənilmişdir. Maliyyə arayışında qeyd edilənləri qətiyyən qəbul etmirlər. Bundan əlavə iddiada göstərilən məbləğin ödənilmədiyini, cavabdehə cəmi 478.000 manat ödəniş edildiyini bildirmişdir.

47. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehin nümayəndəsinin verdiyi izahatı formal mülahizələr və məhkəməyə təqdim etdiyi X8 ilə X32 arasında bağlanmış borcun etirafı haqqında müqavilənin və işdə tərəf olmayan şəxslərin birtərəfli qaydada əlyazma ilə tərtib edilən sənədlərin hazırki mübahisəyə heç bir aydiyyətinin olmaması kimi qiymətləndirilməlidir. Çünki iddiaçı tərəfindən təqdim olunan müqavilə, 840.000 manata dair maliyyə arayışı və 200.000 manatın ödənilməsi barədə sənədlə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes mərkəzi”nin 7-ci mərtəbəsinin tikilib təhvil verilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2011-ci il tarixində 840.000 manat və 2016-ci ildə -cəmi 200.000 manat ödənişlər edilmişdir (həmin ödənişlərin qəbul edilməsinə dair sənədlər cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir).

48. Lakin, həmin Biznes Mərkəzi, həmçinin 7-ci mərtəbəsi tikilib başa çatdırıldıqdan sonra xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən 7-ci mərtəbə iddiaçının adına deyil, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 13077,6 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il qeydiyyat tarixi ilə xüsusi mülkiyyət əsasında 1-ci mərtəbədən 782.2 kv.m və yarımzirzəmidən 843.6 kv.m X18, qalan hissə (11451.8 kv.m) - X4 adına qeydiyyata alınmışdır.

49. Beləliklə, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri bağlanılarkən Daşınmaz Əmlakın Dövlət Restri məlumatlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsi cavabdeh - X4 mülkiyyətində olmuş və 3-cü şəxs X31 bu halda vicdanlı alıcı qismində çıxış edərək əmlakı notarial qaydada müqavilələr bağlayaraq əldə etmişdir və həmin əmlak Satıcı-cavabdeh tərəfindən Alıcı-3-cü şəxsin sahiblik və istifadəsinə təhvil verilmişdir. 3-cü şəxs- X31 ilə bağlanılan alqı-satqı müqavilələri mübahisələndirilməmişdir, həmin şəxsə qarşı heç bir tələb irəli sürülməmişdir.

50. Beləliklə, bütün yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən iddiaçının birinci tələbi – “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsi onun adına rəsmiləşdirilməsi” tələbinin təmin edilməsi, qeyd olunan əmlakın 3-cü şəxs X6 və ona təhvil verilməsi səbəbi ilə artıq qeyri-mümkün olduğu üçün təmin oluna bilməz.

51. Digər tərəfdən, məhkəmə izah edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən kreditor (hazırki işdə İddiaçı) öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

52. İşdən göründüyü kimi iddiaçı tərəf cavabdeh ondan daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün (7-ci mərtəbəyə görə) 200.000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğunu və bunun üçün ona borc verilməsini xahiş etdiyini bildirmişdir və iddiaçı da 2016-ci ilin müxtəlif aylarında beş dəfə olmaqla (cəmi 200.000 manat) pulu cavabdehə vermişdir. Bu tələbinin əsası kimi hər iki tərəfin imzası ilə təsdiq edilmiş və fərqli tarixlərdə pul vəsaitinin verilməsinə dair sənədə istinad edilmişdir. Cavabdeh tərəfin nümayəndəsi isə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirakı zamanı iddiaçı tərəfindən 2016-cı il tarixdə 200000 manat ödəniş edildiyinə etiraz etməmişdir. Lakin, bildirmişdir ki, maliyyə arayışına əsasən əmlakın dəyəri 840.000 manat müəyyən olunmuşdur, sonradan ödənilən 200.000 manat isə əmlakin dəyərinə aid edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

54. Qeyd olunanlardan göründüyü iddiaçı tərəfin cavabdehə mübahisəli qeyriyaşayış sahəsinin 7-ci mərtəbəsinə görə əlavə ödəmiş olduğu 200.000 manat məbləğində pul vəsitinin verilməsi işdə olan sənədlə sübuta yetirildiyindən, həmçinin cavabdehin nümayəndəsinin belə məbləğin ödənilməsinə etiraz etmədiyindən məhkəmə hesab edir ki, tələb həmin hissədə əsaslıdır və həmin ödənilmiş məbləğ iddiaçıya dəymiş ziyan kimi geri qaytarılmalıdır.

55. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmənin vəzifəsi yalnız verilmiş tələb həddinə işə baxaraq qeyri-yaşayış sahəsinin həqiqətən də cavabdehin sahibliyində olubolmadığını, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin səbəbini aydınlaşdırmaqdan və məhz bu çərçivədə işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə mübahisəni qanun çərçivəsində həll etməkdir.

56. Qeyd olunanlardan göründüyü kimi qeyri-yaşayış sahəsinin sahibliyi və istifadəsi cavabdeh tərəfindən alqı-satqı müqaviləsi ilə ilkin olaraq üçüncü şəxsə ötürüldüyündən və həmin əmlakın iddiaçıya qaytarılması qeyd olunan maddi hüquq normaları baxımından mümkünsüz olduğundan tələb həmin hissədə təmin edilə bilməz.

57. Məhkəmə iclası zamanı məhkəmə iddiaçı tərəfdən iddia ərizəsinin ilkin tələbi kimi “ya əmlakın iddiaçının adına rəsmiləşdirilməsi, bu mümkün olmadıqda dəymiş ziyan kimi ödənilmiş ******* manatın geri qaytarılması” tələbi olduğunu, lakin sonradan tələbi dəyişdirərək məhz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi və qeyd olunan məbləğdən yalnız 200.000 manatın tələb edilməsinin əsaslandırmasını təklif etdikdə, iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh tərəfindən ******* manat məbləğində vəsaiti ödəmək iqtidarında olub-olmadığına şübhə edərək, onun adına daşınmaz əmlaklar artıq qalmadığı üçün iddiaçı dəqiq olaraq iddia ərizəsində göstərilən əmlakın onun adına rəsmiləşdirilməsini və sonradan ödənilmiş 200.000 manatın qaytarılmasını tələb edir və hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə ilkin olaraq iddiaçı ilə 2011ci ildə bağlandığı üçün əmlak iddiaçıya verilməlidir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

59. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

60. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

63. Beləliklə, məhkəmə bütün yüxarıda qeyd olunanarı nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdeh X2 200.000 (iki yüz min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

66. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (200.000 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 490 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X2 200.000 (iki yüz min) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar