Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1341/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 5940 manat məbləğində pul vəsaitinin, Xırdalan Vəkil Bürosuna ödənilmiş 300 manat pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun (Mediasiya ilə birgə xərcin) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 22 may 2023-cü il tarixdə Baki şəhərində 22052023 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1 Saylı əlavəsinə əsasən 10000 manat məbləğində “Xudat Aqropark” layihəsində data kabel xətlərinin Fluke cihazı ilə sınağı və hesabatların hazırlanması xidməti göstərilməli idi. İddiaçı tərəfindən 01 iyun 2023-cü il tarixdə imzalanmış təhviltəslim aktına əsasən “Xudat Aqropark” layihəsində data kabel xətlərinin fluke cihazı ilə sınağı və hesabatların hazırlanması işləri görülmüş və Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən işin lazımı səviyyədə və vicdanla görülməsinə baxmayaraq aralarında bağlanmış 22 may 2023-cü il tarixli 22052023 nömrəli xidmət müqaviləsinin dəyəri tam ödənilməmişdir. Belə ki həmin müqavilənin 4.3-cü maddəsinə əsasən müqavilənin dəyəri təhvil təslim aktı təsdiq edildikdən sonra 5 gün ərzində ödəniməliydi. Lakin Cavabdeh MMC tərəfindən xidmət müqaviləsi üzrə ödənilməli olan 10000 manatdan yalnız 4060 manat ödənilib və qalan 5940 manat bu günədək ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və tələbin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 22052023 nömrəli Miray İnşaat MMC və İddiaçı arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, sifarişçi razılaşdırma protokolunda göstərilən xidmətləri sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli EBDG seriyalı 774586 nömrəli elektron qaimədən görünür ki, İddiaçı 10000 manat məbləğində görülmüş işi Cavabdeh MMC-yə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli işlərin görülməsi üzrə təhvil-təslim aktından görünür ki, İddiaçı bir tərəfdən və Miray İnşaat MMC-nin nümayəndəsi Ruslan Hacıyev digər tərəfdən, hazırki təhvil-təslim aktını tərtib edərək təsdiq edirik ki, Xudat Aqropark layihəsində data kabel xətlərinin Fluke cihazı ilə sınağı və hesabatların hazırlanması işləri görülüb, təhvil alan tərəfə təhvil verilmişdir. Bu aktda qeyd olunmuş hesabatlar bu aktın tərtib edildiyi tarixdə təhvil alan tərəfə təhvil verilib. xx.xx.2023-cü il tarixli 22052023 nömrəli müqaviləyə 1 saylı əlavədən görünür ki, Xudat Aqropark layihəsində data kabel xətlərinin Fluke cihazı ilə sınağı və hesabatların hazırlanmasının qiyməti 10000 manat məbləğində razılaşdırılmışdır. İlkin ödəniş 4060 manat olmuşdur. xx.xx.2023-cü il tarixli 22052023 nömrəli müqaviləyə 1 saylı əlavədən görünür ki, data kabel xətlərinin Fluke cihazı ilə sınağı və hesabatların hazırlanmasının qiyməti 16240 manat məbləğində razılaşdırılmışdır. İlkin ödəniş 25% olmuşdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Xırdalan şəhər Vəkil Bürosunun hesabına 300 manat ödəmişdir. xx.xx.2024-cü il tarixli MŞB/18/2023-01714 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 110 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 22052023 nömrəli xidmət müqaviləsi bağlanmış, İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək gördüyü işləri Cavabdeh MMC-yə təhvil vermiş, sonuncu isə görülən işlərin dəyərinin bir hissəsini ödəsə də, 5940 manat məbləğində borcu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 5940 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 300 manat və mediasiya xərci kimi ödənilmiş 110 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 5940 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 300 manat və mediasiya xərci kimi ödənilmiş 110 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1341/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1341/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver